Modern.az

Ay sizin oyununuz olsun, “Xəzər Lənkəran”...!

Ay sizin oyununuz olsun, “Xəzər Lənkəran”...!

9 Dekabr 2011, 13:15

“Xəzər Lənkəran” klubunun milli çempionat çərçivəsində "Qarabağ"la sabah keçirəcəyi oyununun televiziyada canlı yayımlanması məsələsi bir neçə gündür ki, müzakirə olunur. “Xəzər Lənkəran”ın  rəhbərliyi dünənədək belə qərar vermişdi ki, oyunun canlı yayımlanmasına imkan verməyəcək.

Buna isə absurd bir əsas göstərilmişdi: “Biz oyunu canlı yayımlamırıq ki, azarkeşlər stadiona gəlsin. Qarşı tərəf oyunu canlı yayımlamaq istəsə belə, buna razılıq verməyəcəyik. Çünki yayım hüququ bizə məxsusdur. Nə Peşəkar Futbol Liqası, nə də rəqib komanda bizdən icazəsiz bunu edə bilər. Klub rəhbərliyi də belə qərar verib ki, oyun yayımlanmasın. Hər halda “Qarabağ” oyunun yayımlanmaq istəsə belə, bu, mümkün olmayacaq. Onlar Quzanlıdakı matçlarını canlı yayımlaya bilərlər. Bizim işimizə isə heç kim müdaxilə edə bilməz”.

“Xəzər-Lənkəran” rəhbərliyinin bu bəyanatı milli çempionatın oyunlarını izləyən futbol ictimaiyyətində gülüş doğurub. Çünki AFFA-nın bir neçə gün öncə qəbul etdiyi qərara görə, ötən həftə “Xəzər Lənkəran”ın stadionunda baş verən insidentlə əlaqədar bu klub 2 ev oyunun azarkeşsiz keçirməlidir. Belədə “Qarabağ”la ev oyununu azarkeşlərsiz keçirəcəklərini bilə-bilə “Xəzər-Lənkəran” rəhbərliyinin “biz oyunu canlı yayımlamırıq ki, azarkeşlər stadiona gəlsin” deməsi hansı məntiqə sığır?

Amma bu gün promlem həll olunub. Unibank Premyer Liqasının 16-cı turunun sabah keçiriləcək "Xəzər Lənkəran" - "Qarabağ" oyunu canlı nümayiş etdiriləcək.

Modern.az-ın məlumatına görə, oyun saat 16.00-dan etibarən AzTV vasitəsilə yayımlanacaq. Razılaşmaya görə “Qarabağ”ın müraciətinə əsasən AzTV bu oyunu yayımlayacaq.

Görünür “Xəzər-Lənkəran” rəhbərliyini başa sala biliblər ki, oyun canlı yayımlansa da, yayımlanmasa da, stadiona azarkeş buraxılmayacaq.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü