Gənclər üçün Təhsil Mərkəzi bu gündən etibarən ipoteka kreditlərinin verilməsinə həsr olunmuş seminarlara başlayıb. Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, burada əsas məqsəd ipoteka kreditlərinin verilməsi zamanı qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilmiş prosedurlar haqqında ictimaiyyəti məlumatlandırmaq olan seminarların keçirilməsidir. Belə seminarlar ilkin olaraq Bakı və Sumqayıt şəhərlərində planlaşdırılıb.
Əsasən gənclərin iştirakını nəzərdə tutan seminarlarda iştirakçılara ipoteka kreditinin verilməsi şərtləri, növləri, tətbiq olunan güzəştlər, tələb olunan sənədlər və s. haqqında dolğun informasiyalar veriləcək.