Modern.az

Şərq Tərəfdaşlığına dair siyasi bəyannamə qəbulu istənilir

Şərq Tərəfdaşlığına dair siyasi bəyannamə qəbulu istənilir

Aktual

22 Yanvar 2019, 21:08

Rumıniya Avropa İttifaqındakı sədrliyi dövründə Şərq Tərəfdaşlığının perspektivlərinə dair siyasi bəyannamə qəbul edilməsi və bu proqramın daha da inkişafı üçün konkret layihələr hazırlamaq niyyətindədir.  Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rumıniyanın xarici işlər naziri Teodor Meleşcanu Brüsseldə bildirib.

 

“Bizim üçün iki mühüm istiqamət var. Birincisi, Brüsseldə Şərq Tərəfdaşlığına dair nazirlərin iclasının nəticəsi olaraq müəyyən siyasi bəyanat verməklə bu proqrama dair gələcək perspektivləri ayırd etmək istərdik. İndiyədək görülən işləri, Aİ-nin tərəfdaşlarımız üçün əhəmiyyətini dəyərləndirmək istərdik. Artıq Şərq Tərəfdaşlığının gələcəyinə nəzər salaraq konkret əməkdaşlıq layihələrinə cəmləşməyin zəruri olduğu qənaətindəyik”, - deyən nazir Aİ-nin şərq tərəfdaşlarının bu təşkilatın təhlükəsizliyinə mühüm töhfələr verdiyinə əmin olduğunu dilə gətirib.

 

Qeyd edək ki, bu ilin yanvar ayından Avropa İttifaqına sədrliyi qəbul edən Rumıniya Şərq Tərəfdaşlığı siyasətinin önəmli məsələlərdən biri olduğunu açıqlamışdı.

 

Bu ilin may ayında "Şərq Tərəfdaşlığı" proqramının 10 illiyi Avropa İttifaqı çərçivəsində qeyd ediləcək.

 

2009-cu ildən başlayan "Şərq Tərəfdaşlığı" proqramının əsas məqsədi Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Molodova, Ukrayna ilə Aİ arasındakı əməkdaşlığı gücləndirməkdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü