Modern.az

Əli Əhmədov Dünya Bankının regional direktoru ilə müzakirə apardı

Əli Əhmədov Dünya Bankının regional direktoru ilə müzakirə apardı

Aktual

21 Fevral 2019, 16:26

Fevralı 21-də Nazirlər Kabinetində Baş nazirin müavini Əli Əhmədov Dünya Bankının Qafqaz üzrə regional direktoru Mercy Tembonla görüşüb. Görüşdə Baş nazirin müavini keyfiyyətli səhiyyə xidmətinin təmin edilməsinin dövlətin həyata keçirdiyi sosial siyasətin təməl prinsiplərindən biri olduğunu bildirib. O, icbari tibbi sıgortanın tətbiqi ilə əlaqədar çox ciddi islahatların həyata keçirilməsinin zəruriliyi barədə qonaqlara məlumat verib.


Mercy Tembon Dünya Bankı Qrupunun Azərbaycanla  sıx və davamlı tərəfdaşlığa verdiyi əhəmiyyəti vurğulayaraq, ölkənin inkişaf proqramının icrasına, Azərbaycanın dayanaqlı iqtisadi artım istiqamətində irəliləməsi sahəsində hər cür dəstək göstərməyə hazır olduqlarını bildirib. Regional direktor icbari tibbi sığorta ilə bağlı institusional strukturun formalaşdırılması və imkanlarının genişləndirilməsi, universal tibbi təminata çatmaq üçün səhiyyənin maliyyələşdirilmə mexanizmlərinin təkmilləşdirilməsi, tibbi xidmətin təşkili və keyfiyyətinin yaxşılaşdırılması, o cümlədən səhiyyədə insan resurslarının gücləndirilməsi məqsədilə həm klinik, həm də idarəetmə sahəsində bacarıqların artırılması ilə bağlı hər cür dəstəyə hazır olduqlarını bildirib.


Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü