Modern.az

Azərbaycanda qanunsuz əməkçi miqrantların sayı artıb

Azərbaycanda qanunsuz əməkçi miqrantların sayı artıb

Təhsil

18 Dekabr 2009, 12:51

Bu gün Dövlət Miqrasiya Xidmətində (DMX) Beynəlxalq Miqrantlar Günü ilə bağlı tədbir keçirilib. Qurumun rəhbəri Arzu Rəhimov bildirib ki, bu ilin 11 ayında DMX-yə 40 mindən artıq miqrantın müraciəti daxil olub. A.Rəhimovun sözlərinə görə, Azərbaycana gələn əcnəbilər 130-dan artıq ölkəni təmsil edirlər. Daha çox isə gələnlər isə Gürcüstan, Rusiya, Türkiyə, İran, ABŞ, İngiltərədən olan miqrantlardır.

A.Rəhimov bildirib ki, Azərbaycanda qaçqın statusu almaq üçün müraciət edənlərin əksəriyyəti Pakistan və Əfqanstan vətəndaşlarıdır. O bildirib ki, müraciətlərin hər biri araşdırılıb və müvafiq cavablar verilib. Rəhimov qaçqın statusu almaq üçün müraciət edənlərin az qisminin İran vətəndaşı olduğunu deyib. Xidmətin rəhbəri qaçqın statusu alan şəxslərin sayı barədə məlumat verməyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin idarə rəisi Rauf Tağıyev gələn il ölkədə əməkçi miqrantlartla bağlı kvotanın tətbiq olunacağını deyib.

Onun sözlərinə görə, Azərbaycanda əmək bazarında çalışan qanunsuz miqrantların sayı qanuni miqrantların sayından 2 dəfə artıqdır. O bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində gələn il qanunsuz miqrantları sayı azalacaq.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı