Bakıda 14 yaşlı oğlana qarşı quldurluq edilib.
Modern.az “Trend”ə istinadən xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində baş verib.
Şərifzadə küçəsi, 196 saylı binanın qarşısında naməlum şəxs 2005-ci il təvəllüdlü Bağırlı Rəvan Rəkam oğluna hədə-qorxu gələrək 5 manat pulunu və Nokia markalı mobil telefonunu alıb qaçıb.
Faktla bağlı araşdırmalara başlanıb.