Modern.az

Parisdə tarixi Notr-Dam kilsəsi yandı - VİDEO

Parisdə tarixi Notr-Dam kilsəsi yandı - VİDEO

15 Aprel 2019, 22:16

Parisdəki Notr-Dam kilsəsində baş vermiş yanğın söndürülüb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, hazırda hadisənin səbəbəi araşdırılır.

***

Fransanın paytaxtı Parisdə Notr-Dam kilsəsi yanır.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, yanğın təxminən yerli vaxtla saat 18:50-də başlayıb.

 

Hadisə yerinə çox sayda yanğınsöndürən briqadalar cəlb edilib. Yanğın söndürülməsi hələ ki, mümkün olmayıb.

 

Qeyd edək ki, Paris şəhərinin mərkəzində yerləşən katolik kilsəsi Fransa paytaxtının başlıca simvoludur. Notr-Dam Qotik üslublu kilsə 1163-1345-ci illərdə Paris yepiskopu Moris de Süllinin təşəbbüsü ilə ucaldılıb. Kilsə yarandığı tarixdən etibarən Parisin ən simvolik memarlıq abidələrindən biri olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü