ABŞ lideri Donald Tramp bildirib ki, İranla danışıqların real vəziyyətindən ondan və daha bir neçə nəfərdən başqa heç kim xəbərdar deyil.
Modern.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
“Danışıqlarla bağlı nə baş verdiyini məndən və daha bir neçə nəfərdən başqa heç kim bilmir”, – o deyib.
ABŞ prezidenti həmçinin qeyd edib ki, münaqişənin tənzimlənməsi çərçivəsində Vaşinqton İranı dinc məqsədlər üçün nəzərdə tutulmuş nüvə materialları ilə təmin etməyə razı olmayacaq.
Bundan əvvəl “Axios” yazmışdı ki, Tramp dünən ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri Bred Kuperdən İrana qarşı mümkün hərbi əməliyyatların yeni planları barədə hesabat dinləməli idi.
Eyni zamanda “Nyu-York Tayms”ın məlumatına görə, Tramp İranın Hörmüz boğazının açılmasını nəzərdə tutan, lakin Tehranın nüvə proqramı məsələsini sonrakı danışıqlara saxlayan təklifini qəbul etməyəcək.