Arxiv
18 Yanvar 2019, 13:02 | AKTUAL
Azərbaycanda qızılcaya yoluxma qeydə alınıb

Azərbaycanda tək-tək hallarda qızılcaya yoluxma halları aşkarlanıb, yoluxma hallarının çox payı isə Bakıya düşüb.

Modern.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Qonşu ölkə Gürcüstanda yanvarın 1-dən sonra qızılcaya 312 yoluxma hadisəsinin qeydə alındığını xatırladan mərkəz rəsmisi qeyd edib ki, ölkədə səpkili xəstələrdən alınan müayinə materialları (qan) Taun Əleyhinə Stansiyada yoxlanılıb:

“Noyabrın sonlarından indiyədək götürülən müayinə materialları nəticəsində tək-tək hallarda böyük yaşlı əhali arasında qızılcaya şübhəli xəstələr aşkarlanıb. Bu hal uşaqlar arasında da cox az sayda qeydə alınıb. Şübhəli xəstələrdən götürülmüş laborator müayinələr nəticəsində tək-tək hallarda əsasən, böyüklər arasında qızılcaya yoluxma öz təsdiqini tapıb”.

RGEM rəsmisi bildirib ki, qızılcaya yoluxan insanlar vaxtilə yaşına görə peyvənd olunmayan insanlardır:

“Bu xəstəliyin profilaktikası əsas yol peyvəndin aparılmasıdır. Əgər uşaq və ya böyük peyvənd olunubsa, onda xəstəliyə qarşı uzunmüddətli immunitet yaranır və yanında xəstə insan olduqda xəstələnmir. Ona görə də tövsiyə edərdik ki, uşaqlar peyvənd edilsin. Nəzərə almaq lazımdır ki, hazırda Avropanın bütün ölkələrində, bizimlə həmsərhəd olan ölkələrdə qızılca xəstələrinin sayı həddindən artıq çoxdur”.

Azərbaycanda qeydə alınan qızılcanın Gürcüstandan Azərbaycana keçmə ehtimalına gəldikdə isə, A.Əliyeva qeyd edib ki, yoluxma hallarının ölkəyə gətirilmə hal olduğu ehtimal edilir:

“İnsanlar bəzən tam məlumatı vermək istəmirlər. Ancaq məlumatı tam verməsələr də bildirirlər ki, Gürcüstanla əlaqələri var. Biz hesab edirik ki, xəstəlik Gürcüstandan gətirilib. Aydındır ki, hər bir yoluxan xəstənin Gürcüstanla əlaqəsi ola bilməz. Amma nəzərə alınmalıdır ki, xəstəliyi adətən, ilk dəfə 1-2 nəfər gətirir, ondan sonra isə xəstəlik digər insanlara keçərək yayılır”.

Mərkəzin direktor müavini bunu da əlavə edib ki, Azərbaycanda qızılcaya yoluxma sonuncu dəfə 2013-cü ilin yanvar-iyul aylarında qeydə alınmışdı. Həmin ilin iyul ayından sonra isə Azərbaycanda qızılcaya yoluxma baş verməmişdi.

A.Əliyeva bildirib ki, hazırda Azərbaycanda tibb müəssisələri tərəfindən səpkili xəstələrin aşkar olunması, onların laborator müayinələrə cəlb olunması üçün epidemioloji nəzarət aparılır.

Xatırladaq ki, ötən il Gürcüstanda qızılcaya 2000-2200 yoluxma halı olub. Bu il isə yoluxma hallarının sayı 312 olubQızılcaya yoluxma halları ən çox Kaxeti və İmereti bölgələrində qeydə alınıb. Xəstəliyə yoluxma hallarının 56 faizi 20-40 yaş arası vətəndaşların, 8 faizi isə 0-1 yaş arası uşaqların payına düşür.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şri-Lankada 6 partlayış: 42 ölü 21 Aprel 2019, 10:08 Doğum və ölüm günü bir yerdə qeyd olunan aktrisa - Məşhur cütlüyün ailə FACİƏSİ - FOTOLAR 21 Aprel 2019, 09:49 Ermənilər cəbhədə təxribatlara davam edir 21 Aprel 2019, 09:44 Rektor gənclərə daha 10 tövsiyə verdi: “Hər işi öz zamanında görün” 21 Aprel 2019, 09:26 Bu gün 11-ci sinif şagirdləri buraxılış imtahanları verir 21 Aprel 2019, 09:21 Tanrı pıçıltısını sözə çevirə bilən xanım 21 Aprel 2019, 09:11 Bakıda mənzildən qadın meyiti tapıldı 21 Aprel 2019, 00:54 Bakıda 17 yaşlı gənc bıçaqlandı 21 Aprel 2019, 00:39 Sükut günündə 250 pozuntu 21 Aprel 2019, 00:23 Elinanın ölümündə  suçlanan icra başçısının müavini: "Videonu mən çəkmişəm" - AÇIQLAMA  21 Aprel 2019, 00:08 Sumqayıtdakı davada 2 nəfər xəsarət alıb 20 Aprel 2019, 23:38 “Akif Çovdarova 3 milyon manat verə biləcəyimi söylədim” - Tağı Əhmədov 20 Aprel 2019, 23:37 Bu ölkədə 1 milyon işçi axtarılır 20 Aprel 2019, 23:14  “Stonehenge” tarixi abidəsini Anadoludan gələnlər tikiblər 20 Aprel 2019, 22:57 Moskva xatirələri - VI HİSSƏ 20 Aprel 2019, 22:55 Əkrəm İmamoğlu  İstanbul əhalisini Maltəpəyə çağırdı 20 Aprel 2019, 22:39 Məni həmişə ən çox inandığım adamlar aldadıb  - YAZIÇI 20 Aprel 2019, 22:32 Dünyanın ən yaxşı universitetlərinin adları açıqlandı: SİYAHI 20 Aprel 2019, 22:18 Prezident Azərbaycanla sərhəddə gəldi 20 Aprel 2019, 22:06 Bill Qeytsin varidatı 100 milyard dolları ötdü 20 Aprel 2019, 21:59 Qar Azərbaycanın bu yollarının bağlanmasına səbəb oldu 20 Aprel 2019, 21:43 Bolqarıstanda təyyarə qəzası 20 Aprel 2019, 21:27 Fransada  Azərbaycan məktəbi açıldı - FOTOLAR 20 Aprel 2019, 21:18 Niyə Prezident bütün xırda məsələlərə müdaxilə etməlidi… 20 Aprel 2019, 21:07 Lotu Qulinin adamı sahibkarı güllələdi 20 Aprel 2019, 20:58 95 yaşlı Şirməmməd Hüseynovdan 90 yaşlı Çingiz Hüseynova maraqlı TƏBRİK 20 Aprel 2019, 20:51 Qəbələdə ağır qəza: 1 ölü, 3 yaralı 20 Aprel 2019, 20:44 Parisdə 126 etirazçı saxlanıldı 20 Aprel 2019, 20:31 Biləcərinin bu küçəsində hərəkət məhdudlaşdırılır 20 Aprel 2019, 20:17 Türkiyə ordusu 20 terrorçunu zərərsizləşdirdi 20 Aprel 2019, 20:02