Modern.az

Prezidentin oğlu dünyanın 17 şəhərinin merini Düşənbəyə çağırdı  

Prezidentin oğlu dünyanın 17 şəhərinin merini Düşənbəyə çağırdı   

20 Mart 2019, 11:20

Tacikistan prezidenti Emomali Raxmonun oğlu və paytaxt Düşənbənin meri Rustam Emomali dünyanın 17 şəhərinin merini Novruz şənliklərinə dəvət edib.

Modern.az saytı Tacikistan mediasına istinadən xəbər verir ki, Tacikistan paytaxtına aşağıdakı şəhərlərin merləri dəvət olunub:

Ludsaka (Zambiya), Sana (Yəmən), Monastir (Tunis), Klaqenfurt (Avstriya), Boulder  (ABŞ), Roytlinqen (Almaniya), Lahor (Pakistan), Мəzari-Şərif (Əfqanıstan), Şiraz (İran), Sankt-Peterburq (Rusiya), Minsk (Belarus), Urumçi (Çin), Ankara (Türkiyə), Tehran (İran), Aşqabad (Türkmənistan), Urumçu (Çin) və Çindao (Çin).

Bundan əlavə, Rustam Emomali Moskva və Daşkənd administrasiyasına da dəvət göndərib.

 

Adları çəkilən şəhər merlərinin hansı meyarlarla Novruz şənliklərinə dəvət olunduğu məlum deyil.

 

Kütləvi bayram tədbiri martın 21-də Düşənbənin mərkəzi meydanında keçiriləcək.


A.Qorxmaz

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...