Modern.az

Komitə sədrindən ÇAĞIRIŞ: “Bunun ikinci yolu yoxdur”

Komitə sədrindən ÇAĞIRIŞ: “Bunun ikinci yolu yoxdur”

18 Yanvar 2019, 15:25

“Azərbaycanda 2020-ci ildə icbari tibbi sığorta tam şəkildə həyata keçiriləcək. Bu il icbari tibbi sığortaya keçid üçün hazırlıq ili elan olunub”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

O qeyd edib ki, bu il genişmiqyaslı hazırlıq işləri başa çatmalıdır:

“Əhaliyə tibbi yardımın səviyyəsinin yüksəldilməsinin yeganə yolu icbari tibbi sığortanın həyata keçirilməsidir. Bunun ikinci yolu yoxdur. Hansı ölkə əhaliyə tibbi yardımın keyfiyyətini yüksəldibsə, onlar buna yalnız icbari tibbi sığorta ilə nail olublar”.

 

Mail Ağaxanov

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır