Modern.az

Bələdiyyə seçkiləri baş tutmuş hesab edilib

Bələdiyyə seçkiləri baş tutmuş hesab edilib

Təhsil

24 Dekabr 2009, 10:02

Dekabrın 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkisi baş tutmuş hesab edilib. Modern.az xəbər verir ki, bunu Mərkəzi seçki Komissiyasının (MSK)  sədri Məzahir Pənahov bildirib. Onun sözlərinə görə, səsvermənin ilkin nəticəsinə görə, bələdiyyə seçkisində seçicilərin 31,86 faizi iştirak edib. Respublika üzrə 4 588 728 seçici qeydə alınıb. Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur. Bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb. M.Pənahov deyib ki, Mərkəzi Seçki Komissiyasına nəticəyə ciddi təsir edə biləcək şikayət daxil olmayıb. Onun sözlərinə görə, seçkilərdə 1 milyon 462 min 74 seçici səs verib. Bu, ümumi seçicilərin 31,86 faizini təşkil edir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü