Modern.az

“Bakı və Ankara ilə birgə sabitliyə dəstək veririk” - İrakli Kobaxidze

“Bakı və Ankara ilə birgə sabitliyə dəstək veririk” - İrakli Kobaxidze

Aktual

16 Yanvar 2019, 22:50

“Gürcüstan bölgədə ikitərəfli və çoxtərəfli əməkdaşlığı dəstəkləyir. Eyni zamanda, regional münaqişələrin həllində və ərazilərin işğaldan azad olunmasında, təhlükəsizliyin bərpasında maraqlıdır”. Modern.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Parisə səfəri çərçivəsində Fransa Milli Assambleyasının xarici əlaqələr komitəsinin iclasındakı çıxışı zamanı bildirib.

 

Axar.az-ın məlumatına görə, İrakli Kobaxidze çıxışında Gürüstanın Azərbaycan, Türkiyə və digər ölkələrlə sıx əlaqələri olduğunu qeyd edib: “Gürcüstan əlverişli coğrafi mövqeyi və xarici siyasəti ilə bütün bölgədə sabitlik və inkişafa dəstək verir. Həmçinin Azərbaycan və Türkiyə ilə birlikdə regionda irimiqyaslı enerji, nəqliyyat və logistik layihələrin həyata keçirilməsində iştirak edir”.

 

İ.Kobaxidze ölkəsinin qlobal təhlükəsizliyin təmin olunması üçün maksimum töhfə verməyə çalışdığını vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü