Modern.az

Tereza Mey sabah istefa verəcəyi tarixi açıqlayacaq

Tereza Mey sabah istefa verəcəyi tarixi açıqlayacaq

Aktual

26 Mart 2019, 16:34

Sabah Böyük Britaniyanın baş naziri Tereza Mey istefa verəcəyi tarixi açıqlaya bilər.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi adının çəkilməsini istəməyən britaniyalı parlamentara istinadən məlumat yayıb.

 

Baş nazir martın 27-də yerli vaxtla saat 17.00-da Mühafizəkar Partiyanın üzvlərini birləşdirən 1922-ci Komitənin iclasında çıxış edəcək. Böyük ehtimalla məhz bu iclasda T.Meyin baş nazir və partiya sədri postlarından istefa verəcəyi tarixi açıqlaması gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü