Modern.az

Kiyevdə polisə  hücum edən 40 nəfər zərərsizləşdirildi

Kiyevdə polisə  hücum edən 40 nəfər zərərsizləşdirildi

Dünya

9 Fevral 2019, 21:55

Paytaxt Kiyevdə polis bölməsinə hücum edən 40-a yaxın insan zərərsizləşdirilib. Modern.az “Azərtac”a istinadən xəbər verir ki, bir qrup şəxs polis bölməsinin giriş qapısına hücum edərək qaz balonundan istifadə edib, polis əməkdaşları ilə əlbəyaxa olublar.

 

Saxlanılanlar üzərindən qaz balonları, soyuq silah götürülüb. Faktla bağlı cinayət işi açılıb.

 

Qeyd edək ki, hadisə baş verən zaman Kontraktova meydanında prezidentliyə namizəd Timoşenkonun təşviqat mitinqi keçirilirdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü