21 mart 2019, Cümə axşamı
Ana Səhifə - GÜNDƏM - Gözlər yoldan yığılarmı... - VII YAZI   
Gözlər yoldan yığılarmı... - VII YAZI   
17.02.2019, 10:50

Nəzirməmməd ZÖHRABLI 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Xatirə Kitabı" Redaksiyası "Bakı-Xəbər" qəzeti ilə birgə layihə əsasında "Şəhidlər ölməz, Vətən bölünməz" seriyasından yeni bioqrafik sənədli povestin çapına başlayır. Xatırladaq ki, bundan öncə yenə həmin birgə layihə çərçivəsində "Gözlə gələcəyəm" adlı kitab uğurla yekunlaşdırılaraq təqdim edilib. Son illərdə bütün təbiətinin ecazkar koloriti, insanlarının yüksək bəşəri keyfiyyətləri ilə mənə doğmalaşan İsmayıllıyadır yolum yenə. Bu dəfə bu yurdun itkin-şəhidinin axtarışına çıxmışam. Respublika "Xatirə Kitabı"nın redaksiyası və "Bakı-Xəbər" qəzetinin birgə layihəsi əsasında baş redaktor Nəzakət xanım Məmmədovanın bir qədər kövrək, bir qədər duyğusal təklifindən qaynaqlanır bu səfərim. Qarşıda məni və oxucuları hansı yaşantılar gözləyir?!.. Tələsməyin. Sizi bir Vətən övladının kitab-dəftərə sığmayacaq taleyinin bəzi epizodları ilə tanış edəcəyəm. İtkin-şəhid Xəqani Eyvaz oğlu Əkbərovla ilgili, onlu-onsuz tale yolu, axtarışları ilə...

Qasım Həsənov: “Ermənilər insanları armatura bağlayıb yandırdılar”

(Yeddinci yazı)

“Uzaqda, meşənin ortasında ocaq yandırılmışdı. Ocağın tüstüsünün hər tərəfi bürüdüyünü görən bələdçi - yerli hindu onu gəlmələrin yandırdığını söylədi. Dedi bunu ayırd etmək onun üçün çox sadə və asandır. Çünki yerli qəbilələr heç vaxt yaş odun yandırmazlar ki, tüstüsü hər tərəfə yayılıb öz gözlərini də acılandırsın, özlərini də boğsun. Bunu yalnız Avropadan gələnlər edər. Onlar çox hiylələri bilsələr də, bu yerlərin dilini, o cümlədən meşə odununun hansının yandırılmalı olduğunu bilməzlər”.

Fenimor Kuperin “Ləpirçi” əsərində bələdçi-kəşfiyyatçının dedikləri

Kəşfiyyatçılığın və bələdçiliyin xüsusi qabiliyyətlər tələb etməsi məşhur klassik əsərin həm bu, həm də digər hissələrində öz bədii inikasını çox yüksək səviyyədə tapıb. Dünyaca məşhur Amerika yazıçısı uzun müddət o şəraitdə yaşayıbmış sayaq bu məqamları sanki şəxsi şahidliyi zəminində oxucuya çatdırıb. 


...Od-alovun içinə yollanacağıq yazılarımızın bu hissəsində. Xəqaninin də keçdiyi döyüş mövqelərində baş verənlərin canlı şahidi ilə görüşürük. Həm də Xəqanini son dəfə - yoxa çıxdığı gün görən, tapa bildiyimiz yeganə şahidlə... İtkin-şəhidimizin batalyon komandiri olmuş Qasım Həsənovla aydınlıq gətirmək niyyətindəyik qəhrəmanımızın itkinlik taleyinə.


Əvvəla onu qeyd edim ki, Xəqaninin döyüş yoldaşlarını tapmaq çox müşkülə çevrilib. Atəşkəsdən sonra döyüşdən, ordudan tərxis olunan keçmiş döyüşçülərin bəziləri dünyasını dəyişib, bəziləri gün-güzəran ardınca müxtəlif ölkələrə üz tutub. Ən əsası isə, o zamankı cavan döyüşçülərin əksəriyyəti indi ahıllıq yaşının astanasına gəlib çatıb. Babək adlı keçmiş döyüşçünün telefon zəngimizə “indi 70 yaşlı qoca kişiyəm” söyləməsi döyüş ruhlu veteranlarımızın artıq qocalmaqda olduqlarını bir daha təsdiqləmiş oldu. Amma nə yaxşı ki, sonrakı nəsillər var, davamçılar var. Daha çevik, daha səfərbər, nizam-intizamlı, daha mübariz. Mübariz İbrahimovlar, Fərid Əhmədovlar, Raqublar, Murad Mirzəyevlər, saysız-hesabsız qəhrəman oğullarımız...


...Qasımı tapmaq da o qədər asan olmadı. Bu işdə Xəqaninin qardaşı Qinyaz xeyli əmək sərf elədi. Mənimlə bərabər daimi əlaqədə axtara-axtara, nəhayət, Qasımla görüşməyə nail olduq. Qardaşının itkin düşdüyünü biləndə Qinyazın əvvəlcə tələb-təkidlə Xəqanini soruşub-istədiyi, sonra birlikdə səs-səsə verib ağlaşdıqları Qasımı... bu adamları yenidən görüşdürmüşəm. 25 il sonra...yenə Xəqanisiz...


Bir acı məqamı da itkin-şəhidimizin döyüş yoldaşlarını axtardığımız həmin günlərdə yaşamalı olduq. Belə ki, Xəqaninin döyüş yoldaşı, digər kəşfiyyatçı Arifin elə Qasımla görüşdüyümüz günlərdə dünyasını dəyişməsi xəbərini aldıq. Ağ ciyər xərçəngindən. Allah qazi qardaşımızın axirət dünyasını versin, Allah rəhmət eləsin! O da bizimlə görüşmək istədiyini söyləyibmiş Qasıma. Xəstə yatağında deyibmiş bunu. Xəqani haqqında bildiklərini söyləmək istəyirmiş. Qismət olmadı...


Xəqaninin nişanlanma ziyafəti – döyüş bölgəsində

Mən, Qinyaz və Qasım çay stolu arxasında bir araya gəlib söhbətləşdik. Qasım ilk öncə Ağdamın indi həsrət qaldığımız kəndlərindəki döyüş mövqelərində ağ-qara formada lentə alınmış 25 yaşlı fotonu göstərir bizə. Şəkildəki əsgər-döyüşçü yoldaşlarını sadalayır bir-bir: bu Xəqanidi, bu sağdakı mənəm, bu Fərhaddı, bu Arifdi, bu mənim yeznəm Camaldı, bax belə...


Sabiq komandir xatirələrinə dalaraq əvvəlcə qırıq-qırıq məlumatları bölüşür bizimlə. Yaddaşını oyatmaq üçün bəri başdan bərkə-boşa salıb yoxlamıram onu. Çünki daha dərinliklərə nüfuz edə bilmək üçün Qasımın yaddaşının alt şüurunda möhürlənərək yatıb qalan acılı-şirinli xatirələrin ayılması məndən ötrü çox vacibdi. Ancaq onları hökm etməklə Qasımdan almaq olmaz. Bu xatirələrin işığında Vətən uğrunda müqəddəs savaşımızın elə nöqtələrini aşkara çıxaracağıq ki... Qoy o,  xatirələrini ehmalca ardıcıllığa kökləsin. Həm də ilk dəfə görüşməyimizə baxmayaraq, ona və keçdiyi döyüş yoluna sonsuz sayğımızın olduğunu hiss etsin. Yalnız bundan sonra bizim istədiklərimizi həvəslə cavablandıracağına əminəm.


Qasım:  

- Fərhadın ata-anası yox idi deyəsən. Mən hospitalda yatanda bacısı gəlib tapmışdı məni. O məndən soruşdu ki, nə baş verdi, necə oldu və s. Fərhadın əslən haralı olduğunu da bilmirəm. Onu bilirəm ki, Bakının Bakıxanov qəsəbəsində yaşayırdılar. Onun bacısını axtarıb tapmaq olar. Ancaq onlarda da çətin ki, elə dəqiq bir məlumat olsun. Çünki, bildiyim qədər, Fərhaddan da indiyədək heç bir məlumat yoxdu.

- Bəs Xəqaninin son günləri yadınızda necə və ya hansısa bir əlamətdar hadisə ilə qalıb? Hər hansı mənada...

- Orası yadımdadı ki, Xəqani icazə alıb 3-4 günlük evlərinə getmişdi. Qayıdanda dedi nişanlanmışam. Biz də onun nişanlanmağını orda qeyd elədik sakit bir vaxtda. Yaxşıca yeyib-içmişdik. Bunları yaxşı xatırlayıram.

Xəqaninin yoxa çıxdığı döyüşdən sonra bax bu qardaşı Qinyaz gəldi bizim yanımıza. Dedi ki, anası, bütün doğmaları yuxularını qatıb-qarışdırıblar, onu da təcili göndəriblər ki, Xəqanidən bir xəbər gətirsin. Onda biz “boy”dan çıxmışdıq.

- Dediyiniz o məşhur “boy” - döyüş hansı tarixdə olmuşdu?

- Dekabrın 26-27-sində.

- İki gün dayanmadan davam etmişdi döyüş?

- İki günmü, üç günmü davam etdi həmin döyüş, indi dəqiq xatırlamıram. Ancaq onu bilirəm ki, Boyəhmədli, Mollalar kəndləri, Qalayçılar qalası, bir də “Qasımın karyeri” deyilən ərazinin aşağıdakı “Bala karyer” hissəsində olmuşdu həmin döyüş. Mən orda mütəmadi gedən döyüşləri görüb, əraziləri bələdləyəndən sonra Qərargah rəisi Nəcməddin Sadıqova dedim ki, buranın xilas yolu Azərbaycanın ümumilikdə bütün cəbhə boyu hücuma keçməsindən asılıdır. Nəyə görə? Fikrimi ordakı döyüşlər zamanı başımıza gələn konkret faktlar, hadisələrlə əsaslandırdım. Söylədim ki, məsələn, tutalım Qazaxda bizimkilər beş kəndi götürürlər. Dəfələrlə bu və buna bənzər olaylar baş vermişdi. Bunu televizor elan edirdi, mətbuat yazırdı. “Çyornaya koşka” gəlirdi, həmin o kəndləri geri alırdı, verirdi ermənilərə. Amma sonra nə baş verirdi? Fikir verin, cəbhə xəttinin bir ucu Qazax, digər ucu Füzuli bölgəsi idi. Proseslər aşağıdakı ardıcıllıqla davam edirdi. “Çyornaya koşka” gəlib dayanırdı Daşkəsən istiqamətində, bu iki bölgənin tən ortasında. Qazaxda, Gədəbəydə beş kəndi alanlar gəlib ortadakı bir zolaqda birləşməliydilər ki, tutduqları yaşayış məskənləri, torpaqlar əllərində qalsın. Ancaq bu mümkün olmurdu. Biz də gəlib Qalayçılar qalasını alanda, Ağdamlıların Quşçu dərəsi dediyi, əslində dağın zirvəsi olan ərazidə dayanmalı olurduq. Deyirdim ki, burda müşahidəçilik lazım deyil, hündürdəyik, bizi vuracaqlar, daha doğrusu “Çyornaya koşka” gəlib bizi vuracaq, gəlin ya hücuma keçək, ya da düşək geri – dərəyə. Yoxsa bir “qrad” atmaqları kifayətdir ki, hamımızı qırsınlar.

- Sizin vəzifəniz nə idi, səlahiyyətiniz hansı miqyasdaydı o zaman?

- Mən kəşfiyyat rotasının komandiri idim.

- Zabit idiniz?

- Yox. Rütbəm yox idi. O dövrdə bu məsələləri elə kortəbii şəkildə həll edirdilər. Bizi hələ cəbhəyə getməmiş, Bakının Qala qəsəbəsindəki hərbi hissəyə toplayanda rota-rota ayırdılar, soruşdular ki, kimin ali və ya orta ixtisas təhsili var. Əvvəlcə heç kimdən səs çıxmadı. Sonra bir nəfər çıxdı irəli və dedi ki, Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) bitirib. Ona dedilər ki, səni qoyduq rota komandiri. Bundan sonra əksəriyyət ali təhsilli olduğunu boynuna aldı. Bax, belə formada komandirlər, rotalar müəyyənləşdi. Mayor Vladimir Zelenko isə bu seçim formasına baxıb başını buladı və “mne vam oçen jalko” dedi. Sonra onun bizimlə Ağdamda döyüş bölgəsində qalıb vuruşmasına səbəb elə onun bu sözləri və ya başqa cür desək, bizə yazığı gəlməsi oldu. Əslində, o bizi Ağdamda təhvil verib geri qayıtmalı idi. Bu insanın məhz belə qərar verməsi – döyüş bölgəsini seçməsi səbəbindən ailəsi az qala dağılacaqdı. Ailəsinə baxmırdılar hərbi hissədə. Ac qalırdılar. Ailəsini mən gətirib evimizdə saxladım.

- Zelenko sağdı hazırda?

- Hə, sağdı. Dizindən yaralanıb qayıtdı. O yaralanandan sonra Məmmədov soyadlı qərargah rəisi ilə birlikdə məni zorla briqada komandiri qoydular. Bu əsaslandırma ilə ki, müharibənin qaydaları var: döyüşdə komandir öldüsə, mütləq kimsə onun səlahiyyətlərini boynuna götürməlidir. Mən də baxıb gördüm qaçaqaç düşüb, topçular hamısı qaçır, harayladım ki, hara gedirsiz ay Feyruz, dedi bəs bizə xəbər gəlib, biz artıq gedirik.



“Kolxoz idi, vəssalam”

Bu yerdə söhbətimizin istiqamətini yenidən Xəqaninin kəşfiyyatçılığına yönəldirəm. Qasım:

- Xəqaninin kəşfiyyatçılığına səbəb nə olmuşdu? Qaladakı prosesləri ki, sizə danışdım. Hamının birdən-birə komandir olmaq istəməsini. Bax orda mən gördüm ki, hərbi formada bir oğlan gəzir. Şəkili yeznəm Camala dedim ki, onu bizim yanımıza çağırsın. Nə isə. Gəldi bu adam yanımıza, soruşdum ki, sən kimsən? Dedi mən döyüşçüyəm, özüm Naxçıvandanam, bir dəfə də əsir düşüb qayıtmışam.

- Sabir idi?

- Bəli-bəli Sabir. Dedim a qardaş, o tərəflərdə olmusanmı? Dedi hə. Dedim onda mənim də adımı yaz. Bu zaman Xəqaninin də bizimlə getməsinə onun bu rotaya yığılan uşaqlardan hansı iləsə yaxın münasibəti səbəb oldu. Biz 20 nəfər olduq ümumi. İkisi gürcüstanlı idi. İndiki kimi yadımdadır, onlar qaçdılar, qaldıq 18 nəfər. Qalan 18 nəfərin hamısı ilə hələ Qalada bir yerdə olmuşuq. Bizi məşq elətdirirdilər orda, yatırdıq-dururduq və s. Hələ Qalada dedim ki, bizi yazın kəşfiyyata. Bu variantı Sabirin orda olması, döyüşdə, kəşfiyyatda olması səbəbindən seçdik. Çünki yerindən duran təcrübəsiz komandirlərlə gedib mənasız yerə qırılmaqdansa, bu təcrübəli Sabiri seçdik ki, heç olmasa döyüş taktikasından-filandan başı çıxan birisi ilə gedək. Hamımız razılaşdıq. Təzədən bizi ayrıca siyahılaşdırdılar, hamının yatdığı basketbol zalından çıxarıb bizə ayrıca otaq ayırdılar, məşq eləməyə zal verdilər, yemək-içməyimiz ayrı, istirahətimiz ayrı və s. Ondan sonra həmin 18 nəfərlə necə gedib cəbhəyə çıxdıqsa, eləcə axşama kimi də bir yerdə olurduq. Axşamlar nə baş verirdi? İki gündən-üç gündən bir daima biz keçirdik o biri tərəfə. Yəni Xəqani də, Mirpaşa dediyimiz Fərhad da, mən də, başqaları da – hamımız.

- Bilirsiz, Qasım müəllim, Xəqaninin birdən-birə kəşfiyyatçılığa başlaması bizə qəribə gəlir. Yəni bununçün əsaslar var idimi? Qardaşları ilə söhbətlərimdə də bu məsələni çözməyə çalışmışam. Xəqani nə ərazini dəqiq tanıyırdı, nə də erməni dilini bilirdi...

- O zamanları xatırlayıb özünüz də bu suala cavab tapacaqsız. O dövrü ancaq belə xarakterizə edə bilərik: kolxoz idi, vəssalam. Amma komandirimiz Volodya Zelenko Əfqanıstanda kəşfiyyat işçisi olmuşdu. O işi bilirdi. Məsələn, o Sabiri niyə komandirlikdən uzaqlaşdırdı? Deyim, fikir verin. Biz kəşfiyyata gedəndə özümüzlə rabitə vasitəsi götürə bilməzdik. Ona görə kəşfiyyatçı irəli getdikcə Zelenko onu arxadan durbinlə müşayiət edirdi. Və səssiz şəkildə irəli-geri işarələri verirdi. Sabirsə onun bu vacib işarələrinə saymazlıq edirdi. Bir-iki dəfə Sabirə irad bildirdi, Sabirsə məhəl qoymadı, ondan sonra Sabiri uzaqlaşdırdı. Sonra məni komandir təyin elədilər ki, onsuz da həmişə sən qabağa gedirsən, əsgərləri sən idarə edirsən, bax bu minvalla.


“Xaxlı otkuda znayut Qasımskiy karyer, znaçit on aqent”

- Xəqaninin sonuncu döyüşündən danışaq, mümkünsə. Məndə olan məlumata görə, hansısa körpünü qorumağı və ya partlatmağı tapşırmısız Xəqani ilə Fərhada...

- Yox, elə deyildi. Qoy mən bu prosesləri bir qədər geniş danışım.

- Buyurun...

- Deməli, orda belə bir məsələ var idi. Ağdam-Ağdərə yolundakı Qalayçılar kəndi ki dedim, bax o kəndin yanından keçirsən, biz orda daha çox gecələr olsaq da, oraları əzbər tanıyıram, Ağdərə yolunun üstündə dağın döşündə hər axşam tonqal yandırırdılar ermənilər. Bizə bu tonqalın yandırılma səbəbini araşdırmaq tapşırığı verilmişdi. Mən də dedim ki, axı Ağdərə çoxdan işğal olunub, üstəlik ondan bəridə Mollalar kəndi və daha üç kənd də işğaldadı, indi ora getmək çətindi. Zelenko dedi Qasım, səni məhv eləmək istəyirlər, getmə ora. Dedim, axı necə getməyim? Tapşırıq almışıq ki, getməlisiz. Nə isə getdik. Yenə də hamımız. Xəqani də, Hüseyn də, Mirpaşa deyilən Fərhad da – hamımız. O da necə oldu, müəllim? Qoy vəziyyəti nisbətən də olsa aydınlaşdırım sizin üçün, siz də o zaman yaranmış reallığı təxmin edəsiniz. Deməli, Bakıya iki nəfər ukraynalı gəlibmiş. Onlar gəlib Müdafiə Nazirliyində sənədlərini göstəriblər ki, biz Nikaraquada, Əfqanıstanda və başqa yerlərdə vuruşmuşuq, təcrübəmiz var-filan, əlqərəz, muzdlu döyüşməyə gəlmişik sizin tərəfdən. Onları göndərmişdilər Ağdama. Onlardan birini Ağdamın Sarıcalı kəndində yerləşən 1-ci batalyona verdilər, birini isə bizə. Sarıcalıya göndərilən xaxol biri ləzgi olmaqla iki əsgəri kəşfiyyat adına aparıb Qasımın karyerinin arxasında yoxa çıxartmışdı, yəni ermənilərə təhvil verib gəlmişdi. Soruşanda demişdi ki, guya onlar qorxub qaçıblar. Amma özünə inamı qırmamaq, daha doğrusu şübhə yaratmamaq üçün onu da deyir ki, ermənilərin orda filan qədər topu, əsgəri var və s. Bu məlumatları isə düzgün deyir. Yenə də bundan şübhələnirlər. Sorğu-sual etsələr də əvvəlcə heç nəyi boynuna almır, Məcbur olub tutub onu bıçaqlayırlar. Bıçaqlayandan sonra onu öldürəcəklərini zənn edir, qayıdıb bizimkilərə yalvarır ki, bəs məni öldürməyin, biz İrəvandan gəlmişik. Bunu bilən kimi 190 saylı hərbi hissəyə məlumat vermişdilər. Biz də bu xaxolun o biri tayını aparıb Güllücədəki qaldığımız məktəbdə batalyonun uşaqlarına təqdim etmişdik. Batalyona gətirəndən sonra onu bir qədər sorğu-sual elədik, əraziləri soruşduq, gördük ki, bu, Qasımın karyerinin adına kimi bütün ərazi haqqında məlumatlıdır, xəritəni əzbər bilir. Zelenko bundan şübhələndi. Sağollaşıb çıxanda məni saxlayıb dedi ki, nə fikirləşirsən? Cavab verdim ki, bütün əraziləri tanıyır, yaxşıdı. Onda mənə qayıdıb təpindi: “tı baran çtoli, xaxlı otkuda znayut Qasımskiy karyer, znaçit on aqent”. Dedi Qasım, bu yüz faiz ermənilər tərəfdən göndərilib. Sonra mənə tapşırıq verdi ki, kanalı keçərsən, öz yaxın adamlarından birinə tapşırarsan ki, işdi birdən səni vursalar, o dəqiqə bunu vursun o da. Ancaq çalışıb öldürməyin. Onu yaralı vəziyyətdə diri gətirin bura. Mənə onun “dili” lazımdı. Gördünüz alınmır, öldürün və təcili də qayıdın geri.

Beləcə, tapşırığı aldım. İki ədəd trassel götürdüm. Arif, mən, bir də bu xaxol getdik. Üçümüz qalxdıq dağa. Uşaqların hamısına Xəqani də daxil olmaqla dedim ki, bizi mühasirəyə salsalar, mən özümüz tərəfə iki trassel atacam. Trasseli atdımsa, artıq siz bilin ki, bizi apardılar. Siz qaçın canınızı qurtarın. Beləcə, gəlib tonqal yandırılan əraziyə çatdıq. Baxdım ki, armaturu yerə çalıblar, məftillə yox, nazik kəndirlə adamı tutub bağlayıblar. Adamı buna bağlayıblar, kibriti alışdırıb yandırırlar.

- Azərbaycanlıları...
 

- Hə. Arif dedi, Qasım bir bura bax, deməli kəndir nazik olduğundan yanıb qurtarır, insansa durub qaçıb o kolun dalında, bu kolun dalında gizlənməyə çalışır, daha doğrusu yana-yana canını qurtarmaq istəyir. Bu isə vəhşiləşmiş ermənilərə ləzzət eləyir. Üzüaşağı bir neçə yanmış meyit kolluqlara ilişib qalmışdı. Bu dəhşətin şahidi olduq... Gəldik komandanlığı məlumatlandırmağa. Biz qayıdıb gələndə gördüm ki, hərbi hissəmizdə millət doludu, milislər-filan. Mən bunları gəlib məruzə edəndə rəhbərlikdən mənə dedilər ki, nə danışırsan, camaatı qorxudursan. Dedim heç kimi qorxutmuram. Əks-kəşfiyyatınız var, mənə qoşub göndərib dəqiqləşdirə bilərsiniz dediklərimi. Dedilər, biz ora gedənik? Dedim niyə gedə bilmirsiniz, mən necə getdim bəs, indi də məni yalan danışmaqda günahlandırırsız.


- Qinyaz soruşur:

- Bəs xaxol dediyiniz o adam da sizinlə qayıdıb gəldimi?

(Ardı var)

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycanda dövlət hesabına dərmanla təmin olunan xəstələrin SAYI
21.03.2019, 09:35

Azərbaycanda dövlət hesabına dərmanla təmin olunan xəstələrin SAYI

Azərbaycana yaz fəsli gəldi   
21.03.2019, 01:58

Azərbaycana yaz fəsli gəldi  

Bu gün Avropa Çempionatının seçmə mərhələsi başlayır - TƏQVİM  
21.03.2019, 01:45

Bu gün Avropa Çempionatının seçmə mərhələsi başlayır - TƏQVİM  

Millimizin baş məşqçisi: “İstəyirik ki, rəqibə xoş olmayan sürpriz edək”
21.03.2019, 01:36

Millimizin baş məşqçisi: “İstəyirik ki, rəqibə xoş olmayan sürpriz edək”

Göyçayda faciə - gənc bədbəxt hadisənin qurbanı oldu   
21.03.2019, 01:24

Göyçayda faciə - gənc bədbəxt hadisənin qurbanı oldu  

Samuxda ər arvadını bıçaqladı
21.03.2019, 00:11

Samuxda ər arvadını bıçaqladı

Kral əyləncəyə 23 milyard dollar ayırdı
20.03.2019, 23:46

Kral əyləncəyə 23 milyard dollar ayırdı

Vergilər Nazirliyinin “Veysəloğlu”nu cərimələdiyi təsdiqləndi    
20.03.2019, 23:38

Vergilər Nazirliyinin “Veysəloğlu”nu cərimələdiyi təsdiqləndi  

Qazaxıstanın mərkəzi küçələrə Nursultan Nazarbayevin adı verilib
20.03.2019, 23:28

Qazaxıstanın mərkəzi küçələrə Nursultan Nazarbayevin adı verilib

FED baza faiz dərəcəsini dəyişmədi
20.03.2019, 23:10

FED baza faiz dərəcəsini dəyişmədi

Növbəti  Ay tutulması müşahidə edilir
20.03.2019, 22:27

Növbəti  Ay tutulması müşahidə edilir

Türkiyədə terror təşkilatının azərbaycanlı üzvü saxlanıldı
20.03.2019, 22:07

Türkiyədə terror təşkilatının azərbaycanlı üzvü saxlanıldı

Azərbaycan millisinin oyununu bu hakimlər idarə edəcək   
20.03.2019, 21:50

Azərbaycan millisinin oyununu bu hakimlər idarə edəcək  

Rus turistlərdən film kimi cinayət
20.03.2019, 21:29

Rus turistlərdən film kimi cinayət

Avtomobildə 27 yaşlı azərbaycanlı gəncin meyiti tapıldı
20.03.2019, 21:10

Avtomobildə 27 yaşlı azərbaycanlı gəncin meyiti tapıldı

Rusiyadan Azərbaycana gələn turistlərin sayı 2 faiz artıb
20.03.2019, 21:01

Rusiyadan Azərbaycana gələn turistlərin sayı 2 faiz artıb

Heydər Əliyev Fondu sosial xidmət müəssisəsində Novruz şənliyi təşkil etdi - FOTO
20.03.2019, 20:49

Heydər Əliyev Fondu sosial xidmət müəssisəsində Novruz şənliyi təşkil etdi - FOTO

Qubada maşınlar qar uçqunu altında qaldı
20.03.2019, 20:32

Qubada maşınlar qar uçqunu altında qaldı

Azərbaycanın Serbiyadakı səfirliyində bayram tədbiri - FOTO
20.03.2019, 20:18

Azərbaycanın Serbiyadakı səfirliyində bayram tədbiri - FOTO

Zəlzələdə 3 nəfər xəsarət aldı
20.03.2019, 20:03

Zəlzələdə 3 nəfər xəsarət aldı

Milli komandamıza daha iki xorvat məşqçi götürüldü
20.03.2019, 19:45

Milli komandamıza daha iki xorvat məşqçi götürüldü

“Qlobal çağırışlar: ekstremizmə qarşı diasporun rolu” mövzusunda müzakirələr aparılıb
20.03.2019, 18:22

Qlobal çağırışlar: ekstremizmə qarşı diasporun rolu mövzusunda müzakirələr aparılıb

ABŞ Azərbaycanda məhkum olunmuş şəxslərin əfv olunmasını alqışlayıb
20.03.2019, 18:18

ABŞ Azərbaycanda məhkum olunmuş şəxslərin əfv olunmasını alqışlayıb

Türkiyədə zəlzələ oldu, məktəblər bağlandı
20.03.2019, 17:11

Türkiyədə zəlzələ oldu, məktəblər bağlandı

İlham Əliyev Qazaxıstanın yeni prezidentini təbrik etdi
20.03.2019, 16:19

İlham Əliyev Qazaxıstanın yeni prezidentini təbrik etdi

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda əsgərlərə baş çəkdi
20.03.2019, 16:12

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda əsgərlərə baş çəkdi

İlham Əliyev Nursultan Nazarbayevə zəng etdi
20.03.2019, 15:36

İlham Əliyev Nursultan Nazarbayevə zəng etdi

Azərbaycan Avropa ölkələrinə tekstil malları ixrac edəcək
20.03.2019, 15:10

Azərbaycan Avropa ölkələrinə tekstil malları ixrac edəcək

Astananın adı rəsmən dəyişdirildi, Nursultan oldu
20.03.2019, 14:43

Astananın adı rəsmən dəyişdirildi, Nursultan oldu

Fəhləlikdən prezidentliyə yüksələn Nursultan Nazarbayev FOTOLARDA
20.03.2019, 14:24

Fəhləlikdən prezidentliyə yüksələn Nursultan Nazarbayev FOTOLARDA

Tbilisidə taksi sürücüləri etiraz aksiyası keçiriblər
20.03.2019, 14:08

Tbilisidə taksi sürücüləri etiraz aksiyası keçiriblər

DİN: Xızıda sənədləri olmayan diri toyuqlar tutulub
20.03.2019, 14:04

DİN: Xızıda sənədləri olmayan diri toyuqlar tutulub

Dünyanın ən bahalı şəhərləri - SİYAHI   
20.03.2019, 13:28

Dünyanın ən bahalı şəhərləri - SİYAHI  

Nazarbayevin qızı ölkəsində yüksək vəzifəyə seçildi  
20.03.2019, 13:14

Nazarbayevin qızı ölkəsində yüksək vəzifəyə seçildi  

Bakıda ana və qızını maşın vurdu - sürücü saxlanıldı   
20.03.2019, 12:25

Bakıda ana və qızını maşın vurdu - sürücü saxlanıldı  

Sabah hava yağışlı, küləkli olacaq - PROQNOZ   
20.03.2019, 12:22

Sabah hava yağışlı, küləkli olacaq - PROQNOZ  

Türkiyənin “Sultan Novruzu”
20.03.2019, 12:17

Türkiyənin Sultan Novruzu

Yerevan universitetlərində tələbələr Azərbaycan dilini öyrənir, Bakıda isə...
20.03.2019, 12:10

Yerevan universitetlərində tələbələr Azərbaycan dilini öyrənir, Bakıda isə...

Zakir Həsənov Pakistana rəsmi səfərə gedəcək
20.03.2019, 12:03

Zakir Həsənov Pakistana rəsmi səfərə gedəcək

Qazaxıstanın yeni prezidenti paytaxtın adını dərhal dəyişdirməyi təklif etdi
20.03.2019, 11:59

Qazaxıstanın yeni prezidenti paytaxtın adını dərhal dəyişdirməyi təklif etdi

ADU-da “Multikultural Novruz bayramı” 
20.03.2019, 11:57

ADU-da “Multikultural Novruz bayramı” 

Balıq, göl qurbağası və zəli ovu üçün kvotalar müəyyənləşib - SİYAHI
20.03.2019, 11:51

Balıq, göl qurbağası və zəli ovu üçün kvotalar müəyyənləşib - SİYAHI

Elmar Məmmədyarov Çilidə Dağlıq Qarabağ münaqişəsindən danışdı
20.03.2019, 11:47

Elmar Məmmədyarov Çilidə Dağlıq Qarabağ münaqişəsindən danışdı

Prezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanır
20.03.2019, 11:32

Prezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanır

İlham Əliyev: Azərbaycan infrastruktur baxımından çox sürətlə inkişaf edir
20.03.2019, 11:24

İlham Əliyev: Azərbaycan infrastruktur baxımından çox sürətlə inkişaf edir

Prezidentin oğlu dünyanın 17 şəhərinin merini Düşənbəyə çağırdı   
20.03.2019, 11:20

Prezidentin oğlu dünyanın 17 şəhərinin merini Düşənbəyə çağırdı  

Türkiyədə terrora hazırlaşan PKK üzvləri tutuldu
20.03.2019, 11:07

Türkiyədə terrora hazırlaşan PKK üzvləri tutuldu

Rusiyanın azərbaycanlı çempionu - FOTOLAR
20.03.2019, 10:56

Rusiyanın azərbaycanlı çempionu - FOTOLAR

“Azərbaycan xalqı islahatların nəticələrini görür və bundan sonra da görəcək”
20.03.2019, 10:53

“Azərbaycan xalqı islahatların nəticələrini görür və bundan sonra da görəcək”

Ötən il Azərbaycanda 1286 minik avtomobili istehsal edilib
20.03.2019, 10:51

Ötən il Azərbaycanda 1286 minik avtomobili istehsal edilib

ARXİV