18 yanvar 2019, Cümə
Ana Səhifə - MEDİA - Qənirə Ataşova: “Amerika bir okeandır, mən də dərin sularda üzmək istəyən balıq” - MÜSAHİBƏ
Qənirə Ataşova: “Amerika bir okeandır, mən də dərin sularda üzmək istəyən balıq” - MÜSAHİBƏ
27.12.2018, 09:48

“Mirşahin Ağayevlə əlaqəm yoxdur”


“Amerika dövlətini ayaqda saxlayan mühafizəkar ailələrdir”

 

Modern.az saytının xaricdə yaşayan azərbaycanlı jurnalistlərlə silsilə müsahibələri davam edirik. Budəfəki həmsöhbətimiz fəaliyyəti dayandırılmış ANS Televiziyasının keçmiş əməkdaşı Qənirə Ataşovadır. Hazırda Amerikada yaşayan həmkarımızla söhbəti təqdim edirik.

 

- Qənirə xanım hazırda ABŞ-ın hansı ştatında, hansı şəhərində yaşayırsınız?

- Vaşinqton DC ilə Arlinqton şəhərinin sərhədində yaşayıram. Yorulanda və ya zövq almaq istəyəndə pəncərəmdən Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti olmuş Linkolnun əzəmətli abidəsinə baxıram. Bu mənzərəyə baxa-baxa bir stəkan çay içmək və ucsuz-bucaqsız xəyala dalmaq misilsizdir. Yaşadığım ərazi mərkəzidir, metro və ictimai nəqliyyata əlçatandır. Ən önəmlisi isə savadlı insanların mərkəzləşdiyi ərazi olduğu üçün məktəblərinin reytinqi yüksəkdir. Bu səbəbdən burda yaşamağa qərar vermişəm.

- Vətəndaşlıq almısınız?

- Hər halda viza statusumu öyrənmək istəyirsiniz. Amerika torpağına 4-cü gəlişimdə tələbə vizası ilə qədəm qoymuşam və hələ də bu viza ilə burada yaşayıram. Amma yaxın zamanda bu statusumda dəyişiklik ola bilər.

- Azərbaycandan çıxışınızda problem yaranmışdı. Amma səsiniz Amerikadan gəldi. Bu necə baş verdi?

- Bəli, səbəbsiz halda ölkədən çıxışımda maneə yaradılmışdı. Bu, hansısa məmurun oyunu idi. Burda çox detallara gedə bilərəm, amma lüzum görmürəm. Bu maneənin aradan qaldırılmasında mənə şəxsən Azərbaycan Prezidenti cənab İlham Əliyev kömək oldu.

Oxumağa getmək niyyətimi də birinci cənab Prezidentə bildirdim. Köməklik etdiyi üçün cənab Prezidentə sonsuz təşəkkürümü bildirirəm.

- Siz Türkiyəyə getdiniz, amma sonra Amerikaya yollandınız. Nə idi Amerikada sizi çəkən? Türkiyədə niyə qalmaq istəmədiniz?

- Hər halda siz mənim Bakıya döndükdən sonra Türkiyə səfərimi nəzərdə tutursunuz. Əvvəla deyim ki, mənim Türkiyədə hakim və ziyalı dairələrdə etibarlı dostlarım var. Onlara nəyisə sübut etməyə ehtiyac yoxdur və məlum hadisədən sonra onlar “gəl bizimlə Türkiyədə işlə” təklifini etdilər. Mən isə Amerikada təhsil almağı seçdim. Düşüncəmə hörmət edən insanlar fikrimi dəstəklədilər və hətta Amerikada təhsil yolunda mənə dəstək də oldular. Maliyyəmin bir qismini məhz Türkiyə verdi. Amerikada isə məni sonsuz azadlıq çəkirdi. Mən zatən bu dünyaya azad ruhda doğulmuşdum və ən böyük azadlığı da atamdan almışdım. Gözümü açandan atamın qulağıma dediyi bu sözləri xatırlayıram: "Oxuyun, səhvinizdə də arxanızdayam", “Oxuyun, öz ayaqlarınız üzərində dayanın”- bu sözlərin hikmətini indi 39-cu yaşımda dərk edirəm və övladlarıma da eyni sözləri dediyimin fərqindəyəm.

Amerika bir okeandır, mən də dərin sularda üzmək istəyən balıq. Burda insan üçün böyük imkanlar var, sən qanuna riayət edirsənsə, bütün imkanlardan yararlana  bilərsən. Məhdudiyyət yoxdur. Ruhun azaddır, sevgi azaddır. Əməksevər insan üçün burda pul qazanmaq, inanın, çox asandır.

İnsan öz təcrübəsi ilə həm də öyrənir. Məsələn, ANS-ə 18 yaşımda gəldim, əməksevər, məsuliyyətli və üzərimdə çalışan olduğum üçün bu kanalda yüksəldim. Ən yaxşı halda 1500 manat əmək haqqı aldım. Heç kimdən kiçik bir hədiyyə qəbul etmədim ki, bu, halal olmaz. Qazandığım yalnız qida, kommunal, toy və yasa çatdı. Əgər cənab Prezident jurnalistlərə ev verməsəydi və mən ANS-də atılan o püşkdən ev çıxarmasaydım, deməli, hələ də evsiz qalacaqdım. Amma bu, belə olmalı deyildi. Mən evi qazandığım pulla almalı idim.

 

Amerikada isə bizimlə bir karyerasına başlayan və daha az əmək sərf edən insanın yaşamaq üçün bütün imkanları var. O, xəstələnəndə həkimə pul verib əməliyyat olunmur. O, zəng edib həkimlə əməliyyat pulunun nə qədər olduğunu, məhz onun üçün nə qədər endirim ediləcəyini öyrənmir. 1999-cu ildə ANS-də işə başlayanda bizə vəd verildi ki, tezliklə hər şey daha yaxşı olacaq və biz hətta qocalanda daha yaxşı təqaüd alacağıq. İllər keçdi, o gələcək üçün şərəflə, əməklə çalışdım, amma o gələcək gəlmədi. Əksinə, savadı olmayan kimlərsə məmur oldu, biliyi olmayan da həkim. Uşaqlar hələ də 11-ci sinfi bitirib hansı peşə sahibi olacağını bilmir. İqtisad Universitetini bitirib öz maliyyə durumunu düzəldə bilməyən gənclər var. Məni yaxından tanıyanlar hansı enerjiyə sahib olduğumu bilir. İllər keçdikcə, enerji sərf edirəm, geri gəlməyəcək enerji. Dünyaya gətirdiyim övlad da mənim genimi daşıyır. Onda da bu enerjini görürəm.

Onlara daha geniş imkanlar açmaq üçün, dediyim o okeanda daha sərbəst üzmələri üçün özümü heç bir zaman üzmədiyim okean sularına atdım.

 

Nə olursa mənə olsun, məndən sonrakı nəsil daha rahat yaşasın, dünyaya faydalı olsun deyə. Bir də tarixi araşdırmağı sevirəm. Türklər Orta Asiyadan Anadoluya 1100-cü illərdə bərəkətli torpaq axtarışı üçün gəldi, avropalılar isə Amerika qitəsinə 1600-cü illərdə gəldi. Onlar bilinməz torpaqlarda yaşamağa risk edə bildilər. Mənim özümə verdiyim sual bu oldu: informasiya texnologiyalarının inkişaf dövründə bunu nədən sən edə bilməyəsən?

- Hazırda nə işlə məşğulsunuz?

- Tələbəyəm və araşdırmalar edirəm. “Washingtonda BAU international”da 3 dərs alıram.  Burada ixtisas “Global affairs and politics”dir.

“George Mason”dan isə bir dərs alıram. Burada jurnalistika üzrə təhsil alıram.

- Amerikada Azərbaycan mətbuatını və ya televiziya kanallarını izləyirsiniz?


- Sosial media üzərindən izləyirəm, qısa formada olan videolara baxıram. Hansısa kanala baxdığımı xatırlamıram.

- REAL TV açılanda sizə orada işləmək təklif olundumu?

- Xeyr.


- Mirşahin Ağayev və Vahid Mustafayevlə əlaqələriniz qalıbmı?


- Vahid müəllimlə əlaqəm var. ANS Şirkətlər Qrupunun həvəsdən düşmədən inamla əməyə sarılıb Azərbaycana yeniliklər gətirməsinə sevinirəm. Amma Mirşahin Ağayevlə əlaqəm yoxdur.

- Qənirə xanım, ANS-in bağlanmasına görə bəziləri sizi ittiham edirdi, siz necə, heç özünüzü təqsirkar bilirsiniz?

- Qətiyyən. Çünki ANS-in bağlanmasının mənimlə bağlılığı yox idi. Fətullah Gülənlə müsahibədə iştirakıma gəlincə, bu, mərkəzi redaksiya ilə razılaşdırılmışdı və professional qərar idi. Jurnalistin işi müsahibə almaqdır. O müsahibəni dünya şöhrətli TV-lərlə, jurnalistlərlə bərabər aldım. Onların hər biri operativ müsahibə aldığı üçün ölkələrində ödülləndirildi, mən isə incidildim.....


- Amerikada tanınmış azərbaycanlılarla görüşürsünüzmü?


- Bəli, görüşürəm. Amma hamı ilə mümkün deyil. Amerikaya hər gələn azərbaycanlı da sizin düşündüyünüz səviyyədə deyil. Kimisi böyük arzular üçün, kimisi sadəcə “Amerikaya gəlim” deyə burdadır. Hər kəs öz ətrafını gec və ya tez tapır. Amma səfirliyimizlə sıx əlaqədəyəm. Bir müddət Azərbaycan məktəbində dərs də dedim. Amma indi çatdırmıram. Həftəiçi universitetlər, uşaqların məsuliyyəti və işim. İstirahət günümü övladlarıma həsr edirəm.


- Bəs sizin orada hansısa problemləriniz var?


- Şükür Allaha, heç bir problemim yoxdur.

- Amerika dünyanın ən qüdrətli dövlətidir. Gəlin, bu qüdrəti orada yaşayan biri kimi xarakterizə edin.

- Həqiqətən də qüdrətlidir və onu qüdrətli edən Tramp və ya Obama deyil. Onu qüdrətli edən qanunlara hörmət və riayətdir. Qanunun aliliyi qorunduğu üçün insan da ona hörmət edir.

 

Amerikada əmin olduğum bir nüans var. Bütün insanlar və mədəniyyətlər eyni kökə sahibdir. Dolayısı ilə hamımız eyniyik. Bəzi dövlətlər mükəmməl qanunlar işləyərək vətəndaşını xoşbəxt edib, bəziləri isə əksini.

 

Bu, dərin sualdır və bu mövzuda çox danışmaq olar. Misal üzərində deyim. Amerikada orta məktəb 9 il məcburidir. Sonrakı mərhələni hər kəs deyil, yalnız professional ixtisas arxasınca gedənlər davam edir. Davam etməyənlər düşünürsünüz pis yaşayır? Xeyr. Ölkədə nizam tərəzisi - məhkəmə hüquq sistemi, təhsil və səhiyyə işlədiyi üçün hər kəs öz haqqını alır. Bəli, burda da kasıblar var, evsizlər var, haqsızlığa uğrayanlar var. Amma nisbət və çoxluq məsələsində onlar çox, amma çox azdırlar. Burda 50 balla universitetdən kəsilib, 600 balla Tibb Universitetinə düzəlib, sonra da kor həkim olmağa heç kim icazə verməz.

- Amma Amerikada dediyiniz kimi, problemlər də çoxdur...

- Hər bir dövlət kimi, Amerikanın da öz siyasi, iqtisadi və müxtəlif problemləri var. Miqrant axını çox olduğu üçün bu məsələdən irəli gələn problemlər bizi də maraqlandırır. Silah və narkotik satışının azad olması məncə problemdir. Düşünürəm, bu, Amerikanın gələcəyi üçün də narahatlıq yaradır. Məsələn, oğlum 8-ci sinfi bitirmək üzrədir. Bu, həm də həssas yaş mərhələsidir. Burda həm gözəl təhsil var, gözəl seçimlər var, həm də seks və narkotik azadlığı. Biz bu azadlıqlardan düzgün yararlanmaq üçün gözümüzü 4 açmalı, ətrafı hər gün öyrənməliyik. Problemsiz heç bir dövlət yoxdur. Əsas problemdən düzgün çıxış yolu tapmaqdır.

- Bildiyimizə görə idmanla da məşğul olursunuz.  

- Bəli, professional yoqa ilə məşğulam. Namaz, kitab, musiqi ruhun qidası olduğu kimi, yoqa da cismin qidasıdır, həm də ruhu sağlam tutur.

 

Elastik olmağım bu idman novü ilə məşğul olmağıma kömək edir. Burda yoqa fərqli formada olur. Bəzi dərsləri "Hot Power Yoga"ni hətta 40 dərəcə istilik olan otaqlarda edirik. Bəzən səhər saat 6-da dərsə başlayıram. Tənbəllik insana “etmə, getmə” deyir, “yat” deyir. Amma içimdə bir hiss də var. O isə “sən tənbəlliyə qalib gəlməlisən söyləyir”.

 

Ruhumda qanadlarım var və yoqa mənə uçmağa kömək edir.Yoqada çoxlu dostlar qazanmışam, gözəl mühitim var. Hər şey üçün Allaha və atama minnətdaram. 


- Amerika deyəndə belə təəssürat yaranır ki, guya, bu ölkədə insanlar çox liberaldırlar, onlar üçün ailə dəyərləri-filan arxa plandadır. Amma informasiyalara baxandan sonra vəziyyətin heç də bu cür olmadığını görmək mümkündür. Bu mənada deyə bilərikmi, Amerika cəmiyyəti çox mühafizəkardır?


- Amerika tanıdığım ən mühafizəkar cəmiyyətdir. Kristmas ərəfəsidir. İnsanlar ibadətindədir. Burda da insanlar bayramda böyüklərinə qonaq gedir, nənələr nəvələrə hədiyyə göndərir. Təsəvvür edin, hətta mənim oğlanlarıma da evimizə məktubla bərabər hədiyyə göndərən amerikalılar var.

Bəziləri düşünür ki, Amerika deyən kimi həddini aşmış azadlıq görəcəyik. Bu, əsla belə deyil. Amerika dövlətini ayaqda saxlayan mühafizəkar ailələrdir. 100 ağıllı minlərlə mükəmməl olmayanı idarə edə bilir. Daha bir dəli gəlib min ağıllını dəli etmir. Bəlkə də yerinə düşər. Böyük oğlumun sinif yoldaşının valideynləri Federal hökumətdə çalışır.


Keçən həftə bizə qonaq gəlmişdi. Məqsəd oğlanlarının dostunun ailəsini yaxından tanımaqdır. Kiçik qızı yaramazlıq etdi və qorxaraq anasına baxdı. “Uşaqdır fikir vermə” dedim. Ana, “uşaq da həddini bilməlidir” söylədi. “Amerikalılar necə cəzalandırır?” deyə soruşdum. Ana “evin içində, gərəkirsə əllərinə də vururam” cavabını verdi. Deməyim odur, amerikalı da dəyərli insan yetişdirir.


- Amerika prezidenti Donald Trampın ölkə daxilində yürütdüyü siyasətlə bağlı bəyəndiyiniz və bəyənmədiyiniz məqamlar nələrdir?


- Obamanı sevirəm. Simpatiyam var o adama. Donald Tramp xarici siyasətdə fikirlərini tez- tez dəyişir. Elə daxili siyasətdə də. Pafoslu cıxışları ilə hər kəsi həyəcanlandırsa da, ona nəzarət edən Konqres var. Burda son sözü heç də Tramp demir. Məsələn, o, CNN jurnalistinin Ağ Evə girişini qadağan etdi, məhkəmə isə bərpa etdi. Daxili siyasətdə də hər şeyin yaxşısının, onun xalqının olmasını istəyir. Bu da normaldır. İnsan öz vətəndaşını düşünür.

Tramp nədənsə mühacirlərə, xüsusən də Latın Amerikasından gələnlərə qarşı çox dözümsüz davranır. Amerikada deyirlər ki, Tramp varını elə ucuz işçi qüvvəsi olan ispanların hesabına toplayıb. İndi, Meksika ilə sərhəddə divar çəkmək üçün istədiyi pulu ala bilmədiyinə görə büdcəni təsdiqləməyib və Federal hökumət neçə gündür bağlıdır. Bu gün Meksika ilə sərhəddə balaca qızın ölümü ABŞ adına böyük utancverici hadisədir.

- Keçmiş iş yoldaşınız Sevinc Osmanqızı ilə görüşmüsünüz?

- Bəli, mənim Sevinc Osmanqızı ilə əlaqəm var. Sevinc xanım hələ Amerika səfirliyində işləyərkən onunla əməkdaşlıq etmişdik. Sonra bir kollektivdə işlədim.

Amerikada olduğumuz müddətdə yalnız bir dəfə görüşə bildik. Təəssüf ki, görüşməyə vaxt olmur.

 

- Bayaq övladlarınızdan qısa danışdınız. Onlar haqda daha ətraflı məlumat verərdiniz?

- Fərhad 8-ci sinifdə təhsil alır və əla oxuyur. Xarici vətəndaş olsa da, Amerikada ingilis dili üzrə istedadlılar sinfində dərs alır, riyaziyyatdan da eyni sinifdədir. Məktəbi və müəllimlərini sevir. Amerikanın fürsətlər ölkəsi olduğunu dərk edir. Amma ətrafdakı parıltının da fərqindədir. Bu parıltının gözünü kor etməməsi üçün həmişə qulağına gəldiyimiz torpaqları və şərtləri xatırladır, onlara özləri kimi oxumaq üçün biliyi olub imkanı olmayan dostlarına kömək etməsinin vacibliyini deyirəm.
Ceyhun da 5-ci sinifdə oxuyur. Əgər Allah bu uşaqları qorusa, onların dünya üçün faydalı insan ola biləcəklərinə inanıram.

 




Aqşin KƏRİMOV
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İrandan ABŞ-a tələb: Jurnalisti təcili azad edin
18.01.2019, 01:00

İrandan ABŞ-a tələb: Jurnalisti təcili azad edin

İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq müzakirə edildi
18.01.2019, 00:41

İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq müzakirə edildi

Bölgələrdə  14 dərəcəyədək şaxta müşahidə olunur
18.01.2019, 00:22

Bölgələrdə  14 dərəcəyədək şaxta müşahidə olunur

Son 10 ilin ən güclü partlayışı törədildi
18.01.2019, 00:15

Son 10 ilin ən güclü partlayışı törədildi

İŞİD-lə savaş bitməyib
17.01.2019, 23:48

İŞİD-lə savaş bitməyib

“20 Yanvar faciəsini törədənlər cəzalandırılmalıdır” - Gürcü politoloq
17.01.2019, 23:33

“20 Yanvar faciəsini törədənlər cəzalandırılmalıdır” - Gürcü politoloq

Bakıda külək gücləndi:  Pirallahıda 43 m/s
17.01.2019, 23:17

Bakıda külək gücləndi:  Pirallahıda 43 m/s

Güclü külək Bakıda fəsadlar törətdi - FOTO
17.01.2019, 22:57

Güclü külək Bakıda fəsadlar törətdi - FOTO

İtkin düşən kapitanın axtarışı dayandırıldı
17.01.2019, 22:45

İtkin düşən kapitanın axtarışı dayandırıldı

Bakı-Sumqayıt qatarında sürət həddi endirildi
17.01.2019, 22:30

Bakı-Sumqayıt qatarında sürət həddi endirildi

Temperaturunun 10 dərəcə aşağı düşməsi fəsadlarla nəticələnə bilər
17.01.2019, 22:14

Temperaturunun 10 dərəcə aşağı düşməsi fəsadlarla nəticələnə bilər

Həmsədrdən sərt AÇIQLAMA: “Avropa İttifaqı-Azərbaycan münasibətlərinə kölgə salmaq istəyirlər”
17.01.2019, 21:59

Həmsədrdən sərt AÇIQLAMA: “Avropa İttifaqı-Azərbaycan münasibətlərinə kölgə salmaq istəyirlər”

Süni intellekt texnologiyaları bazarının həcmi 52,5 milyard dollar olacaq
17.01.2019, 21:25

Süni intellekt texnologiyaları bazarının həcmi 52,5 milyard dollar olacaq

Qərargah son durumu AÇIQLADI: “Dalğanın maksimal hündürlüyü açıq dənizdə 9,3 metr olub”
17.01.2019, 21:08

Qərargah son durumu AÇIQLADI: “Dalğanın maksimal hündürlüyü açıq dənizdə 9,3 metr olub”

Benqal körfəzində güclü zəlzələ
17.01.2019, 20:57

Benqal körfəzində güclü zəlzələ

Azərbaycanda gündəlik hasilat 20 min barel azalacaq
17.01.2019, 20:44

Azərbaycanda gündəlik hasilat 20 min barel azalacaq

Bu sahələrdə e-qaimə-fakturaların tətbiqi 5 faizdən də aşağıdır
17.01.2019, 20:30

Bu sahələrdə e-qaimə-fakturaların tətbiqi 5 faizdən də aşağıdır

Xəzərdə dalğanın hündürlüyü 8.9 metrə çatıb
17.01.2019, 20:16

Xəzərdə dalğanın hündürlüyü 8.9 metrə çatıb

Ramil Usubov Yasamal və Səbailə rəis təyin etdi
17.01.2019, 20:04

Ramil Usubov Yasamal və Səbailə rəis təyin etdi

Üstünə reklam lövhəsi aşan şəxsin həyati təhlükəsi yoxdur - Səhiyyə Nazirliyi
17.01.2019, 20:02

Üstünə reklam lövhəsi aşan şəxsin həyati təhlükəsi yoxdur - Səhiyyə Nazirliyi

“Qarabağ münaqişəsinin həllinə dəstək artıb”
17.01.2019, 19:57

“Qarabağ münaqişəsinin həllinə dəstək artıb”

Sumqayıtda güclü külək binanın damını apardı
17.01.2019, 19:52

Sumqayıtda güclü külək binanın damını apardı

Finlandiyada erməni təxribatının qarşısı alınıb
17.01.2019, 19:21

Finlandiyada erməni təxribatının qarşısı alınıb

Ağstafada 2018-ci ilin hesabatı verildi
17.01.2019, 18:55

Ağstafada 2018-ci ilin hesabatı verildi

Prezident bu qurumları ləğv etdi - SİYAHI
17.01.2019, 18:52

Prezident bu qurumları ləğv etdi - SİYAHI

Bakıda elektrik dirəyi yük maşınının üzərinə aşıb - FOTO
17.01.2019, 18:45

Bakıda elektrik dirəyi yük maşınının üzərinə aşıb - FOTO

Prezident MTRŞ-ya 3 milyon manat ayırdı
17.01.2019, 18:27

Prezident MTRŞ-ya 3 milyon manat ayırdı

İlham Əliyevdən Cəlil Məmmədquluzadənin yubileyi ilə bağlı SƏRƏNCAM
17.01.2019, 18:10

İlham Əliyevdən Cəlil Məmmədquluzadənin yubileyi ilə bağlı SƏRƏNCAM

Fərəh Əliyevadan TƏKLİF: “Dissertasiyaların müdafiəsi prosesi sadələşdirilməlidir”
17.01.2019, 18:01

Fərəh Əliyevadan TƏKLİF: Dissertasiyaların müdafiəsi prosesi sadələşdirilməlidir

“Böyük İpək Yolu” 20 yanvar faciəsini andı -  FOTOLAR
17.01.2019, 17:55

Böyük İpək Yolu 20 yanvar faciəsini andı -  FOTOLAR

Ekologiya Nazirliyi: Bakıda külək 40 m/s-dək şiddətlənib   
17.01.2019, 17:50

Ekologiya Nazirliyi: Bakıda külək 40 m/s-dək şiddətlənib  

Azərbaycan alimlərinin II Qurultayının vaxtı dəqiqləşdi
17.01.2019, 17:43

Azərbaycan alimlərinin II Qurultayının vaxtı dəqiqləşdi

Tarix İnstitutunda AMEA-nın yaranması tarixi araşdırılır
17.01.2019, 17:40

Tarix İnstitutunda AMEA-nın yaranması tarixi araşdırılır

Bakı Metropoliteni güclü qar və şaxtaya hazır olduğunu bəyan etdi
17.01.2019, 17:35

Bakı Metropoliteni güclü qar və şaxtaya hazır olduğunu bəyan etdi

Manat və dolların məzənnəsi dəyişdi?
17.01.2019, 17:16

Manat və dolların məzənnəsi dəyişdi?

Berluskoni siyasətə qayıdır
17.01.2019, 16:57

Berluskoni siyasətə qayıdır

Ramil Usubov əməliyyat müşavirəsində tələb irəli sürdü   
17.01.2019, 16:56

Ramil Usubov əməliyyat müşavirəsində tələb irəli sürdü  

Rəsulzadənin barelyefini oğurlayanlar tutuldu - Modern.az-ın ictimailəşdirdiyi HADİSƏ - FOTO
17.01.2019, 16:53

Rəsulzadənin barelyefini oğurlayanlar tutuldu - Modern.az-ın ictimailəşdirdiyi HADİSƏ - FOTO

Əhalinin sülhə hazırlanması nə deməkdir? - Xarici İşlər Nazirliyindən Qarabağ AÇIQLAMASI   
17.01.2019, 16:45

Əhalinin sülhə hazırlanması nə deməkdir? - Xarici İşlər Nazirliyindən Qarabağ AÇIQLAMASI  

Azərbaycanlı rejissorun iki filmi 72-ci Kann film festivalında iştirak edəcək
17.01.2019, 16:25

Azərbaycanlı rejissorun iki filmi 72-ci Kann film festivalında iştirak edəcək

Huner Group-dan əla fürsət!
17.01.2019, 16:06

Huner Group-dan əla fürsət!

Məşhur idmançını öldürənlərə hökm oxundu
17.01.2019, 16:01

Məşhur idmançını öldürənlərə hökm oxundu

Tarixçi-deputat: “Nəsiminin məzarının Hələbdə qalmasının tərəfdarıyam”
17.01.2019, 15:40

Tarixçi-deputat: “Nəsiminin məzarının Hələbdə qalmasının tərəfdarıyam”

Azercell ilə rominqdə onlayn ol
17.01.2019, 15:34

Azercell ilə rominqdə onlayn ol

Ekologiya Nazirliyi: Bakıda küləyin sürəti 30 m/s, Sumqayıtda 40 m/s-ə çatır
17.01.2019, 15:32

Ekologiya Nazirliyi: Bakıda küləyin sürəti 30 m/s, Sumqayıtda 40 m/s-ə çatır

Avropa İttifaqı Nümayəndəliyinin müvəqqəti işlər vəkili Gəncədədir
17.01.2019, 15:30

Avropa İttifaqı Nümayəndəliyinin müvəqqəti işlər vəkili Gəncədədir

Yaqub Zurufçu ABŞ və Kanada turnesindən qayıdıb
17.01.2019, 15:28

Yaqub Zurufçu ABŞ və Kanada turnesindən qayıdıb

4700,3 mln. manat profisit yaranıb – Maliyyə Nazirliyi
17.01.2019, 15:22

4700,3 mln. manat profisit yaranıb – Maliyyə Nazirliyi

Hərbçi yoldaşını güllələyən erməni əsgər saxlanılıb
17.01.2019, 15:21

Hərbçi yoldaşını güllələyən erməni əsgər saxlanılıb

Bakı Dövlət Universitetində istedadlı bir oğlan var idi...   
17.01.2019, 15:04

Bakı Dövlət Universitetində istedadlı bir oğlan var idi...  

ARXİV