Modern.az

Moskva meri BDU-nun əməkdaşı Çingiz Həsənovu təltif edib

Moskva meri BDU-nun əməkdaşı Çingiz Həsənovu təltif edib

9 Dekabr 2011, 16:46

Moskva şəhərinin meri Sergey Sobyanin Bakı Dövlət Universitetinin əməkdaşı, iqtisad elmləri namizədi, dosent Çingiz Həsənovu 1941-1942 illərin qışında Moskva ətrafıda alman-faşist qoşunlarına qarşı Sovet Ordusunun əks-hücumu başlamasının 70 illik yubileyi ilə əlaqədar təbrik edib. Sergey Sobyanin Çingiz Həsənova və onun ailəsinə cansağlığı, firavanlıq, nikbinlik və uzunömürlülük arzulayıb. Mer Sergey Sobyanin bu münasibətlə Çingiz Həsənovu medalla təltif edib.
BDU-nun Mətbuat və İnformasiya Şöbəsinin m’lumatına görə, Çingiz Həsənov 1922-ci ildə doğulub, 1940-cı ildə Sovet Ordusu sıralarına  çağrılıb, və Böyük Vətən Müharibəsinin sonunadək düşmənə qarşı vuruşub. BDU Həmkarlar Komitəsinin sədri, Az.KP MK-nın şöbə müdiri olub və 20 ilə yaxın müddətdə Azərittifaqa rəhbərlik edib.

Çingiz Həsənov 5 kitabın və 50 məqalənin müəllifidir.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü