ABŞ-ın Aspect Georgia LLC şirkəti Gürcüstanda neft və qaz kəşfiyyatına 70 milyon dollar investisiya yatıracaq.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.
Şirkət Şərqi Gürcüstandakı XIQ lisenziya sahəsində həyata keçirilən layihəyə qoşulacaq. Həmin ərazidə artıq Georgia Oil and Gas Limited, Neft və Qaz Korporasiyası və GOG SLADS Limited fəaliyyət göstərir.
Razılaşma 2021-ci ilin dekabrında Gürcüstan Dövlət Neft və Qaz Agentliyi tərəfindən keçirilmiş beynəlxalq tenderin nəticələrinə əsasən imzalanıb. Sazişə görə, Aspect Georgia LLC layihədə pay alacaq və kəşfiyyatla yanaşı hasilat işlərində də iştirak edəcək.
Qeyd edək ki, şirkət ABŞ-ın Kolorado ştatında qeydiyyatdan keçib və Aspect Holding LLC qrupuna daxildir.