Modern.az

Parlamentin Komissiya sədri:  “Valentin günü keçirirlər, əcəb eləyirlər!”  

Parlamentin Komissiya sədri:  “Valentin günü keçirirlər, əcəb eləyirlər!”   

Aktual

14 Fevral 2019, 14:46

“14 fevral Müqəddəs Valentin günü bizim dinimizə aid bir tarix deyil. Bir sözlə, bu günün qeyd edilməsinin bizə aidiyyatı yoxdur. Valentin gününü  xristianlar yaradıblar və onlar da qeyd edirlər”.

 

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədri, Elm və təhsil komitəsinin üzvü Ağacan Abiyev deyib.

 

Deputat bir müsəlman kimi Müqəddəs Valentin gününü qeyd etməyin əleyhinədir və deyir ki, özü də bu günü xüsusi olaraq keçirmir:


“Dünyada 200-ə yaxın ölkə və din var. Hərəsinin də öz adət-ənənəsi... 14 fevral bayram da deyil eee,  gündür. Bəzi ölkələr var ki, bu günü qeyd edirlər.

Lap əcəb də eləyirlər. Biz də onları təbrik edirik. Bizim onların işinə qarışmağımız və fikir bildirməyimiz gülməli çıxar. Bu məsələ bizlik deyil”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var