19 mart 2019, Çərşənbə axşamı
Ana Səhifə - TƏHSİL - Universitetlərdə qış imtahanları: yazılı, şifahi, test üsulu - Tələbələr nəzarətçilərdən NARAZIDIR  
Universitetlərdə qış imtahanları: yazılı, şifahi, test üsulu - Tələbələr nəzarətçilərdən NARAZIDIR  
21.01.2019, 15:00

Hazırda ali məktəblərdə qış sessiyasının imtahanları davam edir. Kütləvi xarakter aldığına görə, imtahanlar sosial şəbəkələrin və mətbuatın da əsas mövzularından biridir. Tələbələr sosial şəbəkə hesablarında maraqlı məqamları paylaşır, bəzən isə imtahan prosesindən narazılıqlarını dilə gətirirlər. 

Ali məktəblərinin əksəriyyətində imtahanlar yazılı formada götürülür. Buna baxmayaraq, ixtisaslardan asılı olaraq, şifahi, test, təqdimat və digər üsullarla götürülən imtahanlar da olur.

Modern.az olaraq, ayrı-ayrı ali məktəblərdəki imtahan sistemi ilə maraqlandıq.


Ən böyük ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetində (BDU) imtahanlar yazılı formada götürülür. İmtahana giriş balını toplayaraq, imtahana buraxılan tələbəyə 5 sualdan ibarət bilet təqdim edilir. Bilet seçimini edən tələbə müvafiq suallara cavablarını yazılı şəkildə qeyd edir.


BDU-nun III kurs tələbəsi Səbinə Qurbanova yazılı imtahan formasından şikayətçi deyil. Səbinə deyir ki, tələbələrin imtahanla bağlı narahatlığına səbəb olan yeganə məsələ nəzarətin həddindən artıq güclü olmasıdır:

“Əslində əvvəlcədən suallarımız verildiyinə, müvafiq ədəbiyyat siyahısı bəlli olduğuna görə, imtahanlara məsuliyyətlə yanaşırıq. Necə oxumuşuqsa, ona uyğun da qiymət ala bilirik. Yazılı imtahanların olması həm də tələbənin əzbərçilikdən qaçmasına, savadlı yetişməsinə kömək edir. Ona görə, savadlı dostlarımızın yazılıdan çətinlik çəkməsi ağılabatan deyil. İmtahanda indiyə qədər köçürməyə cəhd edən tələbələrə də rast gəlməmişəm. Onsuz da otaqlar xüsusi kameralar vasitəsilə izlənir və hamı kəsilmək qorxusu olduğundan, nə olur, olsun imtahana hazırlaşır. Amma nəzarətçilər haqqında xoş məqamları deyə bilməyəcəyəm. Nəzarətçi müəllimlər başımızı tərpətməyə belə imkan vermirlər. İmtahanda bir-birimizdən saatı soruşmağa belə qorxuruq ki, nəzarətçi səhv başa düşər, elə bilər köçürürük. Açığ, kamera olan otaqlarda bu dərəcədə ciddi nəzarətə, müəllimlərin psixoloji olaraq, tələbəni yükləməsinə nə ehtiyac var anlamıram”.

Dövlət İdarəçilik Akademiyasında (DİA) isə yazılı və test imtahan formasının hər ikisi qüvvədədir. Bu ali məktəbin tələbələri də yazılı imtahan formasına tərəfdarıdır.

DİA tələbəsi Rövşən Teymurzadə imtahanlara ciddi hazırlaşdığını vurğulayıb:

“Yazılı imtahan keçirilməsi məsuliyyətimizi bir az da artırır. Çünki yazılıda test kimi əzbərçilik keçmir. Ona görə, məsuliyyətli yanaşmağa çalışırıq. İmtahanda nəzarət də ciddi olduğuna görə, heç kimin köçürmək ağlına belə gəlmir. Yaxşı oxumaqdan başqa variantımız yoxdur”.

Azərbaycan Dillər Universitetində imtahanlar fakültələrdən asılı olaraq, yazılı, şifahi, bəziləri isə test üsulu ilə götürülür. Üstünlük yazılı imtahana verilsə də, dil imtahanlarında şifahi imtahan da vacib olduğundan bu, istifadə edilir. 


Universitetin mətbuat katibi Ağa Cəfərli şifahi imtahanlarda tələbənin cavabının diktofona yazıldığını söyləyib:

“İmtahanların şəffaf keçirilməsi baxımından bu metod əhəmiyyətlidir. Tələbələr hər hansı məqamdan, prosesdən narazı qaldıqları halda universitet rəhbərliyinə müraciət edə bilərlər”.


ADU-un tələbəsi Rəna Nəbizadə isə imtahanların yazılı olmasının tərəfdarıdır. O qeyd edib ki, test imtahanları əzbərçiliyə yol açır:

“Şifahi imtahan da bir qədər çətindir. Çünki əksər tələbələr şifahi imtahandan çəkinir, həyacanlanır, fikrini dolğun çatdıra bilmir. Yazılı imtahan daha rahatdır, motivasiyamızı aşağı salmır. İmtahan nəzarətçiləri hərdən yaxşı müəllimlər, hərdən də sərt, kobud rəftar edənlər olur. Sonuncu imtahanımızdakı nəzarətçi su içən tələbəyə belə irad tuturdu. Məncə, imtahanda nəzarətçilərin bu qədər sərt olması, tələbənin üzərinə düşməsi nəticənin yaxşı olmamasına gətirib çıxarır. Onsuz da imtahan həyəcanla giririk, nəzarətçilərin sərt rəftarı bizi bir tərəfdən psixoloji təsirdir”.

Azərbaycan Tibb Universitetində imtahanlar kompüterlə - test üsulu ilə aparılır. Yeni tətbiq olunan proqram üzrə tələbəyə 25 sual təqdim olunur və hər düzgün cavab 2 balla qiymətləndirilir. 25 sualın 15-i qapalı, 10-u açıq sualdır.


Universitetin III kurs tələbəsi Kənan Qurbanov bu sistemi daha rahat hesab edir. O deyir ki, imtahan materialları çox olduğuna görə, yazılı imtahan tələbələr üçün kifayət qədər çətin olar:

“Tələbə materialı tam mənimsəməlidir ki, yazılı imtahana girə bilsin. Bu daha savadlı tələbənin hazırlanması üçün yaxşıdır. Amma test imtahanı lakonik, tələbələrə görə daha rahatdır. Hər iki halda tələbənin üzərinə məsuliyyət düşür və o, yaxşı oxumalı, imtahanı verə bilməlidir. İmtahanlarımızda nəzarət sistemi çox güclüdür. Hər yer kameralardır, ona görə şəffaflıq təmin olunub. Başqa universitetlərdən fərqli olaraq, bizim nəzarətçi müəllimlərlə əlaqədar çətinliyimiz yoxdur. Çünki imtahan 15-20 dəqiqə ancaq çəkir, hər şey elektron olduğundan nəzarətçi müəllimlə kontaktımızdan söhbət gedə bilməz”.

İqtisad Universitetində (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbi, SABAH mərkəzi, Türk Dünyası İqtisadiyyat fakültəsi, UNEC Biznes Məktəbi (MBA), Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində imtahanlar yazılı olaraq aparılır. 
Universitetin mətbuat xidmətindən verilən məlumata görə, Rus İqtisad Məktəbi, İqtisadiyyat, Maliyyə və mühasibat, Biznes və menecment, Texnologiya və dizayn, Ekspertiza və standartlaşdırma fakültələrində imtahanlar test üsulu ilə, ixtisas fənləri isə yazılı keçirilir:

“2018/2019-cu tədris ilindən etibarən “Mühasibat uçotu” və “Marketinq” ixtisasları yenilənmiş sillabus əsasında tədris olunur və test bazası məxfi saxlanılır”.


Universitetin II kurs tələbəsi Aygül Yusifova imtahan formasından şikayətçi deyil. O yazılı üsul ilə imtahan verdiyinə görə, bu formanın rahat olduğunu hesab edir:

“Əslində yazılı imtahan rahatdır. Amma bəzi fənlərdən suallar tələbələrə verilmədiyinə görə, onlar əziyyət çəkirlər. Əvvəllər imtahanda 6 sual təqdim edilirdi. İndi isə cəmi 5 suala cavab verməliyik. Bu işimizi bir az çətinləşdirdi. İstənilən halda, imtahana məsuliyyətlə hazırlaşıb, yaxşı qiymət almağa can atırıq”.

Dövlət Neft və Sənaye Universitetində də imtahanların əksəriyyəti yazılıdır. Yazılı imtahanlar bu universitetin 3-cü kurs tələbəsi Sona Qəmbərlinin ürəyincədir:

“İmtahanlar zamanı hərəyə 5 sualdan ibarət bilet təqdim olunur. Çətin suallar olsa belə, bütün mövzuları tapıb, oxuya bilirik. Müəllimlə məsləhət saatları da olur. Məncə, yazılı imtahan bizim savadlı olmağımız üçün hələlik ən optimal variantdır. İmtahanlarımızda nəzarət çox güclüdür. Nəzarətçi müəllimlərlə yanaşı, hər otaqda bir neçə kamera var. Ona görə, tam şəffaf imtahan prosesi aparılmasından rahatıq”.


Bakı Slavyan Universitetində bütün imtahanlar yazılı aparılır. Universitetin mətbuat katibi söyləyib ki, Proses tam şəffaf, nəzarətlə həyata keçirilir.


Ali məktəbin tələbəsi Aygül Xəlilova isə imtahanların test üsulu ilə aparılmasının tərəfdarıdır. Onun sözləri görə, bəzi fənlərdən dərs materialları çox olduğundan test üsulunu daha lakonik hesab edir:

“Dil imtahanları arasında şifahi keçirilənlər də var. Amma məncə imtahan forması fənnə uyğun dəyişilməlidir. Məsələn, fənnin saatından, materialından asılı olaraq, yazılı, şifahi, test üsulu ilə imtahan götürülə bilər. Təəssüf ki, bunu nəzərə almırlar”.

Dövlət Pedaqoji Universitetində (ADPU) imtahanlar yazılı və test üsulu ilə götürülür.

ADPU-nun 2-ci kurs tələbəsi Tükəzban Əliyeva deyir ki, yazılı imtahan prosesi ilə bağlı narahatlığı yoxdur:

“Amma təbii ki, istəyərdim imtahanlarımız testlə olsun. Çünki yazılı olanda bəzən subyektivlik özünü göstərir. Təbii ki, hər müəllimin başqa cür tələbi var. Müəllimlə tələbənin fikri üst-üstə düşməyəndə anlaşılmazlıq yaranır. Amma yenə də hazırkı imtahan forması qənaətbəxşdir”.


Qərbi Kaspi Universitetində də qış imtahan sessiyası davam edir. Bu universitetdə fərqli imtahan modelləri tətbiq edilir. Ali məktəbin mətbuat katibi Vüsal Məmmədov mövcud imtahan formalarını sadalayıb:

“Bunlar test, şifahi, baxış imtahanı, açıq suallarla yanaşı, tətbiq edilən yeni imtahan modelləri “Açıq kitab”, “Təqdimat”, “Keys həlli” kimi imtahan üsullarıdır. Yeniliklərdən biri də budur ki, tələbələr imtahan formasını özləri seçmək hüququna malikdirlər. Bu imtahan modelləri tələbələrə yalnız nəzəri deyil, təcrübi bilikləri də mənimsəməyə imkan verir.
Bundan əlavə, tələbələri səthi biliklərdən və əzbərçilikdən uzaqlaşdıraraq, onların düşünmək və təhlil aparmaq qabiliyyətini üzə çıxarır və inkişaf etdirir.

“Açıq kitab” üsulunda tələbələr imtahan keçirilən müddətdə istənilən sayda kitab, mühazirə və əlavə dərs materiallarından istifadə edə bilərlər. Bununla belə, suallar elə hazırlanır ki, birbaşa cavabı bu materiallarda tapmaq mümkün olmur. Kitabda hər hansı tarix, ad və s. kimi məlumatlara baxıla bilər, lakin sual hər hansı prosesin səbəbini, tələbənin gələcək mütəxəssis kimi qoyulan situasiyaya münasibətini tələb edir.

“Keys həlli” üsulu isə tələbələrin gələcək iş həyatlarında qarşılaşacaqları real problemlər əsasında qurulan keys məsələlərinin həlli ilə bağlıdır. Bu zaman tələbə vəziyyətin ümumi təsvirini təhlil edir, çatışmazlıqları və onların yaranma mənbələrini tapır, ən əsası isə problemin aradan qaldırılması üçün təkliflər hazırlayır”.

Universitetin IV kurs tələbəsi Badam Abbasova “Qərbi Kaspi”nin imtahan sistemindən tam razıdır:

“Açığını desəm, univeristetimizin təhsilindən də, mühitindən də çox razıyam. İmtahanlarımız tam şəffaf və tələbələrə uyğun formada təşkil olunur. Nəzarət sistemi güclüdür. Universitetin qayda- qanunları tələbələr üçün daim müsbət yeniliklər hazırlayır. Məsələn, hər kəsin verdiyi 25 faiz imtahanlar bizdə pulsuz aparılır”.


Aysel Aslan
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Serbiyada 6 şairə “Nəsimi 650 il” diplomu verildi
19.03.2019, 14:27

Serbiyada 6 şairə “Nəsimi 650 il” diplomu verildi

“Nar” abunəçiləri üçün Novruz kampaniyası!
19.03.2019, 14:10

“Nar” abunəçiləri üçün Novruz kampaniyası!

Paşinyan Əliyevlə danışıqların tarxini müzakirə edib
19.03.2019, 14:07

Paşinyan Əliyevlə danışıqların tarxini müzakirə edib

2 saylı Uşaq evində Novruz şənliyi - FOTO
19.03.2019, 14:05

2 saylı Uşaq evində Novruz şənliyi - FOTO

Qəbələdə heyvanlar müayinə olundu
19.03.2019, 14:04

Qəbələdə heyvanlar müayinə olundu

Günay Əfəndiyeva Bolqarıstanda türk səfirlərlə görüşüb
19.03.2019, 13:59

Günay Əfəndiyeva Bolqarıstanda türk səfirlərlə görüşüb

Prezidentimizin xoş məramını hər kəs adekvat dəyərləndirməlidir - Deputat
19.03.2019, 13:52

Prezidentimizin xoş məramını hər kəs adekvat dəyərləndirməlidir - Deputat

Flaminqo görmək istəyən Qızılağac Parkına getsin - FOTOLAR
19.03.2019, 13:41

Flaminqo görmək istəyən Qızılağac Parkına getsin - FOTOLAR

Yaz fəsli Azərbaycana martın 21-i saat 01.58-də daxil olacaq
19.03.2019, 13:39

Yaz fəsli Azərbaycana martın 21-i saat 01.58-də daxil olacaq

Hikmət Hacıyev Berlində Qarabağ müzakirələri aparıb
19.03.2019, 13:35

Hikmət Hacıyev Berlində Qarabağ müzakirələri aparıb

Avropa Şurasının rəsmi saytı “Azərbaycan ədəbiyyatı antologiyası”ndan yazdı   
19.03.2019, 13:32

Avropa Şurasının rəsmi saytı “Azərbaycan ədəbiyyatı antologiyası”ndan yazdı  

Rövşən Rzayev vətəndaşları dinlədi
19.03.2019, 13:28

Rövşən Rzayev vətəndaşları dinlədi

Bakıda ahıl qadınları soyan şəxs saxlanılıb
19.03.2019, 13:23

Bakıda ahıl qadınları soyan şəxs saxlanılıb

Sabahın hava proqnozu: yağış, qar
19.03.2019, 13:03

Sabahın hava proqnozu: yağış, qar

Prezidentin köməkçisi İlham Əliyev haqqındakı iddiaları TƏKZİB ETDİ: “Yalan və saxtadır!”
19.03.2019, 12:58

Prezidentin köməkçisi İlham Əliyev haqqındakı iddiaları TƏKZİB ETDİ: Yalan və saxtadır!

Prezident və birinci xanım Novruz şənliklərində - YENİLƏNİB   
19.03.2019, 12:56

Prezident və birinci xanım Novruz şənliklərində - YENİLƏNİB  

Beynəlxalq Bankdan YENİLİK
19.03.2019, 12:54

Beynəlxalq Bankdan YENİLİK

“Nobel qardaşlarının ilk uğuru” filmi baxış üçün Kann festivalında
19.03.2019, 12:51

“Nobel qardaşlarının ilk uğuru” filmi baxış üçün Kann festivalında

Baş redaktor Türk dünyası ilə bağlı tədbirlərdə iştirak edəcək
19.03.2019, 12:45

Baş redaktor Türk dünyası ilə bağlı tədbirlərdə iştirak edəcək

Bakıda yeniyetmə qızı döyən Ağstafa sakini saxlanıldı
19.03.2019, 12:43

Bakıda yeniyetmə qızı döyən Ağstafa sakini saxlanıldı

Ermənistanda “qanunda oğru” saxlanıldı – VİDEO
19.03.2019, 12:40

Ermənistanda “qanunda oğru” saxlanıldı – VİDEO

Azercell abunəçilərini Novruz bayramında sevindirməyə davam edir
19.03.2019, 12:34

Azercell abunəçilərini Novruz bayramında sevindirməyə davam edir

Azərbaycan əhalisi iki ayda 7 milyard manatdan çox gəlir əldə edib
19.03.2019, 12:30

Azərbaycan əhalisi iki ayda 7 milyard manatdan çox gəlir əldə edib

Manvel Qriqoryan Ermənistanı Avropa məhkəməsinə şikayət etdi
19.03.2019, 12:22

Manvel Qriqoryan Ermənistanı Avropa məhkəməsinə şikayət etdi

Deputatlar TÜRKPA Katibliyinin Novruz tədbirində
19.03.2019, 12:20

Deputatlar TÜRKPA Katibliyinin Novruz tədbirində

Əbülfəs Qarayev mədəniyyət ictimaiyyətini təbrik etdi
19.03.2019, 12:05

Əbülfəs Qarayev mədəniyyət ictimaiyyətini təbrik etdi

General şəhid ailələrinin evinə getdi
19.03.2019, 11:57

General şəhid ailələrinin evinə getdi

Rusiyadan Azərbaycana bu məhsulların gətirilməsinə qadağa qoyuldu
19.03.2019, 11:56

Rusiyadan Azərbaycana bu məhsulların gətirilməsinə qadağa qoyuldu

“Azərsu” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
19.03.2019, 11:54

“Azərsu” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Novruzda yalnız şəkərbura, paxlava yemirlər - Azərbaycan diasporundan yeni addımlar
19.03.2019, 11:31

Novruzda yalnız şəkərbura, paxlava yemirlər - Azərbaycan diasporundan yeni addımlar

Azərbaycan həbsxanalarında dustaqlar nə yeyir? - Penitensiar Xidmət: “Ət, toyuq, balıq, şokolad...” - VİDEO
19.03.2019, 10:58

Azərbaycan həbsxanalarında dustaqlar nə yeyir? - Penitensiar Xidmət: “Ət, toyuq, balıq, şokolad...” - VİDEO

Keçmiş “KVN”çi Ukrayna prezidentliyinə əsas favoritdir  
19.03.2019, 10:50

Keçmiş “KVN”çi Ukrayna prezidentliyinə əsas favoritdir  

Canlı əfsanənin qayıdışı: Ramiz Əzizbəyli yeni filmdə - VİDEO
19.03.2019, 10:37

Canlı əfsanənin qayıdışı: Ramiz Əzizbəyli yeni filmdə - VİDEO

Kapital Bank daha bir beynəlxalq konfransa qatıldı
19.03.2019, 10:35

Kapital Bank daha bir beynəlxalq konfransa qatıldı

Amerikada böyük nüfuz sahibi olan soydaşımız - Men ştatında yaşayan bakılı balası - FOTOLAR
19.03.2019, 10:24

Amerikada böyük nüfuz sahibi olan soydaşımız - Men ştatında yaşayan bakılı balası - FOTOLAR

Elmar Məmmədyarov çilili həmkarına Dağlıq Qarabağdan danışdı
19.03.2019, 10:19

Elmar Məmmədyarov çilili həmkarına Dağlıq Qarabağdan danışdı

Ermənistan azərbaycanlı girovu Karen Kazaryana dəyişmək istəyir
19.03.2019, 10:13

Ermənistan azərbaycanlı girovu Karen Kazaryana dəyişmək istəyir

Sumqayıtda daş hasar aşıb, 1 nəfər ölüb
19.03.2019, 10:09

Sumqayıtda daş hasar aşıb, 1 nəfər ölüb

Ermənistan atəşkəsi 21 dəfə pozdu
19.03.2019, 09:57

Ermənistan atəşkəsi 21 dəfə pozdu

Akademik: “UNEC-də son 5 ildə yüksək inkişaf dinamikasını müşahidə edirik”
19.03.2019, 09:57

Akademik: “UNEC-də son 5 ildə yüksək inkişaf dinamikasını müşahidə edirik”

İslam inkişafa mane olur, yoxsa kömək edir? - Ateist yazar və din xadiminin BAXIŞI
19.03.2019, 09:52

İslam inkişafa mane olur, yoxsa kömək edir? - Ateist yazar və din xadiminin BAXIŞI

Sabahdan 7 günlük bayram tətili başlayır
19.03.2019, 09:31

Sabahdan 7 günlük bayram tətili başlayır

Gəncədə Novruz bayramı böyük coşqu ilə qeyd edilib
19.03.2019, 09:28

Gəncədə Novruz bayramı böyük coşqu ilə qeyd edilib

Şəmkirdə azot gübrəsi güzəştlə satılıb
19.03.2019, 09:27

Şəmkirdə azot gübrəsi güzəştlə satılıb

Səfir haqqında böhtan yazdıranları Allaha tapşırdı   
19.03.2019, 09:13

Səfir haqqında böhtan yazdıranları Allaha tapşırdı  

12 ildən sonra üçəmləri doğuldu - Nazir 3 otaqlı mənzil hədiyyə etdi - FOTOLAR   
19.03.2019, 08:44

12 ildən sonra üçəmləri doğuldu - Nazir 3 otaqlı mənzil hədiyyə etdi - FOTOLAR  

“Beyləqanda hamı millət vəkili kimi məhz məni görmək istəyir” - Tapdıq Abbas indidən qərar verib
19.03.2019, 08:36

“Beyləqanda hamı millət vəkili kimi məhz məni görmək istəyir” - Tapdıq Abbas indidən qərar verib

Bizimkilər - AzTV-nin xanım reportyoru: “...hədəfim ucqar bir kənddə məskunlaşmaqdır” - MÜSAHİBƏ   
19.03.2019, 08:30

Bizimkilər - AzTV-nin xanım reportyoru: “...hədəfim ucqar bir kənddə məskunlaşmaqdır” - MÜSAHİBƏ  

Jurnalistlər Qarabağ məsələsinin həll yolunu necə görürlər?..   
19.03.2019, 08:26

Jurnalistlər Qarabağ məsələsinin həll yolunu necə görürlər?..  

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
19.03.2019, 08:11

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

ARXİV