Modern.az

Çin Fransadan 300  "Airbus" alır

Çin Fransadan 300  "Airbus" alır

26 Mart 2019, 00:44

Çin Xalq Respublikası Fransadan 290 ədəd “Airbus A320”, 10 ədəd “A-350” təyyarəsi alacaq. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə  Çin Xalq Respublikasının sədri Si Cinpin Fransaya səfəri çərçivəsində müqavilə imzalanıb.

“Belə bir böyük müqavilənin imzalanması Airbus üçün çox mühüm irəliləyiş və Çin və Fransa arasında mübadilə gücünün əla siqnalıdır”, – deyə Fransa Prezidenti Emmanuel Makron Yelisey Sarayında müqavilənin imzalanması mərasimində söyləyib.

Fransa Prezidenti müqavilənin qiymətini təxminən 30 milyard avro civarında olduğunu hesab edərək bildirib ki, əsl rəqəm aidiyyəti şirkətlər tərəfindən dəqiqləşdiriləcək.

Qeyd edək ki, Çin Xalq Respublikasının Sədri Si Cinpinin martın 24-dən Fransaya səfəri başlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü