Modern.az

Ekologiya Nazirliyi sahibkarların çətinliklərini öyrəndi

Ekologiya Nazirliyi sahibkarların çətinliklərini öyrəndi

Aktual

14 Fevral 2019, 15:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyində sahibkarlarla görüş keçirilib.

 

Modern.az xəbər verir ki, görüşün keçirilməsində məqsəd sahibkarlarla sıx əməkdaşlıq çərçivəsində ətraf mühitə mənfi təsirlərin azaldılmasına nail olunması, onların fəaliyyətlərinin qanunvericilik prinsipləri əsasında qurulması, texnoloji yeniliklərin tətbiqi, ekoloji tələblərin yerinə yetirilməsi ilə bağlı müzakirələrin aparılması və tövsiyələrin verilməsi  olub.

131 sahibkarın iştirakı ilə keçirilən görüşdə Bakı şəhərində yaşıllıqların qorunması, yeni yaşıllıqların salınması, atmosferə atılmaların azaldılıması, plastik tullantıların düzgün idarə olunması, dənizə axıdılan axarların qarşısının alınması ilə bağlı fikir mübadiləsi aparılıb, istehsalat və istismar prosesində ekoloji tələblərin yerinə yetirilməsi, ətraf mühitin qorunmasında seçilən şirkətlərin motivasiyası müzakirə olunub. Sahibkarların üzləşdikləri çətinliklərin öyrənilməsində, monitorinq və araşdırmalar aparılarkən sahibkarlarla qarşılıqlı əməkdaşlığın qurulmasında, şəffaf icazə və rəy sisteminin yaradılmasında nazirliyin maraqlı olduğu onların diqqətinə çatdırılıb.Sonra sahibkarların müraciətləri, təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü