Arxiv
15 Aprel 2019, 19:39 | AKTUAL
Kamal Abdulla Çilinin müvəqqəti işlər vəkili ilə görüşüb - Foto

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Çilinin ölkəmizdəki müvəqqəti işlər vəkili Qabriel Xara ilə görüşüb.

 

Universitetdən Modern.az verilən məlumata görə, qonağı salamlayan rektor K.Abdulla Q.Xaraya yeni başladığı diplomatik fəaliyyətində uğurlar arzulayıb və bildirib ki, ADU-nun ispandilli ölkələrdən daha biri ilə əməkdaşlığının təməli qoyulması əlamətdar hadisədir.

 

İspan dili mərkəzinin universitetdə 2012-ci ildə açıldığını deyən universitet rəhbəri bu mərkəzin ispandilli müəllimlərin və bütövlükdə Azərbaycanda ispandilli ölkələrlə maraqlanan bütün vətəndaşların görüş yeri olduğunu diqqətə çatdırıb.

 

K.Abdulla vurğulayıb ki, ADU-da ispan dilini öyrənən tələbələrin sayı 200-ə yaxındır, tələbələr ERASMUS və digər proqramlarla İspaniyada oxumaq imkanı qazanırlar. Rektor tələbə və müəllimlərin müəyyən proqramlar çərçivəsində Çiliyə gedə biləcəyinə ümid etdiyini diplomatın diqqətinə çatdırıb.

 

Daha sonra ADU-da həyata keçirilən “Səfir saatı” layihəsi haqqında məlumat verən ali təhsil ocağının rəhbəri qonağı tələbələrə mühazirə oxumağa dəvət edib.

 

Q.Xara ortaq maraqları müzakirə etmək üçün vaxt ayırdığına görə rektor K.Abdullaya minnətdarlığını ifadə edib. O, Çili Respublikasının səfirliyinin Azərbaycanda 2 ay əvvəl fəaliyyətə başladığını diqqətə çatdırıb: “Mən şanslı şəxsəm ki, Azərbaycanda Çili səfirliyin ilk diplomatıyam və öz ölkəmi Azərbaycanda təmsil edirəm. Düşünürəm ki, hər iki ölkənin universitetləri arasında mədəni və təhsil sahəsində mübadilə işlərinin həyata keçirilməsinin zamanı yetişib. Mən müəlliməm və sizin “Səfir saatı” layihəsində iştirak etmək təklifinizi böyük məmnuniyyətlə qəbul edirəm”.

 

Müvəqqəti işlər vəkili bildirib ki, ölkələrimiz arasında olan məsafəni təhsil və mədəniyyətlərarası mübadilə, eyni zamanda ispan dilinin təşviqi ilə daha da azaltmaq olar.

 

Görüşdə Çili ədəbiyyatının nümayəndələri – ədəbiyyat üzrə Nobel mükafatı laureatları Qabriela Mistral və Pablo Nerudanın yaradıcılığı ətrafında fikir mübadiləsi aparılıb, gələcəkdə onların əsərlərindən ibarət antologiyanın çap olunması müzakirə olunub.

 

Sonda ADU-nun rektoru K.Abdulla müəllifi olduğu və Braziliyada portuqal dilində çap olun “Yarımçıq əlyazma” romanını qonağa hədiyyə edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Putun Cənubi Koreyaya gedir 26 Aprel 2019, 00:51 Daxili işlər nazirləri Daşkəndə toplaşır 26 Aprel 2019, 00:32 XİN rəhbərləri Vaşinqtonda görüşə bilər 26 Aprel 2019, 00:14 Azərbaycan nefti ucuzlaşdı 25 Aprel 2019, 23:56 ABŞ Çeçenistanın hökumət başçını ölkəyə buraxmır 25 Aprel 2019, 23:43 Paytaxtda itkin düşən qadın tapıldı 25 Aprel 2019, 23:24 ABŞ İranın məhbusların dəyişdirilməsi təklifini rədd edib 25 Aprel 2019, 23:10 Belçika parlamenti qondarma “erməni soyqırımı”nı rədd etdi 25 Aprel 2019, 22:54 Çingiz Abdullayev: “Şəhərin müdafiəsi üçün mitinq olsa, ilk mən çıxacam” 25 Aprel 2019, 22:44 Gələn ay kartof və soğan ucuzlaşacaq 25 Aprel 2019, 22:23 Bərdə sakini özünü evində asdı 25 Aprel 2019, 22:11 Nazir ABŞ səfiri ilə müzakirə aparıldı 25 Aprel 2019, 21:56 Moskvadakı atışmada 2 nəfər öldü 25 Aprel 2019, 21:39 Azərbaycan elektron hökumətin yeni modelinə keçəcək 25 Aprel 2019, 21:17 Salyanda yük maşını ilə minik maşını toqquşdu: 9 yaralı 25 Aprel 2019, 21:15 Türkiyədə beş terrorçu məhv edildi 25 Aprel 2019, 21:02 Rusiya paytaxtında bomba həyacanı: 4 000 insan təxliyyə edildi 25 Aprel 2019, 20:54 Gömrük Komitəsi iddialara cavab verdi 25 Aprel 2019, 20:36 Xaçmazda sahibkarların problemləri dinlənildi 25 Aprel 2019, 20:19 Azərbaycan Uruqvaya NOTA verdi - SƏBƏB 25 Aprel 2019, 20:09 "Formula 1" pilotu Bakıda xəstələnib 25 Aprel 2019, 19:41 Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra məzarı tapılıb - FOTO 25 Aprel 2019, 19:30 Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb 25 Aprel 2019, 19:16 Türkiyədə FETÖ-çülərə qarşı yeni əməliyyat 25 Aprel 2019, 19:10 “Windows”un cinayətkarlar tərəfindən istifadə olunmuş zəif nöqtəsi tapılıb 25 Aprel 2019, 19:04 Nazir Qəbələdə fermerlərlə görüş keçirdi 25 Aprel 2019, 18:56 Azərbaycan XİN-dən Keşikçi Dağı məbədi ilə bağlı yayılan iddialara CAVAB 25 Aprel 2019, 18:50 USAID ABŞ-Azərbaycan Ticarət Palatası ilə saziş imzaladı 25 Aprel 2019, 18:44 Deputat seçicilərinin problemlərini dinlədi 25 Aprel 2019, 18:28 Mehriban Əliyeva Bakıdakı təhsil müəssisələrindəki şəraitlə tanış olub - FOTOLAR 25 Aprel 2019, 18:20 Amerika Film Festivalı “İnsan Ruhunun Qüdrəti” 25 Aprel 2019, 18:16 Məcburi köçkün uşaqlar Formula 1 ilə tanış oldular 25 Aprel 2019, 18:04 ADU-da SƏLİS-in e-vətəndaş proqramının təqdimatı oldu 25 Aprel 2019, 18:01 Magistratura imtahanlarının II mərhələsi üçün proqram seçimi başlanır 25 Aprel 2019, 17:52 Müdafiə naziri döyüş atışlı təlim məşqlərini izlədi - VİDEO 25 Aprel 2019, 17:26