Yaponiyanın Azərbaycandakı səfirinin müavini Toshikazu Muto dekabrın 16-da Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olub. Modern.az xəbər verir ki, səfirliyin təşəbbüsü ilə reallaşan görüşdə Toshikazu Muto BAMF-ın fəaliyyəti ilə maraqlanıb. BAMF-ın sədri Umud Rəhimoğlu və qurumun beynəlxalq məsləhətçisi Lütfül Kabir qonağa təşkilat haqqında geniş məlumat veriblər. L.Kabir BAMF-ın fəaliyyət istiqamətindən və həyata keçirdiyi layihələrdən də danışıb.
Toshikazu Muto BAMF-la tanışlığından məmnun qaldığını deyərək, belə görüşlərin davam etdirilməsinin vacibliyindən danışıb.