Modern.az

Sarkisyanın qardaşının gizləndiyi ölkə məlum oldu

Sarkisyanın qardaşının gizləndiyi ölkə məlum oldu

Dünya

21 Fevral 2019, 15:39

Serj Sarkisyanın axtarışa verilən qardaşı Levon Sarkisyan ərəb ölkələrindən birində gizlənir.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan açıqlama verib.

 

Onun fikrincə, Levon Sarkisyanın ekstradisiyası məsələsi uzun və çətin prosedur olacaq.

“Levon Sarkisyan ərəb ölkələrindən birinə sığınıb. Ekstradisuya uzun və yüzlərlə prosedurdan keçən prosesdir. Onun Ermənistana gətirilməsi üçün mexanizmlər lazımdır”.

 

2018-ci ilin iyununda Levon Sarkisyan, onun oğlu və qızı qanunsuz varlanmaqda ittiham olunublar.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü