Modern.az

Ağdamda ana 10 aylıq qızını boğaraq öldürüb

Ağdamda ana 10 aylıq qızını boğaraq öldürüb

Aktual

16 Aprel 2019, 11:17

Ağdamda ana qızını qətlə yetirib.

 

Modern.az-ın ONA-ya istinadən xəbərinə görə, rayonun Qərvənd kəndində məskunlaşan 1992-ci il təvəllüdlü İsmayılova Günel Şahsevər qızı ailə münaqişəsi zəminində on aylıq körpə qızını boğaraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. G.İsmayılova saxlanılaraq Polis Şöbəsinə aparılıb. Hadisənin təfərruatları araşdırılır. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü