Arxiv
22 mart 2019, 20:46 | AKTUAL
Adil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLAR

Milli Məclisin deputatı Adil Əliyev Ankaranın Mamak rayonu Ali Kuşçu adına ibtidai məktəbində Azərbaycanla bağlı həyata keçirilən layihənin qonağı olub.

Modern.az ONA-ya istinadən xəbər verir ki, Türkiyə Milli Təhsil Nazirliyinin nümayəndəsi Zəki Eryücel, məktəbin müdiri Abdullah Ulaş və sinif müəlliməsi Yasemin Erdoğan kiçik yaşlı şagirdlərin bu layihəsinin Türkiyə-Azərbaycan qardaşlığının əhəmiyyətini anlayaraq böyüyən nəslin yetişməsi baxımından önəmli olmasından bəhs ediblər.

Xatırladaq ki, məktəbin 2 D sinif şagirdləri bu ilin yanvarından başlayaraq Bakının Nərimanov rayonunda yerləşən 47 saylı tam orta məktəbin 2 C sinif şagirdləri ilə “Məktub qardaşlığı” layihəsini həyata keçirirlər.

Ankara və Bakı məktəbliləri qarşılıqlı məktublar yazaraq, ölkələrindən, məktəblərindən, müəllimləri və ailələrindən bəhs edir, bir-birlərinə xatirə hədiyyələri göndərirlər.

Adil Əliyev Bakıdakı dostlarının təhsil aldıqları 47 saylı məktəbin də daxil olduğu seçki dairəsinin deputat olduğunu qeyd edib, ankaralı şagirdlərin Azərbaycanla, Dövlət bayrağının rənglərinin mənası ilə bağlı suallarını cavablandırıb.

Ankaralı şagirdlərdən Azad Tura Azərbaycan Dövlət himnini, Eylül Bolat B.Vahabzadənin “Azərbaycan-Türkiyə”, Mert Keçelioğlu R.Yusifoğlunun “Üçrəngli Bayraq”, Ela Cüce və Yaren Taşan Hikmət Ziyanın “Xocalı müsibəti” şeirlərini Azərbaycan türkcəsində əzbər söyləyiblər.

Şagirdlərdən Berfin Navruz anası ilə birlikdə hazırladığı və üzərinə “Azerbaycan-Türkiye” yazılmış şirniyyatı qonağa təqdim edib.

Məktəblilər Azərbaycana getmək istədiklərini də millət vəkilinin diqqətinə çatdırıblar.

Görüşün sonunda Adil Əliyev və şagirdlər Türkiyə və Azərbaycan dostluğunun şərəfinə məktəbin həyətində ağaclar əkiblər.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dövlət büdcəsində 403,8 mln. manatlıq profisit yaranıb 19 Aprel 2019, 12:48 Adil Əliyev sədr müavini seçildi 19 Aprel 2019, 12:41 Selektiv abortlarla bağlı həyəcan TƏBİLİ – Azərbaycan riskli ölkələr qrupunda... 19 Aprel 2019, 12:32 Muxtar Babayev vətəndaşları dinlədi 19 Aprel 2019, 12:29 Baş pediatrdan valideynlərə  peyvəndlə bağlı XƏBƏRDARLIQ 19 Aprel 2019, 12:29 UNEC alimlərinin dünya elminə töhfəsi   19 Aprel 2019, 12:22 Azərbaycanda 6 milyard dollarlıq layihə təsdiqləndi   19 Aprel 2019, 12:19 Dəyirmi masa - “Heydər Əliyev və Azərbaycan məfkurəsi” 19 Aprel 2019, 12:18 Qəbələdə güzəştli gübrə satıldı 19 Aprel 2019, 12:15  “Real” transferlərə rekord pul xərcləməyə hazırdır 19 Aprel 2019, 12:10 Quardiola Messisiz bacarmır 19 Aprel 2019, 12:07 Obyektlərin elektrik şəbəkəyə qoşulması asanlaşacaq 19 Aprel 2019, 12:05 Məşhur vokalçı Amil Həsənoğluna direktor vəzifəsi verildi 19 Aprel 2019, 12:05 Avtobus və yük avtomobillərinin istehsalı zavodunun təməli qoyuldu 19 Aprel 2019, 12:00 “Azərbaycanda hər il azı 20 min abort etdirilir” 19 Aprel 2019, 11:51 BP “Azəri-Çıraq-Günəşli” blokunun platformalarının birində işi dayandırdı 19 Aprel 2019, 11:45 Alış-veriş edən vətəndaş ƏDV-ni nə vaxtdan geri ala biləcək? - AÇIQLAMA 19 Aprel 2019, 11:28 Diplomatlar Şamaxıya getdilər 19 Aprel 2019, 11:28 Rəsmi Bakı Ermənistana çağırış etdi 19 Aprel 2019, 11:25 Milli parklarda “açıq qapı” günü keçiriləcək   19 Aprel 2019, 11:14