Modern.az

Gülün yeni partiya quracağı iddiasına reaksiyası

Gülün yeni partiya quracağı iddiasına reaksiyası

Dünya

27 Yanvar 2019, 00:12

Türkiyənin XI prezidenti Abdullah Gül yeni partiya quracağı ilə bağlı yayılan iddialar qarşısında da səssizliyini qoruyur. Modern.az Axar.az-a istinadən xəbər verir ki, Abdullah Gül 2019-cu ildən bəri rəsmi “Tvitter” hesabında heç bir tvit paylaşmayıb.

 

Onun 8,5 milyonluq Tvitter hesabında Əhmət Davudoğlu və Əli Babacanla birlikdə yeni partiya quracağı ilə bağlı məlumatlara heç bir reaksiya verməməsi diqqətdən yayınmayıb.

 

Qeyd edək ki, Gülün sonuncu paylaşımı 2019-cu ilin gəlişi münasibəti ilə yazdığı təbrik tviti olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü