Modern.az

Yanğın Şirvanda bir ailəni evsiz qoydu - VİDEO

Yanğın Şirvanda bir ailəni evsiz qoydu - VİDEO

9 Fevral 2019, 00:05

Şirvan şəhərində fərdi yaşayış evində yanğın olub. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov küçəsi, 62 ünvanında qeydə alınıb.

Belə ki, 1973-cü il təvəllüdlü Qədirov Zaur Əzizxan oğluna məxsus 96 kv. metrlik evin 80 kv. metri yanıb.

Yanğının söndürülməsinə yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın lokallaşdırılıb. Yanğın zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri alan Z.Qədirov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü