Modern.az

Ermənilər bir neçə istiqamətdən atəşkəsi pozublar

Ermənilər bir neçə istiqamətdən atəşkəsi pozublar

20 Fevral 2012, 09:45

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 19-da saat 17.00-dan 17.05-dək və 21.15-dən 21.30-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ayqezor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Qoşa və Muncuqlu kəndlərində yerləşən mövqelərimizi;

- fevralın 20-də saat 03.45-dən 04.00-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü