Modern.az

Deputatda İranın Qarabağda nüvə obyekti tikməsi ilə bağlı xəbər var

Deputatda İranın Qarabağda nüvə obyekti tikməsi ilə bağlı xəbər var

Parlament

13 Fevral 2012, 12:57

Dünən İranın Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfiri Cavanşir Axundovu idarəyə çağıraraq ona etiraz notası təqdim edib. Notada Azərbaycan Respublikasının İsrailin kəşfiyyat xidməti olan MOSSAD təşkilatına ölkə ərazisində İranın əleyhinə fəaliyyət göstərməsinə, İranın nüvə alimlərini qətlində əli olan terrorçuların bu ölkəyə azad şəkildə gediş-gəlişlərinə şərait yaratdığı və digər məsələlər qeyd olunaraq rəsmi Bakıdan bu cür addımlara son qoyulması tələb olunub..

Məsələyə Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü deputat Fazil Mustafa münasibət bildirib.

O, Modern.az saytına açıqlamasında deyib ki, belə bir ittihamın səsləndirilməsi yanlışdır və İran özü münasibətlərin gərginləşməsində maraqlı olduğunu göstərir. Bu baxımdan da Azərbaycan tərəfi sözügedən məsələdə çox prinsipial və sərt mövqe sərgilmələdir.

Deputat deyir ki, onlarda da məlumat var ki, Ermənistanın işğalı altında olan Azərbaycan ərazisində İran təhlükəli, bəşəriyyət üçün zərərli silah bazası quraşdırır: “Bu məsələ ilə bağlı İranın Azərbaycandakı səfiri təcili Azərbaycan Xarici İşlər Nazirliyinə çağrılmalıdır. Hətta bəzi məlumatlara görə İran nüvə silahı ilə bağlı istehsal obyektlərinin bir qismini Dağlıq Qarabağda qurmaq istəyir. Bu, çox qorxulu məsələdir”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü