Modern.az

“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Ağstafadan yola salındı

“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Ağstafadan yola salındı

25 Mart 2019, 15:35

Ağstafa məktəbliləri “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində reallaşdırılan tur-aksiyaya qoşulublar.

 

Modern.az xəbər verir ki,  Heydər Əliyev Mərkəzində keçirilən yolasalma mərasimində Ağstafa rayon İcra hakimiyyətinin məsul işçiləri, Təhsil şöbəsinin işçiləri, müəllimlər, valideynlər və aksiyada iştirak edən məktəblilər əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüb, ehtiramlarını bildirdilər.

Bildirilib ki, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Ağstafa rayonunun ümumtəhsil məktəblərindən öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən 40 nəfər 10-11-ci sinif şagirdi və onları müşayiət edən 5 bələdçi-müəllim 4 gün ərzində tur-aksiyanın səfər proqramına uyğun olaraq Qəbələ, Şəki və Zaqatalaya səyahət edəcək, bu bölgənin tarix və mədəniyyət abidələri, görməli yerləri, sosial-iqtisadi inkişaf sahəsində qazanılan nailiyyətləri ilə yaxından tanış olacaqlar. Tur-aksiya iştirakçılarını yolasalma mərasimində çıxış edən Ağstafa Rayon İcra Hakimiyyəti başçısının 1-ci Ramiz Tatarov cənab Prezident İlham Əliyev tərəfindən gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışdı. Bildirdi ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən "Ölkəmizi tanıyaq" layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır