"Ayətullah Seyid Müctəba Xamenei hazırda tam sağlamdır və ölkənin işlərini idarə etməklə məşğuldur”.
Modern.az “Mehr”ə istinadən xəbər verir ki, bunu ali rəhbərin beynəlxalq işlər üzrə müavini Höccətülislam Möhsün Qumi bildirib.
O, İranın düşmənlərinin ali rəhbər Ayətullah Seyid Müctəba Xameneinin sağlamlığı ilə bağlı şübhələrinə toxunaraq deyib:
“Bu sualların və bəzi dairələrdə onun “yoxa çıxması” mövzusunun qaldırılması düşmənin bir hiyləsidir ki, “niyə görünmür” və ya “niyə səsli və ya videomesaj göndərmir” kimi suallar vasitəsilə bizi yanlış reaksiyalara sövq etsin və məqsədinə çatsın.
Mövcud şəraitdə ən mühüm məsələ ali rəhbərin həyatının qorunmasına kömək etməkdir ki, o, Allahın hüccətidir. Rəhbərin iqamətgahına edilən hücum hadisəsində aldığı yaraya baxmayaraq, Uca Allah onu şiələr üçün qoruyub saxladı; çünki partlayışdan bir neçə dəqiqə əvvəl işlə bağlı həyətə çıxmışdı və bu da onun xilas olmasına səbəb oldu”.
Ali Rəhbər Ofisinin beynəlxalq məsələlər üzrə müavini daha sonra əlavə edib:
"Hazırda Ayətullah Seyid Müctəba Xamenei tam sağlamdır və ölkə işlərinin, o cümlədən danışıqların və sahə idarəetmə məsələlərinin birbaşa öz nəzarəti altında idarə olunması ilə məşğuldur. O, həmçinin bu yaxınlarda danışıqlar qrupuna bəzi xatırlatmalar verib və həmin məsələlərə tam nəzarət edir”.