Modern.az

Rusiya XİN-dən Bakıya ETİRAZ

Rusiya XİN-dən Bakıya ETİRAZ

Dünya

18 Yanvar 2019, 15:22

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan Xarici İşlər Nazirliyinə sərt cavab verib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, nazirlik ermənilərin bu ölkəyə buraxılmasına qarşı çıxıb.

 

“Azərbaycan Xarici İşlər Nazirliyinin bu ölkəyə erməni mənşəli Rusiya vətəndaşlarının buraxılmaması barədə xəbərini oxudum. Açıqlamada diplomatik nəzakət qaydalarını pozan ton hiss olunur. Dinamik inkişafdan olan iki tərəfli münaasibətlər fonunda Rusiya vətəndaşlarına qarşı diskriminasiya mövzusunun “şişirdilməməsi” barədə tələb də heyrət doğurmaya bilməz. Belə yanaşma qəbuledilməzdir”.

 

Rusiya XİN-I diplomatic kanallar vasitəsilə rsəmi Bakıdan izahat gözlədiklərini də açıqlamasında vurğulayıb.   

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi