Arxiv
25 Yanvar 2019, 01:45 | MƏDƏNİYYƏT
Ukraynada 3 nəfəri ölümdən qurtaran azərbaycanlı qardaşlar təltif olundular - FOTO  

Ukraynada 3 nəıfəri ölümdən qurtaran azərbaycanlı Sabir və Ümid Şirinov qardaşları təltif olunublar.

Modern.az xəbər verir ki, həyatlarını təhlükəyə ataraq yanan avtomobildən üç nəfərlik ailəni xilas edən Sabir və Ümid Şirinov qardaşlarına Nikolayev vilayət radasının sədri Viktoriya Moskalenko tərəfindən "Müqəddəs Nikolay xaçı" nişanı təqdim edilib.


Xatırladaq ki, Ukraynada yaşayan azərbaycanlı qardaçlar yanvarın 19-da Nikolayev şəhəri ətrafında hərəkət edərkən yolun kənarında çevrilmiş və artıq yanmağa başlayan bir avtomobil görüblər. Maşının içindən körpə səsi gəlirmiş. Qardaşlar içəridə sıxışıb qalanları çıxarmaq üçün ətrafdakı insanlara müraciət edirlər. Lakin kimsə həyatını riskə atmaq istəmir. O zaman Sabir və Ümid özləri təkcə maşındakıları qurtarmağa girişirlər. 
Yan şüşələri sındırıb içəridəkiləri çıxarmaq cəhdi uğursuz olduqda, baqaj tərəfdən salona daxil olurlar. Ana və körpəni xilas edirlər. Bu zaman maşın daha bərk yanmağa başlayıb. Ətrafdakılar qışqırıb onları uzaqlaşmağa çağırırlar. Lakin qardaşlar ön oturacağı sındıraraq ailə başçısını da çıxara bilirlər. Bir-iki dəqiqədən sonra isə maşın partlayır.

Sabir və Ümid bundan sonra həmin ailəni xəstəxanaya aparan təcili yardımı müşayiət ediblər və ailəyə maddi yardım da göstəriblər.

Ailə hazırda xəstəxanada müalicə olunur.

Sabir və Ümid Şirinovlar ailəlidirlər, hər birinin iki uşağı var. Onlar Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayətindəki üzvləridir.




A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb   19 Aprel 2019, 18:23 İstirahət günlərinin HAVASI: Yağış, qar yağacaq   19 Aprel 2019, 18:15 Problemli krediti olanlar kompensasiyaları bu ŞƏRTLƏRLƏ alacaqlar 19 Aprel 2019, 18:07 Deputat “Komandir”in təqdimatında Qarabağ naminə birliyə ÇAĞIRDI 19 Aprel 2019, 17:54 Jiru “Çelsi”nin tarxinə adını yazdırdı 19 Aprel 2019, 17:50 ABŞ-a işləyən 300 nəfərlik casus şəbəkəsi çökdürüldü 19 Aprel 2019, 17:42 Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ilkin nizamnamə fondu - 100 min manat 19 Aprel 2019, 17:40 Problemli kreditləri olan vətəndaşlara kompensasiya ödənişi başladı - RƏSMİ 19 Aprel 2019, 17:38 Citibank nümayəndəsi UNEC-də təqdimat etdi   19 Aprel 2019, 17:37 Elmi konfrans “Heydər Əliyev və müasir Azərbaycan təhsili” 19 Aprel 2019, 17:35 İmamoğlu Ərdoğanla görüşündən danışdı: “O məni təbrik etdi, mən də onu” 19 Aprel 2019, 17:30 Manatın üç günlük MƏZƏNNƏSİ 19 Aprel 2019, 17:29 İstirahət günlərində səyahətə çıxanlar üçün hava PROQNOZU 19 Aprel 2019, 17:29 Azərbaycan hərbçiləri NATO-nun təlimində iştirak edib 19 Aprel 2019, 17:10 Leyla Əliyeva sağlamlıq imkanlarından məhdud gənclərin sərgisinə gəldi 19 Aprel 2019, 16:42 Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işi barədə Fərman verildi 19 Aprel 2019, 16:35 Prezidentdən sərəncam - 1.9 milyon manat ayrıldı 19 Aprel 2019, 16:34 Bakı-Sumqayıt qatarının hərəkət qrafiki dəyişdirilir 19 Aprel 2019, 16:21 Ağac kəsənə 2960 manat cərimə   19 Aprel 2019, 16:19 Hansı deputatlar Milli Məclisin iclaslarına gəlmirlər... 19 Aprel 2019, 16:16 İki universitet Hesablama Palatasının ittihamlarına cavab verdi 19 Aprel 2019, 16:10 Nazirin qəbul vaxtı dəyişdirildi 19 Aprel 2019, 16:08 Universitetlərdə Keyfiyyət Təminatı Mərkəzləri yaradıla bilər 19 Aprel 2019, 15:54 Azərbaycanda hər il yeni quşlar AŞKARLANIR 19 Aprel 2019, 15:50 Maksim 400-cü oyununa övladları ilə çıxdı - FOTO 19 Aprel 2019, 15:46 İTV-nin aparıcısının bacısından sonra qardaşı da öldü - Ailə faciəsi 19 Aprel 2019, 15:39 Formula 1-i 90 jurnalist izləyəcək 19 Aprel 2019, 15:38 İcra başçısı problemləri dinlədi 19 Aprel 2019, 15:36 Ermənistanın Qarabağ iştahı artır - Arazboyu ərazilər məskunlaşdırılır 19 Aprel 2019, 15:32 ReAl partiyası parlament seçkilərinə hazırlığa başladı: “İki siyahı üzərində çalışırıq” - ŞƏRTLƏR 19 Aprel 2019, 15:17