Modern.az

Sumqayıtda 2 gündə 11 nəfər dəm qazından zəhərləndi

Sumqayıtda 2 gündə 11 nəfər dəm qazından zəhərləndi

Aktual

18 Yanvar 2019, 11:03

Sumqayıt şəhərində son 2 gün ərzində 11 nəfər dəm qazından zəhərlənib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Modern.az-a bildirib ki, ötən gün 7 nəfər, bu gün isə 4 nəfər dəm qazı zəhərlənməsi ilə Sumqayıt Şəhər Təcili Yardım Xəstəxanasına yerləşdirilib:

“7 nəfərdən biri Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə göndərilib, digərlərinə yardım göstərilib, evə buraxılıb. 4 nəfərin isə 2-si artıq evə buraxılıb”.

Nazirlik rəsmisi deyib ki, digər 2 nəfər yaxın saatlarda evə buraxılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü