Modern.az

“Neolit”dəki davanın səbəbkarı olan çeçen bloger terrorçuluqda təqsirləndirilir

“Neolit”dəki davanın səbəbkarı olan çeçen bloger terrorçuluqda təqsirləndirilir

Aktual

21 Fevral 2019, 11:56

Moskvadakı “Neolit” kafesində baş vermiş kütləvi dava ilə əlaqədar həbs edilmiş bloger Əlibəy Mirzəxanov terrorçuluqda təqsirləndirilir.

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə bloqqerin vəkili Şamil Yandarbayev TASS agentliyinə məlumat verib. O deyib ki, müstəntiqlər onu terror təşkilatının fəaliyyətində iştirak və terrorçuluğa təhrik etməkdə şübhəli şəxs kimi dindiriblər. Ə.Mirzəxanov ona qarşı irəli sürülən ittihamlara etiraz edir.


Xatırladaq ki, fevralın 14-də saat 23 radələrində Moskvanın Peçatniki rayonun Kuryanova küçəsi, ev 28 ünvanında azərbaycanlılara məxsus “Neolit” kafesində kütləvi dava-dalaş, atışma baş verib. Bıçaqla və travmatik tapança ilə silahlanmış bir qrup çeçen restoranı basaraq, oradakı bütün müştəriləri küçəyə çıxmağa məcbur ediblər. Daha sonra isə restoran əməkdaşlarına qarşı hücuma keçiblər. Atışmadan və kütləvi davadan sonra çeçenlər müşahidə kameralarının video yazılarını özlərini ilə götürərərk hadisə yerindən qaçıblar.

Atışma zamanı restoranın sahibi Yaşar Əliyev yaralanıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü