Modern.az

Lotereyada 20,3 milyon dollar uduldu

Lotereyada 20,3 milyon dollar uduldu

Dünya

3 Fevral 2019, 21:27

Kanadanın "Lotto Max" milli lotereyasının 20,3 milyon dollarlıq cekpotu oynanılıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə lotereyanı keçirən "OLG" şirkətinin nümayəndələri xəbər verir.

 

Nümayəndələr bildirib: "Uduşlu biletin rəqəmləri - 2, 6, 13, 19, 21, 32 və 40. Bonus-rəqəm - 12".

 

Bildirilir ki, hazırda biletin Kanadanın Kveebk əyalətində satıldığı bilinir, lakin daha dəqiq məlumat verilmir.

 

Qeyd edək ki, Kanada tarixində ən böyük cekpot - 49, 5 milyon dollar 2015-ci ilin oktyabr ayında oynanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü