19 mart 2019, Çərşənbə axşamı
Ana Səhifə - TƏHSİL - Britaniya səfirliyinin rəsmisi: “Düşünürdüm ki, çox savadlı və ağıllıyam...”
Britaniya səfirliyinin rəsmisi: “Düşünürdüm ki, çox savadlı və ağıllıyam...”
28.01.2019, 12:21

Könül Səmədova: “Azərbaycanlı tələbələrin diplom işində plagiatlıq aşkarlanmışdı” 

 

AzEdu.az xaricdə təhsil almaq istəyənlər üçün yeni layihəyə start verir.

 

“Təhsil(in) səfiri” adlanan layihədə xarici ölkələrin Azərbaycandakı səfirlikliklərinin təhsil məsələləri üzrə rəsmi nümayəndələri ilə müsahibələr təqdim ediləcək.        

 

Layihə çərçivəsində ilk müsahibimiz Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Könül Səmədovadır.

Modern.az müsahibəni təqdim edir. 

 

-Könül xanım,  bildiyimizə görə, Britaniyada təhsil almısınız. İstərdik, özünüz haqda məlumat verməklə söhbətə keçək...

 

-Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin həm bakalavr həmdə magistr səviyyəsini bitirmişəm. Daha sonra Böyük Britaniyanın  “University College of London”  Universitetində siyasi elmlər üzrə magistr təhsili almışam.

 

-Böyük Britaniyada hansı təqaüd proqramı ilə təhsil almısınız?

 

-Böyük Britaniyada  Çivninq təqaüd proqramından başqa elə birisi yoxdur ki, tələbələrin  bütün xərclərini qarşılasın.

Universitetlər tələbələrə təqaüdü qismən verə  bilər. Təhsil aldığım universitetin təqaüdünü qismən qazanmışdım. Qismən də öz xərcimlə getmişdim.

Şərqi Avropa Ölkələrində USAİL-in Şərqi Avropa ölkələri üzrə departamentinin yarım təqaüdünü qazanmışdım. Elə bunun özü də böyük bir şey idi. Ona görə ki, Böyük Britaniyada təhsil almaq heç də ucuz başa gəlmir. Çünki həm ölkə, həm də şəhərin özü  bahalıdır. Avropa Birliyinə aid olmayan ölkələr və öz vətəndaşları üçün  də Böyük Britaniyada təhsil  çox bahalıdır.

 

-Könül xanım, bəs, digər xərclərinizi necə qarşıladınız?

 

-Digər xərclərim həm ailəm tərəfindən qarşılanırdı, həm də işləyərək ödəyirdim. Böyük Britaniyada tələbələrin  əksəriyyəti  müxtəlif işlərdə çalışırlar. Orada tələbələr  istər “coffeeshop”larda, satıcı, istərsə də öz sahələri üzrə işləyə bilərlər.  Böyük Britaniyada universitetlər çox zaman tələbələr üçün müxtəlif yerlərdə iş imkanı yaradır. Təhsil aldığım müddətdə təhsil vizası ilə gedən tələbələrin əksəriyyətinə  həftədə 20 saat iş izni verilirdi.

 

-Sirr deyilsə, illik təhsil xərcləriniz nə qədər idi?

 

-Təhsil xərcləri universitetdən asılı olaraq fərqlənir və  ildən-ilə dəyişir; Əfsus  ki, getdikcə daha da bahalaşır. Məsələn, 2012-2015-ci illərdə  Avropa Birliyinə aid olmayan ölkələr üçün magistr səviyyəsi 10.000-15.000 funt sterlinq civarında idi. Müqayisə etmək üçün qeyd edim  ki, həmin fakültə Avropa Birliyinə aid olan ölkələr üçün  7000 funt sterlinq ola bilərdi. Böyük Britaniya vətəndaşları üçün isə  3000-4000 funt arasında dəyişirdi.

 

-Çoxları elə bilir ki, Böyük Britaniyada təhsili qazandıqdan  sonra orada oxumaq rahatdır. Halbuki, hətta ingilis dilini bilsəniz belə orada oxumaq çox çətindir. Yeni mühit və akademik səviyyəli dərsliklər tələbələrə çətinliklər yaradır.

 

-Azərbaycanda təhsil aldığım müddətdə dərslərimi çox yaxşı oxuyurdum. Orta və ali məktəbi fərqlənmə ilə bitirmişdim. Düşünürdüm  ki, həqiqətən də çox savadlı və ağıllıyam. Böyük  Britaniyada  iki ay  oxuduqdan sonra başa düşdüm ki, hər şey necə də çətindir. Demək olar ki, müqayisədə hər bir şey fərqlidir.  Çətin terminologiyalı kitabları oxuyub, mövzu üzərində esse, tezis yazmaq  çox mürəkkəbdir.  Təhsil aldığım müddətdə ilk 3 ay çox ağır keçdi. Amma bir neçə faktor var idi ki, mənə xeyli kömək oldu: Orada mənimlə oxuyan tələbələrin əksəriyyəti yerlilər idi. Bu amil mənə ingilis dilini daha da yaxşı öyrənməyə təkan verdi. Onu da qeyd edim ki, universitetin tələbələrə yaratdığı imkanlar da çox gözəl idi. Tələbələrin  bütün kitabxanalara çıxışı var idi. Yəni ki,  hər bir kitabxana bizlər üçün tam ödənişsiz idi.  Bu da kitabxanalardakı bütün kitabları oxumağa  imkan yaradırdı.Ümumiyyətlə, hər bir şeydə çətinliklər olur. Amma  qarşınıza məqsəd  qoyursunuzsa, çətinlikləri adlamaq mümkündür.  

 

“Tələbələr ödədikləri hər funtun dəyərini bilir” 

 

- Sosial şəbəkələrdə bəzən azərbaycanlı və əcnəbi tələbələrin müqayisəsini  vurğulayırlar. Ümumiyyətlə, Böyük Britaniya və Azərbaycan tələbələrini müqayisə etmisinizmi?

 

- Böyük Britaniya səfirliyinin rəsmi səhifələrini idarə etdiyim üçün sosial medianı izləyirəm.  Orada təhsil aldığım müddətdə  gördüyüm tələbələri müqayisə edə bilərəm.  Amma  hazırda çox şey dəyişib: Böyük Britaniyada təhsilini davam etdirmək istəyənlər sırf öz iradəsi ilə oxuyurlar. Orada tələbələri universitetlərdə auditoriyada oturmağa heç kəs məcbur etmir. Tələbəlik illərimizi yada salanda görürük ki,çox vaxt arxada oturaraq danışıb-gülmək kimi hallar mövcud idi. Amma Böyük Britaniyada  gördüyüm tələbələr belə deyildi.  Böyük Britaniyada təhsil ümumiyyətlə, ödənişlidir. Tələbələr ödədikləri  hər bir funtun dəyərini bilir. Orada tələbələrin həyatı bizdəkilərindən  fərqlidir. Məsələn, tələbələr həftənin 5 günü  dərs oxuyur. Buna baxmayaraq onlar əylənməyə də vaxt ayırırlar.

 

- Əsəbiləşmək insan psixologiyasına məxsus bir davranışdır. Bu mənada, bəs Böyük Britaniyada müəllimlər nə zaman tələbələrə əsəbiləşir?

 

-Böyük Britaniyada təhsil aldığım müddətdə müəllimlərin aqressiyası  ilə qarşılaşmadım. Çünki orada tələbə-müəllim münasibəti, bir-biri ilə davranışları bir az başqadır. Böyük Britaniyada nə tələbə müəllimi hirsləndirə,  nə də müəllim  tələbəyə qarşı kobud şəkildə iradını bildirə bilər.

Onlar bilirlər ki, müəllimin işi dərs keçmək, tələbəninki isə öz iradəsi ilə təhsil almaqdır. Bir çox tələbə yoldaşlarım 3 ay oxuduqdan sonra təhsillərini davam etdirmək istəmirdilər. Çünki 2 ay mühazirəyə gəldikləri zaman gördülər ki,  bu, onlara maraqlı deyil. Yəni onlarda “məcburi şəkildə oxuyum,diplomum olsun” deyə bir şey yoxdur.  Orada tələbə təhsilini bakalavr və ya magistratura səviyyəsində davam etdirirsə, bu onun istəyindən asılıdır. 

 

“Böyük Britaniya təhsili insanın  analitik düşüncəsini inkişaf etdirir” 

 

- Böyük Britaniyada təhsil əcnəbi tələbələrə nə qazandırır?

 

-Həqiqətən inanıram ki, Avropa ölkələrində xüsusilə də Böyük Britaniyada magistr  səviyyəsində təhsil almaq  tələbələrimiz üçün çox vacibdir.  Böyük Britaniyada təhsil insanın  analitik düşüncəsini inkişaf etdirir.  Yəni tələbələr hər hansı mövzunu əzbərləmir.  Ölkəmizdə hər hansı tarixi hadisəni nə cür oxuyurduqsa o formada da deyirdik. Amma Böyük Britaniyada tarixi hadisəni  analiz edirdik ki, nəyə görə belə oldu.  Yəni, tarix dərsini oxumaq keçmişdə nə olduğunu əzbərləmək deyildi.  Tarixi hadisənin  indiki zamana şamil etməyin yollarını da tapırdıq. 

 

- Dünyanın aparıcı universitetlərinin təhsil sistemləri, metodologiyaları fərqlənir. Bəs Böyük Britaniya təhsil sistemini digər ölkələrdən  fərqləndirən özəllikləri hansıdır?

 

-Bu suala  cavab vermək çətindir. Çünki,  buna cavab vermək üçün başqa ölkələrin də təhsil sistemini bilməliyəm. Fikrimcə,  Avropa ölkələrində təhsil  çox olmasa da bir-birinə bənzərdir.  Amma  mənə görə Böyük Britaniyanın  fərqi ondadır ki, ölkə çox keyfiyyətli təhsil verir.  Baxmayaraq ki, coğrafi baxımdan Böyük Britaniya balacadır,amma oradakı  universitetlər dünya reytinqində  ilk onluqdadır.

 

-Könül xanım, azərbaycanlı tələbələr əsasən orada  hansı sahələr üzrə təhsil alırlar?

 

-Son 10ilə nəzər yetirsək,dəyişiklik görərik. Böyük Britaniyada  öncəki illərdə humanitar sahələr üzrə təhsil alan çox idi.  Daha sonra isə iqtisadiyyat sahəsi üzrə təhsil alanların sayı artdı. Hazırda  isə azərbaycanlı tələbələr Böyük Britaniyada müxtəlif sahələr üzrə təhsil alırlar.

 

-Böyük Britaniya universitetlərinə qəbul prosesində azərbaycanlı tələbələr  əsasən hansı səbəblərdən  imtina cavabı alır? 

 

-Böyük Britaniya səfirliyi sırf Çivninq təqaüd proqramı ilə məşğuldur.  Çivninq təqaüd proqramı  bir neçə  mərhələdən  ibarətdir. Təqaüd proqramı üçün 3 ay sənəd qəbulu olur. Daha  sonra bütün sənədləri  Londonda 2-3 ay ərzində  mərkəzi Çivninq Katibliyi oxuyur.  Oxu Komitəsi deyilən qurum var  ki, oraya professorlar, müəllimlər daxildir. Onlar da sənədləri oxuyur və bizə“longlist” göndərirlər.

Daha sonra onu “shortlist” edirik və təhsil almaq istəyənləri müsahibəyə dəvət edirik.Əlavə olaraq bildirim ki, son tarix iyul ayına qədərdir. Müsahibəyə dəvət olunanlar  iyul ayına qədər IELTS imtahanı verməlidirlər. Onu da qeyd edim ki,  müsahibə ingilis dilində olur. 

 

- Səhv etmiriksə, bu zaman mükəmməl ingilis dili tələb olunmur, elə deyilmi?

 

- Müsahibə zamanı təhsil almaq istəyənlərin  dil biliyinə  görə qiymət vermirik. Müsahibə zamanı onların suallarımızı necə cavablandıracaqlarını   qiymətləndiririk.  Təbii ki,  ingilis dili biliyi zəif olanlar özlərini yaxşı ifadə edə bilməyəcəklər. Ona görə də Çivninq təqaüd proqramına müraciət edənlər həm də ingilis dilini təkmilləşdirməlidir. 

Çivninq təqaüdü proqramı ilə 1il magistr təhsili alanlar sonra mütləq qaydada Azərbaycana qayıtmalı və ən azı 2il burada işləməlidirlər. Çünki bizə maraqlıdır ki, tələbələr qayıtdıqdan sonra onların planları necə olacaq. Yenə də qeyd edirəm ki, Böyük Britaniyada təhsil ödənişlidir.  Böyük Britaniya vətəndaşları təhsil almaq üçün öz ölkələrinə pul ödəyirlər.  Amma Böyük Britaniya hökuməti  demək olar ki, bütün dünya ölkələrinə Çivninq kimi təqaüd proqramı ayırıb. Təqaüd proqramı isə tam ödənişsizdir. Çivninq təqaüd proqramında  tələbələrin bütün xərcləri Böyük Britaniya hökuməti tərəfindən qarşılanır. Sual yaranır ki, Böyük Britaniya bundan nə qazanır? Böyük  Britaniya Çivninq proqramı ilə özünə gələcək üçün dost qazanır.

 

-Bəs, Con Smit təqaüd proqramını hansısa xüsusiyyətinə görə Çivninq təqaüd proqramına bərabər tuta bilərikmi?

 

-Siz dediyiniz proqram hazırda Böyük Britaniyanın Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilir. Təqaüd proqramı isə professional, peşəkarlıq cəhətdən öz yerini tutan insanlar üçündür. Məsələn,  jurnalistlər istəyər ki,  öz sahələrini təkmilləşdirsinlər. Con Smit təqaüd proqramı 3 həftəlikdir.  Proqramdan yararlanmaq istəyənlərin  ingilis dil biliyi mükəmməl olmalıdır.  Proqramda  IELTStələb olunmur, amma burada müsahibə zamanı  ingilis dili biliyinə  diqqət edilir.

 

-Britaniyada təhsil almaq istəyən azərbaycanlılar  sənədləşmə prosedurunda  hansı çətinliklərlə qarşılaşırlar?

 

-Çivninq təqaüd proqramını  qazanan tələbələrlə məşğulam. Sənədləşmə proseduru zamanı isə onların heç bir problemi olmur.  Təqaüdü qazanmaq istəyənlərə bildiririk ki, bütün xərclər Böyük Britaniya hökuməti tərəfindən qarşılanacaq. Vizanı almaq o qədər də çətin olmur. Amma öz hesabı ilə təhsil alan tələbələrə müəyyən çətinliklər ola bilər. Onlar sübut etməlidirlər ki, onların ödəyə biləcəyi maliyyə vəsaitləri var.  

 

-IELTS  məlumdur bəs, TOEFL imtahanın nəticəsi ilə orada təhsil almaq mümkündür?

 

-Bəli... Təhsil almaq mümkündür. IELTS Böyük Britaniyanın , TOEFL isə ABŞ-ın imtahan sistemidir.

 

-Könül xanım,  deyək ki, tələbənin dil biliyi və digər keyfiyyətləri yüksək dərəcədədir. Amma beynəlxalq imtahan sertifikatı yoxdur. Bu halda müsahibə zamanı istisnalar olurmu?

 

-Təəssüf ki, elə bir istisnalar yoxdur. 

 

-Böyük Britaniya ali təhsil müəssisələrində oxuyan əcnəbi tələbələrin universiteti bitirdikdən sonra işlə təmin olunması prosesi hansı səviyyədədir?

 

-Böyük Britaniyada hər bir universitet tələbələrə iş imkanı verir.Orada hər hansı qurumlar tələbələrə güzəştlər edir. Bunu istər Xarici İşlər Nazirliyi, istərsə də başqa nazirliklər “internship” kimi qəbul edirlər. Daha sonra onlar tələbələri yoxlayırlar. Ümumiyyətlə, Böyük Britaniyada ali təhsili olan insanın iş tapmaq çətinliyi çox azdır.

 

-Könül xanım, az öncə qeyd etdiniz ki, tələbələr  orada işləyirlər. Bəs, siz işləyirdinizmi?

 

-Bəli, kitabxanada işləyirdim. Təhsil  aldığım universitetdə Şərqi Avropadan gələn tələbələr çox idi.  Rus dilini bildiyim üçün həmin tələbələrə, eyni zamanda yeni gələnlərə  yardım edirdim.  Demək olar ki, həm universitetin kitabxanasında çalışırdım, həm də professorumun assistenti idim. Onu da qeyd edim ki, orada işləmək mənə çox şey öyrətdi. Çünki hər şeydən öncə yeni dostlar qazandım.

 

-Bəs, işlədiyiniz zaman nə qədər qazancınız olurdu?

 

-İşlədiyim zaman qazanc müxtəlif olurdu. Orada qazanc bir çox hallarda saatda 10 və ya 20 funt da ola bilər.

 

-Böyük Britaniyada tələbələrin gündəlik xərcləri təxmini nə qədər idi?

 

-London çox bahalı şəhərdir. Orada  tələbələrin əksəriyyəti restoranlara  getmir.  Onu da qeyd edim ki, Böyük Britaniyada tələbələr üçün çox güzəştlər edilir. İstər  geyim dükanlarında, istərsə də “fast food”  restoranlarında  tələbələrə 10% endirim edilirdi.

Çivninq təqaüd proqramına əsasən qeyd edim ki, Böyük Britaniyanın digər şəhərləri ilə müqayisədə London universitetlərində təhsil alanların  aylıq xərci bir az baha olur. Orada tələbələr restorana getməsə, onların  aylıq xərci  200-300funt sterlinq arasında  dəyişə bilər. Londonda vətəndaşların ictimai nəqliyyatdan istifadəsi  çox bahadır.  Amma yenə də tələbələr üçün endirimlər olur.

 

-Böyük Britaniya  səfirliyi  tələbələrə Çivninq təqaüd proqramı təklif edir. Gələcəkdə səfirliyin başqa proqramları da cəlb edəcəyi gözlənilmirmi?

 

-Çivninq təqaüd proqramı ilə bir neçə il öncə “British Council” məşğul olurdu. Hazırda isə Çivniniq təqaüd proqramı Böyük Britaniyanın Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşir. Amma universitetlərin öz təqaüdünə Böyük Britaniya hökuməti qarışa bilməz.

 

-2019-cu il  üçün müraciətlər başlayıbmı?

 

- Bəli. Çivninq təqaüd proqramına artıq müraciətlər başlayıb.

 

-Çivninq təqaüd proqramına 2018-ci ildə nə qədər müraciətlər olub və neçə tələbə məzun oldu?

 

-Səhv etmirəmsə, keçən il 252 müraciət aldıq.  Hazırda isə Böyük Britaniyada 9 tələbəmiz təhsil alır. Açıq etiraf edim ki, 10 tələbə təhsil almalı idi. Əfsuslar olsun ki, çox  zaman IELTS imtahanına görə tələbə göndərə bilmirik. Çünki,  yenə də qeyd edirəm ki,  müsahibə  zamanı  ingilis dilini qiymətləndirmirik. Tələbə müsahibədən uğurlu keçirsə,son tarixə qədər mütləq qaydada IELTS imtahanı verməlidir. Əgər  tələbə imtahanı uğursuz verirsə və müsahibə zamanı onu seçmişiksə o təhsil almağa gedə bilmir. İlk dəfə idi ki, Azərbaycandan 10 nəfər gedəcəkdi. Çünki, bizim yerli sponsorumuz Paşa Bank  oldu.  Ona görə də müsahibəyə gələnləri yola saldıqda  mütləq qaydada tapşırırıq ki, IELTS imtahanınızı tez verin.

 

-Könül xanım qeyd etdiniz ki, sizə “long list” göndərilir, müsahibəyə dəvət edirsiniz. Bundan sonra isə“short list” Britaniyaya göndərilir. Britaniyada “short list”ə baxıldıqdan sonra nələrə diqqət edilir?

 

-Bəli... “Short list” də müsahibəyə dəvət edirik, sonra qərarımızı veririk. Daha sonra məsləhətlərimizi Çivninq təqaüd proqramının Katibliyinə göndəririk.  Daha sonra yeni büdcənin təsdiqini gözləyirik. Çünki ildən-ilə büdcə dəyişə bilər.  Məsələn, elə büdcə ayırarlar ki, 2 və ya 15 tələbə də göndərə bilərik. İyunda dəqiq deyə bilərik ki, kim seçilib, kim yox. Çünki  büdcə mayda  təsdiq olunur. İyun ayına qədər isə  təhsil almaq istəyənlər IELTS imtahanı verməlidir.

 

-Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Karol Krofts ildə bir dəfə Çivninq təqaüdü proqramı çərşivəsində təhsil alan məzunlarla görüşlər keçirir. Bu ənənə sizin təşəbbüsünüzdən irəli gəlir?

-Çivninq təqaüd proqramı ilə təhsil alan məzunlarla görüşün keçirilməsi deyərdim ki, bütün səfirliyimizin təşəbbüsüdür. Amma sırf bununla məşğul olduğum üçün deyə bilərəm ki, həm də mənim təşəbbüsümdür. İnanıram ki,  Böyük Britaniyada oxuyub gələn tələbələrimiz  iki ölkə arasında olan münasibətlərə çox müsbət təsir göstərirlər.  Onu da qeyd edim k, həqiqətən orada təhsil alanlar çox fərqlənirlər. Onlar həm çox gözəl insandırlar, həm də öz sahələrində professionaldırlar. Təhsil alan məzunlarımızı da hər kəsə nümayiş etdirməliyik.

 

-Böyük Britaniyada nə qədər azərbaycanlı tələbə təhsil alır?

 

-Böyük Britaniyada təhsil alan azərbaycanlıların  sayını  söyləməkdə səhvə yol verərəm.  Çünki, statistik məlumatlarla daha çox “British Council” məşğul olur. Bildiyimə görə, son 5 ildə 5000-dən çox azərbaycanlı tələbəyə təhsil vizası verilib. Çivninq təqaüd proqramı isə  Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. İndiyə qədər isə  200-ə yaxın tələbə Çivninq təqaüd proqramı ilə təhsil alıb.

 

-Böyük Britaniya  universitetlərinə əcnəbi tələbələrin bakalavr, magistratura və doktorantura təhsil pilləsinə qəbul proseduru necə olur?

 

-Təhsilin bakalavr səviyyəsi üçün onlarda “A Level” deyilən imtahanlar var. Bakalavr səviyyəsində təhsil almaq istəyənlər 4-5 fəndən imtahan verməlidir. Ümumiyyətlə, Böyük Birtaniyada  təhsilin magistratura  səviyyəsinə qəbul proseduru o qədər də çətin deyil. Tələbələr əsasən qarşısına məqsəd qoymalıdır. 

 

-Magistr təhsili üzrə diplom işini müdafiə etmək də çətin olar. Plagiatlıq necə aşkarlanır? 

 

-Bizim üçün çətindir.Böyük Britaniya universitetlərində hər hansı problemi qarşınıza qoyaraq  onun təhlilini istəyirlər. Hətta problemi  təhlil etməklə  bərabər ona yenilik də gətirməlisiniz. Təbii ki, sizdən öncə bu işlə məşğul olanlara da istinad etməlisiniz.  Çünki istinad çox mühümdir. Böyük Britaniyada   bir dəfə plagiatlıq aşkar edildikdə, bu, akademik karyeranın sonu deməkdir. Ümumiyyətlə, Böyük Britaniya innovasiyalar ölkəsidir. Onların xüsusi sistemləri var ki, hər  şey oraya daxil olur. Daha sonra dərhal bilirlər ki, nə plagiatdır, nə yox...

 

-İstər azərbaycanlı , istərsə də əcnəbi tələbə yoldaşlarınızda hər hansı plagiatlıq aşkar edilmişdi?

 

-Təəssüf ki, var idi. Azərbaycanlılar daxil olmaqla, müxtəlif ölkələrdən gələn tələbələrdə  plagiatlıq aşkar olunmuşdu.  Təəssüf ki, kiməsə ödəniş edərək işini yazdıranlar da olurdu. Müəyyən şirkətlər təklif edir ki, ödəniş müqabilində diplom işini yazsınlar. Amma Britaniyada bunu da asanlıqla aşkarlayırdılar.

 

-Deyək ki, magistratura pilləsi üzrə təhsil alıram, amma məndə  hər hansı nöqsan aşkar edilib və diplom verilmir. Diplomu almaq üçün qalıb növbəti il də təhsil almalıyam?

 

-Çivninq təqaüd proqramı ilə magistratura təhsili 1ildir. Onu da qeyd edim ki,bu proqram çərçivəsində təhsil alan tələbələrdə indiyə qədər plagiatlıq kimi  hallarla rastlaşmamışıq və buda çox müsbət haldır.  Tələbələrimizin əksəriyyəti fərqlənmə diplomu ilə təhsilini başa vururlar. Amma fikirləşirəm ki, belə hallar olsa Böyük Britaniya hökumətinin həmin şəxsə xərclədiyi maliyyəsi  geri verilməlidir. Çünki əsas məqsəd orada oxuyub geri qayıtmaqdır. Yəni əlavə heç bir xərc ödənilmir.

 

-Brekzitdən sonra ümumiyyətlə, viza məsələlərində hansı problemlər ortaya çıxıb? 

 

-Bu, çox böyük məsələdir.  Hələ ki, nəyisə  dəqiq demək çox çətindir. Fikrimcə, mart ayından sonra  bir çox şeyə dəqiq nəsə demək olacaq. 

 

Günel YAŞARQIZI

Aqşin KƏRİMOV

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Serbiyada 6 şairə “Nəsimi 650 il” diplomu verildi
19.03.2019, 14:27

Serbiyada 6 şairə “Nəsimi 650 il” diplomu verildi

“Nar” abunəçiləri üçün Novruz kampaniyası!
19.03.2019, 14:10

“Nar” abunəçiləri üçün Novruz kampaniyası!

Paşinyan Əliyevlə danışıqların tarixini müzakirə edib
19.03.2019, 14:07

Paşinyan Əliyevlə danışıqların tarixini müzakirə edib

2 saylı Uşaq evində Novruz şənliyi - FOTO
19.03.2019, 14:05

2 saylı Uşaq evində Novruz şənliyi - FOTO

Qəbələdə heyvanlar müayinə olundu
19.03.2019, 14:04

Qəbələdə heyvanlar müayinə olundu

Günay Əfəndiyeva Bolqarıstanda türk səfirlərlə görüşüb
19.03.2019, 13:59

Günay Əfəndiyeva Bolqarıstanda türk səfirlərlə görüşüb

Prezidentimizin xoş məramını hər kəs adekvat dəyərləndirməlidir - Deputat
19.03.2019, 13:52

Prezidentimizin xoş məramını hər kəs adekvat dəyərləndirməlidir - Deputat

Flaminqo görmək istəyən Qızılağac Parkına getsin - FOTOLAR
19.03.2019, 13:41

Flaminqo görmək istəyən Qızılağac Parkına getsin - FOTOLAR

Yaz fəsli Azərbaycana martın 21-i saat 01.58-də daxil olacaq
19.03.2019, 13:39

Yaz fəsli Azərbaycana martın 21-i saat 01.58-də daxil olacaq

Hikmət Hacıyev Berlində Qarabağ müzakirələri aparıb
19.03.2019, 13:35

Hikmət Hacıyev Berlində Qarabağ müzakirələri aparıb

Avropa Şurasının rəsmi saytı “Azərbaycan ədəbiyyatı antologiyası”ndan yazdı   
19.03.2019, 13:32

Avropa Şurasının rəsmi saytı “Azərbaycan ədəbiyyatı antologiyası”ndan yazdı  

Rövşən Rzayev vətəndaşları dinlədi
19.03.2019, 13:28

Rövşən Rzayev vətəndaşları dinlədi

Bakıda ahıl qadınları soyan şəxs saxlanılıb
19.03.2019, 13:23

Bakıda ahıl qadınları soyan şəxs saxlanılıb

Sabahın hava proqnozu: yağış, qar
19.03.2019, 13:03

Sabahın hava proqnozu: yağış, qar

Prezidentin köməkçisi İlham Əliyev haqqındakı iddiaları TƏKZİB ETDİ: “Yalan və saxtadır!”
19.03.2019, 12:58

Prezidentin köməkçisi İlham Əliyev haqqındakı iddiaları TƏKZİB ETDİ: Yalan və saxtadır!

Prezident və birinci xanım Novruz şənliklərində - YENİLƏNİB   
19.03.2019, 12:56

Prezident və birinci xanım Novruz şənliklərində - YENİLƏNİB  

Beynəlxalq Bankdan YENİLİK
19.03.2019, 12:54

Beynəlxalq Bankdan YENİLİK

“Nobel qardaşlarının ilk uğuru” filmi baxış üçün Kann festivalında
19.03.2019, 12:51

“Nobel qardaşlarının ilk uğuru” filmi baxış üçün Kann festivalında

Baş redaktor Türk dünyası ilə bağlı tədbirlərdə iştirak edəcək
19.03.2019, 12:45

Baş redaktor Türk dünyası ilə bağlı tədbirlərdə iştirak edəcək

Bakıda yeniyetmə qızı döyən Ağstafa sakini saxlanıldı
19.03.2019, 12:43

Bakıda yeniyetmə qızı döyən Ağstafa sakini saxlanıldı

Ermənistanda “qanunda oğru” saxlanıldı – VİDEO
19.03.2019, 12:40

Ermənistanda “qanunda oğru” saxlanıldı – VİDEO

Azercell abunəçilərini Novruz bayramında sevindirməyə davam edir
19.03.2019, 12:34

Azercell abunəçilərini Novruz bayramında sevindirməyə davam edir

Azərbaycan əhalisi iki ayda 7 milyard manatdan çox gəlir əldə edib
19.03.2019, 12:30

Azərbaycan əhalisi iki ayda 7 milyard manatdan çox gəlir əldə edib

Manvel Qriqoryan Ermənistanı Avropa məhkəməsinə şikayət etdi
19.03.2019, 12:22

Manvel Qriqoryan Ermənistanı Avropa məhkəməsinə şikayət etdi

Deputatlar TÜRKPA Katibliyinin Novruz tədbirində
19.03.2019, 12:20

Deputatlar TÜRKPA Katibliyinin Novruz tədbirində

Əbülfəs Qarayev mədəniyyət ictimaiyyətini təbrik etdi
19.03.2019, 12:05

Əbülfəs Qarayev mədəniyyət ictimaiyyətini təbrik etdi

General şəhid ailələrinin evinə getdi
19.03.2019, 11:57

General şəhid ailələrinin evinə getdi

Rusiyadan Azərbaycana bu məhsulların gətirilməsinə qadağa qoyuldu
19.03.2019, 11:56

Rusiyadan Azərbaycana bu məhsulların gətirilməsinə qadağa qoyuldu

“Azərsu” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
19.03.2019, 11:54

“Azərsu” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Novruzda yalnız şəkərbura, paxlava yemirlər - Azərbaycan diasporundan yeni addımlar
19.03.2019, 11:31

Novruzda yalnız şəkərbura, paxlava yemirlər - Azərbaycan diasporundan yeni addımlar

Azərbaycan həbsxanalarında dustaqlar nə yeyir? - Penitensiar Xidmət: “Ət, toyuq, balıq, şokolad...” - VİDEO
19.03.2019, 10:58

Azərbaycan həbsxanalarında dustaqlar nə yeyir? - Penitensiar Xidmət: “Ət, toyuq, balıq, şokolad...” - VİDEO

Keçmiş “KVN”çi Ukrayna prezidentliyinə əsas favoritdir  
19.03.2019, 10:50

Keçmiş “KVN”çi Ukrayna prezidentliyinə əsas favoritdir  

Canlı əfsanənin qayıdışı: Ramiz Əzizbəyli yeni filmdə - VİDEO
19.03.2019, 10:37

Canlı əfsanənin qayıdışı: Ramiz Əzizbəyli yeni filmdə - VİDEO

Kapital Bank daha bir beynəlxalq konfransa qatıldı
19.03.2019, 10:35

Kapital Bank daha bir beynəlxalq konfransa qatıldı

Amerikada böyük nüfuz sahibi olan soydaşımız - Men ştatında yaşayan bakılı balası - FOTOLAR
19.03.2019, 10:24

Amerikada böyük nüfuz sahibi olan soydaşımız - Men ştatında yaşayan bakılı balası - FOTOLAR

Elmar Məmmədyarov çilili həmkarına Dağlıq Qarabağdan danışdı
19.03.2019, 10:19

Elmar Məmmədyarov çilili həmkarına Dağlıq Qarabağdan danışdı

Ermənistan azərbaycanlı girovu Karen Kazaryana dəyişmək istəyir
19.03.2019, 10:13

Ermənistan azərbaycanlı girovu Karen Kazaryana dəyişmək istəyir

Sumqayıtda daş hasar aşıb, 1 nəfər ölüb
19.03.2019, 10:09

Sumqayıtda daş hasar aşıb, 1 nəfər ölüb

Ermənistan atəşkəsi 21 dəfə pozdu
19.03.2019, 09:57

Ermənistan atəşkəsi 21 dəfə pozdu

Akademik: “UNEC-də son 5 ildə yüksək inkişaf dinamikasını müşahidə edirik”
19.03.2019, 09:57

Akademik: “UNEC-də son 5 ildə yüksək inkişaf dinamikasını müşahidə edirik”

İslam inkişafa mane olur, yoxsa kömək edir? - Ateist yazar və din xadiminin BAXIŞI
19.03.2019, 09:52

İslam inkişafa mane olur, yoxsa kömək edir? - Ateist yazar və din xadiminin BAXIŞI

Sabahdan 7 günlük bayram tətili başlayır
19.03.2019, 09:31

Sabahdan 7 günlük bayram tətili başlayır

Gəncədə Novruz bayramı böyük coşqu ilə qeyd edilib
19.03.2019, 09:28

Gəncədə Novruz bayramı böyük coşqu ilə qeyd edilib

Şəmkirdə azot gübrəsi güzəştlə satılıb
19.03.2019, 09:27

Şəmkirdə azot gübrəsi güzəştlə satılıb

Səfir haqqında böhtan yazdıranları Allaha tapşırdı   
19.03.2019, 09:13

Səfir haqqında böhtan yazdıranları Allaha tapşırdı  

12 ildən sonra üçəmləri doğuldu - Nazir 3 otaqlı mənzil hədiyyə etdi - FOTOLAR   
19.03.2019, 08:44

12 ildən sonra üçəmləri doğuldu - Nazir 3 otaqlı mənzil hədiyyə etdi - FOTOLAR  

“Beyləqanda hamı millət vəkili kimi məhz məni görmək istəyir” - Tapdıq Abbas indidən qərar verib
19.03.2019, 08:36

“Beyləqanda hamı millət vəkili kimi məhz məni görmək istəyir” - Tapdıq Abbas indidən qərar verib

Bizimkilər - AzTV-nin xanım reportyoru: “...hədəfim ucqar bir kənddə məskunlaşmaqdır” - MÜSAHİBƏ   
19.03.2019, 08:30

Bizimkilər - AzTV-nin xanım reportyoru: “...hədəfim ucqar bir kənddə məskunlaşmaqdır” - MÜSAHİBƏ  

Jurnalistlər Qarabağ məsələsinin həll yolunu necə görürlər?..   
19.03.2019, 08:26

Jurnalistlər Qarabağ məsələsinin həll yolunu necə görürlər?..  

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
19.03.2019, 08:11

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

ARXİV