Modern.az

ABŞ-da müsəlmanlara hücum planlaşdıran qruplaşma üzvləri həbs edildi - VİDEO

ABŞ-da müsəlmanlara hücum planlaşdıran qruplaşma üzvləri həbs edildi - VİDEO

Dünya

23 Yanvar 2019, 00:17

ABŞ-da müsəlmanların yaşadığı qəsəbəyə hücum planlaşdıran qruplaşma üzvləri həbs edilib. Modern.az xəbər verir ki, bu barədə "Report" WHECtelekanalına istinadən xəbər verir.

Telekanalın məlumatına görə, onlarRoçester şəhərində həbs olunublar. Saxlanılanlar 18-20 yaşlarında üç kişi və 16 yaşlı gəncdir. Onlar müsəlmanların yaşadığı, Nyu-York ştatındakı İslamberq qəsəbəsinə hücum hazırlığında ittiham edilirlər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışlar zamanı şübhəli şəxslərdə bir neçə əldəqayırma partlayıcı qurğu aşkarlayıb. Həbs edilənlərə qarşı sui-qəsd və silah saxlama maddələri üzrə ittihamlar irəli sürülüb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü