Modern.az

62 nömrəli məktəbdə şəhid Xalid Quliyev və 20 yanvar qırğınının qurbanları anılıb - FOTOLAR

62 nömrəli məktəbdə şəhid Xalid Quliyev və 20 yanvar qırğınının qurbanları anılıb - FOTOLAR

Aktual

19 Yanvar 2012, 14:31

Bu gün 62 nömrəli məktəb-liseyində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olan Xalid Quliyevin xatirəsinə və 20 yanvar  faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.  Modern.az saytı xəbər verir ki, tədbirdə şəhid X.Quliyevin anası Aynişan Quliyeva, məktəb müəllimləri və şagirdlər iştrak ediblər.

62 nömrəli məktəb-litseyin tarix müəllimi Vüsal Musayev bildirib ki, bu cür tədbirləri keçirtməkdə məqsəd vətən uğrunda canından keçən igid oğlanları  gənc nəsilə, məktəblilərə tanıtmaqdı.
“Belə tədbirlər birinci dəfə deyil, mütəmadi olaraq bizim məkdəbdə keçirilir”.

Daha sonra şagirdlərin hazırladığı bədii kompozisya nümayiş olunub. Burada şagirdlər tərəfindən  şəhid X.Quliyevin döyüş şücaəti qısaca olaraq xatırlanıb. Eyni zamanda 20 yanvar faciəsi ilə bağlı sujetlər göstərilib və  şagirdlər tərəfindən şeirlər səsləndirilib.

Məktəb direktoru Mətanət Cabbarlı bildirib ki, 62 nömrəli məktəb-litsey tərəfindən mütəmadi olaraq belə tədbirlər keçirilir.
“Bu cür tədbirlərdə gənc nəslimizə bir daha söylənilir ki, vətənimizin bu cür mübariz və igid oğulları var. İşğal olunmuş torpaqlarımızı azad olunması üçün bizim əsgərlərimiz hər zaman Ali Baş Komandanın əmrini gözləyirlər”.

Sonda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı adından Nizami rayonunda uzun müddət səmərəli ictimai və pedoqoji fəaliyyətinə görə 62 nömrəli məktəb-liseyin tarix müəllimi Vüsal Musayev Fəxri fərmanla təltif edilib.









Mail Ağaxanov

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü