Modern.az

Şamaxı Təhsil şöbəsi: “Zəlzələdən sonra davamiyyət zəifləyib”

Şamaxı Təhsil şöbəsi: “Zəlzələdən sonra davamiyyət zəifləyib”

6 Fevral 2019, 09:55

“Şamaxı Rayon Təhsil şöbəsinin müdiri olaraq deyirəm ki, hazırda məktəblərdəyəm. Elə bir  ciddi dağıntı yoxdur. Sadəcə bəzi şəhər məktəblərində panellərin arasından suvaqlar uçaraq yerə tökülüb. Stolların üzəri bulaşıb. Hazırda təmizləmə aparırıq”.

Bunu Modern.az-a açıqlamasında Şamaxı Rayon Təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev rayon ərazisində qeydə alınan zəlzələ barədə danışarkən deyib.

Onun sözlərinə görə, davamiyyət əvvəlki günlərə nisbətən fərqlidir.

“Dərslərimiz də normal qaydada davam edir. Sadəcə, əvvəlki günlərdən fərqli olaraq davamiyyət nisbətən zəifdir”.

Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, ötən axşam respublika ərazisində zəlzələ baş verib. Yeraltı təkanlar yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü