Modern.az

Bakıda itkin düşən şəxs tapıldı

Bakıda itkin düşən şəxs tapıldı

24 Yanvar 2019, 11:24

Yanvarın 19-da Bakı şəhər sakini R.Mirzəyevin itkin düşməsi barədə Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət daxil olub. Onun həmin gün saat 20 radələrində “Renault” markalı avtomobili ilə getdiyi bildirilib.


DİN-dən Modern.az-a bildirilib ki, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib. DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən həmin avtomobilin Bakı-Quba yolunda hərəkətdə olması müəyyən edilmişdir.


Baş Dövlət Yol Polisi İdarəsi və  27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Mirzəyev “Renault” markalı avtomobillə Bakı-Quba yolunun 15-ci kilometrliyində saxlanılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü