18 yanvar 2019, Cümə
Ana Səhifə - GÜNDƏM - “3097 şəhidin 4190 vərəsəsinə 34 milyon manat ödənilib” - Sahil Babayev
“3097 şəhidin 4190 vərəsəsinə 34 milyon manat ödənilib” - Sahil Babayev
12.01.2019, 00:48

“DOST” layihəsinin hüquqi və institusional işləri artıq başa çatıb. “DOST” mərkəzlərində birbaşa, telefon və internetlə, səyyar və tam avtomatlaşdırılmış qaydada 124 xidmət göstəriləcəkdir. Tezliklə Yasamal rayonunda ilk “DOST” mərkəzinin açılması, cari ildə Bakıda daha 3 mərkəzin yaradılması nəzərdə tutulur”. Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışında deyib.

 

Nazir qeyd edib ki, elektron xidmətlərin genişləndirilməsi məqsədilə Sizin tapşırıqlarınızın və 2018-ci il 5 sentyabr tarixli Fərmanınızın icrası olaraq “e-sosial” internet portalı, “Məşğulluq” sistemi və 18 alt sistemdən ibarət Mərkəzləşdirilmiş İnformasiya Sistemi yaradılıb: “E-sosial” portalı ölkəmizdə ilk dəfə olaraq sosial reyestri formalaşdırıb, vətəndaşlara əmək müqavilələri, məşğulluq, pensiya kapitalı, mənzil və avtomobil növbəsi, əlillik, reabilitasiya və digər məlumatlara birbaşa çıxış imkanı yaradıb, şəffaflığı və ictimai açıqlığı təmin edib.

 

Yanvar ayında istifadəyə veriləcək “Məşğulluq” sistemi işsiz və işaxtaran şəxslərin reyestrini, iş yerlərinin vakansiya bankını və məşğulluq xidmətlərinin elektronlaşmasını təmin edəcəkdir. Bu sistem vasitəsilə hər bir şəxs arzuladığı vakansiyaya elektron müraciət edəcək, eyni zamanda, işəgötürənlər işçi qüvvəsinə sərbəst çıxış əldə edəcəklər.

 

Pensiya təyinatı sahəsində “Pensiyaçının dostu” proqramı hazırlanıb və cari ildən avtomatlaşdırılmış pensiya təyinatına başlanıb. Bu innovativ yanaşma əsasında, vətəndaşın hüququ yarandığı gün elektron qaydada pensiya təyinatı aparılır, ona pensiya məbləği, ödəniş kartını əldə edəcəyi bank filialı barədə “sms”, e-mail və məktub göndərilir.

 

İslahatın tərkib hissəsi kimi, fərdi hesabında pensiya kapitalı olan şəxslərə 2006-cı ilədək 25 il sığorta stajı avtomatik hesablanır. Bu mühüm sosial təşəbbüs vətəndaşlarımıza Sizin qayğınızın növbəti təzahürüdür və cari ildə əlavə olaraq 19 min 500 nəfərin pensiya almasına və onların aylıq gəlirlərinin 48 faiz artmasına imkan yaradacaqdır. Artıq 628 şəxsə elektron qaydada pensiya təyin edilib və pensiya hüququ yaranacaq şəxslərin 70 faizinin, yəni 36 min nəfərin pensiya təyinatı məhz avtomatlaşdırılmış şəkildə aparılacaqdır”.

 

S.Babayev qeyd edib ki, hesabat ilində inzibatçılığın təkmilləşdirilməsi və ciddi nəzarət tədbirləri nəticəsində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sosial sığorta haqları 2017-ci ilə nisbətən 246 milyon manat çox yığılaraq 2 milyard 332 milyon manata çatıb: “Qeyri-büdcə sektoru üzrə yığım 1 milyard 494 milyon manatı keçib, əvvəlki illə müqayisədə 152 milyon manat çox, proqnozla müqayisədə isə 6,1 faiz və ya 86 milyon manat çox olub.

 

Ötən il Fondun xərcləri 3 milyard 682 milyon manat təşkil edib və bunun 97,8 faizi əhaliyə ödənişlərə yönəldilib. Sizin sərəncamlarınızla ölkə üzrə əmək pensiyalarının sığorta hissəsi 5,7 faiz, sosial müavinətlər və təqaüdlər isə 10 faiz artırılıb. Beləliklə, 2018-ci ildə pensiyaların orta aylıq məbləği 6,8 faiz, yaşa görə pensiya isə 7,3 faiz çox olub.

 

Aztəminatlı ailələrin sosial müdafiəsi məqsədilə ünvanlı dövlət sosial yardımı proqramının icrası davam edib, dekabrda yardımın orta aylıq məbləği 189 manata çatıb, il ərzində 104 milyon manat vəsait xərclənib. Bu sahədə mənfi halların qarşısının alınması və ünvanlılığın təmin edilməsi nəticəsində təyinatların sayı 53 faiz azalıb, büdcə vəsaitlərinə 102 milyon manat və ya 49 faiz qənaət edilib.

 

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə aztəminatlı ailələrə yardım verilməsi haqqında Sərəncamınızla 172 min üzvü olan 42895 ailəyə vəsait ödənilib.

 

Şəhid ailələrinin və müharibə əlillərinin mənzillə təminatı proqramı da uğurla davam edib. 1997-ci ildə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə başlanan proqram ildən-ilə genişlənib və 6654 ailəyə mənzillər təqdim edilib.

 

Sizin və birinci xanım Mehriban Əliyevanın avqustun 1-də müharibə əlilləri və şəhid ailələrinə mənzillərin verilməsi mərasimində iştirakınız onlara yüksək diqqətin növbəti təzahürü olub. Tədbirdən bir gün sonra imzaladığınız Sərəncamla ehtiyat fondundan 20 milyon manat əlavə vəsaitin ayrılması nəticəsində 2018-ci ildə onlara 626 mənzil və 265 minik avtomobili verilib.

 

Möhtərəm cənab Prezident, 2018-ci ildə keçirilmiş seçkilərdə əhalinin mütləq əksəriyyətinin etimadını yenidən qazanaraq, Prezident seçildikdən sonra imzaladığınız ilk Fərman da şəhid ailələri ilə bağlı növbəti humanist addımınız olub. Fərmanın icrası olaraq 11 min manatlıq ödənişin verilməsi üçün elektron xidmət yaradılıb və 3097 şəhidin 4190 vərəsəsinə məmur təması olmadan 34 milyon manat vəsait ödənilib”.

 

Nazir vurğulayıb ki, əlillik təyinatlarında şəffaflığın təmin edilməsi məqsədilə ciddi nəzarət tədbirləri görülüb: “Səhiyyə Nazirliyi ilə birgə iş nəticəsində 2018-ci ilin dördüncü rübündə birinci rüblə müqayisədə əlillik təyinatı 61 faiz, I qrup təyinatları isə 56 faiz azalıb. Əsassız təyinatlar ləğv edilərək, 3 milyon manat büdcə vəsaitinə qənaət olunub.

 

Hesabat ilində 11 min 900 nəfərə reabilitasiya xidmətləri göstərilib, 35 min 300 reabilitasiya vasitəsi, 7557 sanator-kurort yollayışı verilib.

 

Çox hörmətli cənab Prezident, hesabat ilində işaxtaran vətəndaşlar üçün məşğulluq imkanlarının yaradılması, aktiv əmək bazarı tədbirlərinin genişləndirilməsi islahatları da davam etdirilib. 2018-ci ildə Dövlət Məşğulluq Xidməti tərəfindən əvvəlki ilə nisbətən 8,1 faiz çox olmaqla 51 min 774 nəfər işlə təmin edilib, 118 min 138 nəfər peşəyönümü məsləhətlərinə, 2914 nəfər peşə hazırlığı kurslarına cəlb olunub, 8760 nəfərə işsizlikdən sığorta və müavinət ödənilib. Qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində əmək müqavilələrinin sayı 91,3 min artıb.

 

Özünüməşğulluq proqramı 2018-ci ildə 6,5 dəfə genişlənib, 7267 nəfər biznes planlarını uğurla müdafiə edib. 5000-dən çox ailə aktivlərlə təmin olunub və kiçik ailə təsərrüfatlarını yaradıb.

 

Proqrama cəlb olunanların əksəriyyətini ünvanlı yardım alanlar, məcburi köçkünlər, əlilliyi olanlar, şəhid ailələri, qadınlar və gənclər təşkil edib. Heydər Əliyev Fondu bu istiqamətdə Nazirliyə dəstək verib və “Sosial bağlar” layihəsi çərçivəsində 125 ailə üçün bağçılıq təsərrüfatları yaradılıb.

 

Tapşırığınıza əsasən ictimai işlərin təşkilinə dair “İşsizin dostu” adlı yeni proqram hazırlanıb, “DOST İŞ MƏRKƏZİ” yaradılıb. Mərkəz vasitəsilə bu il 30 minədək işsiz şəxs ictimai işlərə tam şəffaf şəkildə cəlb ediləcək”.

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İrandan ABŞ-a tələb: Jurnalisti təcili azad edin
18.01.2019, 01:00

İrandan ABŞ-a tələb: Jurnalisti təcili azad edin

İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq müzakirə edildi
18.01.2019, 00:41

İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq müzakirə edildi

Bölgələrdə  14 dərəcəyədək şaxta müşahidə olunur
18.01.2019, 00:22

Bölgələrdə  14 dərəcəyədək şaxta müşahidə olunur

Son 10 ilin ən güclü partlayışı törədildi
18.01.2019, 00:15

Son 10 ilin ən güclü partlayışı törədildi

İŞİD-lə savaş bitməyib
17.01.2019, 23:48

İŞİD-lə savaş bitməyib

“20 Yanvar faciəsini törədənlər cəzalandırılmalıdır” - Gürcü politoloq
17.01.2019, 23:33

“20 Yanvar faciəsini törədənlər cəzalandırılmalıdır” - Gürcü politoloq

Bakıda külək gücləndi:  Pirallahıda 43 m/s
17.01.2019, 23:17

Bakıda külək gücləndi:  Pirallahıda 43 m/s

Güclü külək Bakıda fəsadlar törətdi - FOTO
17.01.2019, 22:57

Güclü külək Bakıda fəsadlar törətdi - FOTO

İtkin düşən kapitanın axtarışı dayandırıldı
17.01.2019, 22:45

İtkin düşən kapitanın axtarışı dayandırıldı

Bakı-Sumqayıt qatarında sürət həddi endirildi
17.01.2019, 22:30

Bakı-Sumqayıt qatarında sürət həddi endirildi

Temperaturunun 10 dərəcə aşağı düşməsi fəsadlarla nəticələnə bilər
17.01.2019, 22:14

Temperaturunun 10 dərəcə aşağı düşməsi fəsadlarla nəticələnə bilər

Həmsədrdən sərt AÇIQLAMA: “Avropa İttifaqı-Azərbaycan münasibətlərinə kölgə salmaq istəyirlər”
17.01.2019, 21:59

Həmsədrdən sərt AÇIQLAMA: “Avropa İttifaqı-Azərbaycan münasibətlərinə kölgə salmaq istəyirlər”

Süni intellekt texnologiyaları bazarının həcmi 52,5 milyard dollar olacaq
17.01.2019, 21:25

Süni intellekt texnologiyaları bazarının həcmi 52,5 milyard dollar olacaq

Qərargah son durumu AÇIQLADI: “Dalğanın maksimal hündürlüyü açıq dənizdə 9,3 metr olub”
17.01.2019, 21:08

Qərargah son durumu AÇIQLADI: “Dalğanın maksimal hündürlüyü açıq dənizdə 9,3 metr olub”

Benqal körfəzində güclü zəlzələ
17.01.2019, 20:57

Benqal körfəzində güclü zəlzələ

Azərbaycanda gündəlik hasilat 20 min barel azalacaq
17.01.2019, 20:44

Azərbaycanda gündəlik hasilat 20 min barel azalacaq

Bu sahələrdə e-qaimə-fakturaların tətbiqi 5 faizdən də aşağıdır
17.01.2019, 20:30

Bu sahələrdə e-qaimə-fakturaların tətbiqi 5 faizdən də aşağıdır

Xəzərdə dalğanın hündürlüyü 8.9 metrə çatıb
17.01.2019, 20:16

Xəzərdə dalğanın hündürlüyü 8.9 metrə çatıb

Ramil Usubov Yasamal və Səbailə rəis təyin etdi
17.01.2019, 20:04

Ramil Usubov Yasamal və Səbailə rəis təyin etdi

Üstünə reklam lövhəsi aşan şəxsin həyati təhlükəsi yoxdur - Səhiyyə Nazirliyi
17.01.2019, 20:02

Üstünə reklam lövhəsi aşan şəxsin həyati təhlükəsi yoxdur - Səhiyyə Nazirliyi

“Qarabağ münaqişəsinin həllinə dəstək artıb”
17.01.2019, 19:57

“Qarabağ münaqişəsinin həllinə dəstək artıb”

Sumqayıtda güclü külək binanın damını apardı
17.01.2019, 19:52

Sumqayıtda güclü külək binanın damını apardı

Finlandiyada erməni təxribatının qarşısı alınıb
17.01.2019, 19:21

Finlandiyada erməni təxribatının qarşısı alınıb

Ağstafada 2018-ci ilin hesabatı verildi
17.01.2019, 18:55

Ağstafada 2018-ci ilin hesabatı verildi

Prezident bu qurumları ləğv etdi - SİYAHI
17.01.2019, 18:52

Prezident bu qurumları ləğv etdi - SİYAHI

Bakıda elektrik dirəyi yük maşınının üzərinə aşıb - FOTO
17.01.2019, 18:45

Bakıda elektrik dirəyi yük maşınının üzərinə aşıb - FOTO

Prezident MTRŞ-ya 3 milyon manat ayırdı
17.01.2019, 18:27

Prezident MTRŞ-ya 3 milyon manat ayırdı

İlham Əliyevdən Cəlil Məmmədquluzadənin yubileyi ilə bağlı SƏRƏNCAM
17.01.2019, 18:10

İlham Əliyevdən Cəlil Məmmədquluzadənin yubileyi ilə bağlı SƏRƏNCAM

Fərəh Əliyevadan TƏKLİF: “Dissertasiyaların müdafiəsi prosesi sadələşdirilməlidir”
17.01.2019, 18:01

Fərəh Əliyevadan TƏKLİF: Dissertasiyaların müdafiəsi prosesi sadələşdirilməlidir

“Böyük İpək Yolu” 20 yanvar faciəsini andı -  FOTOLAR
17.01.2019, 17:55

Böyük İpək Yolu 20 yanvar faciəsini andı -  FOTOLAR

Ekologiya Nazirliyi: Bakıda külək 40 m/s-dək şiddətlənib   
17.01.2019, 17:50

Ekologiya Nazirliyi: Bakıda külək 40 m/s-dək şiddətlənib  

Azərbaycan alimlərinin II Qurultayının vaxtı dəqiqləşdi
17.01.2019, 17:43

Azərbaycan alimlərinin II Qurultayının vaxtı dəqiqləşdi

Tarix İnstitutunda AMEA-nın yaranması tarixi araşdırılır
17.01.2019, 17:40

Tarix İnstitutunda AMEA-nın yaranması tarixi araşdırılır

Bakı Metropoliteni güclü qar və şaxtaya hazır olduğunu bəyan etdi
17.01.2019, 17:35

Bakı Metropoliteni güclü qar və şaxtaya hazır olduğunu bəyan etdi

Manat və dolların məzənnəsi dəyişdi?
17.01.2019, 17:16

Manat və dolların məzənnəsi dəyişdi?

Berluskoni siyasətə qayıdır
17.01.2019, 16:57

Berluskoni siyasətə qayıdır

Ramil Usubov əməliyyat müşavirəsində tələb irəli sürdü   
17.01.2019, 16:56

Ramil Usubov əməliyyat müşavirəsində tələb irəli sürdü  

Rəsulzadənin barelyefini oğurlayanlar tutuldu - Modern.az-ın ictimailəşdirdiyi HADİSƏ - FOTO
17.01.2019, 16:53

Rəsulzadənin barelyefini oğurlayanlar tutuldu - Modern.az-ın ictimailəşdirdiyi HADİSƏ - FOTO

Əhalinin sülhə hazırlanması nə deməkdir? - Xarici İşlər Nazirliyindən Qarabağ AÇIQLAMASI   
17.01.2019, 16:45

Əhalinin sülhə hazırlanması nə deməkdir? - Xarici İşlər Nazirliyindən Qarabağ AÇIQLAMASI  

Azərbaycanlı rejissorun iki filmi 72-ci Kann film festivalında iştirak edəcək
17.01.2019, 16:25

Azərbaycanlı rejissorun iki filmi 72-ci Kann film festivalında iştirak edəcək

Huner Group-dan əla fürsət!
17.01.2019, 16:06

Huner Group-dan əla fürsət!

Məşhur idmançını öldürənlərə hökm oxundu
17.01.2019, 16:01

Məşhur idmançını öldürənlərə hökm oxundu

Tarixçi-deputat: “Nəsiminin məzarının Hələbdə qalmasının tərəfdarıyam”
17.01.2019, 15:40

Tarixçi-deputat: “Nəsiminin məzarının Hələbdə qalmasının tərəfdarıyam”

Azercell ilə rominqdə onlayn ol
17.01.2019, 15:34

Azercell ilə rominqdə onlayn ol

Ekologiya Nazirliyi: Bakıda küləyin sürəti 30 m/s, Sumqayıtda 40 m/s-ə çatır
17.01.2019, 15:32

Ekologiya Nazirliyi: Bakıda küləyin sürəti 30 m/s, Sumqayıtda 40 m/s-ə çatır

Avropa İttifaqı Nümayəndəliyinin müvəqqəti işlər vəkili Gəncədədir
17.01.2019, 15:30

Avropa İttifaqı Nümayəndəliyinin müvəqqəti işlər vəkili Gəncədədir

Yaqub Zurufçu ABŞ və Kanada turnesindən qayıdıb
17.01.2019, 15:28

Yaqub Zurufçu ABŞ və Kanada turnesindən qayıdıb

4700,3 mln. manat profisit yaranıb – Maliyyə Nazirliyi
17.01.2019, 15:22

4700,3 mln. manat profisit yaranıb – Maliyyə Nazirliyi

Hərbçi yoldaşını güllələyən erməni əsgər saxlanılıb
17.01.2019, 15:21

Hərbçi yoldaşını güllələyən erməni əsgər saxlanılıb

Bakı Dövlət Universitetində istedadlı bir oğlan var idi...   
17.01.2019, 15:04

Bakı Dövlət Universitetində istedadlı bir oğlan var idi...  

ARXİV