Modern.az

47 yaşlı qadın fermada ölü tapıldı

47 yaşlı qadın fermada ölü tapıldı

Aktual

15 Mart 2019, 20:01

Bərdədə fermada meyit tapılıb.

Modern.az “Trend”ə istinadən xəbər verir ki, hadisə rayonun Çələbilər kəndində baş verib.

1972-ci il təvəllüdlü Süleymanova Sevinc Səlim qızı kənd ərazisində müvəqqəti məskunlaşdığı fermada ölü vəziyyətdə tapılıb.

Ölümün səbəbinin müəyyənləşdirilməsi üçün meyit Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü