Təhsil Nazirliyi fevralın 25-26-da ölkənin bir sıra bölgələrində XI siniflər üzrə keçirilən sınaq (yoxlama) imtahanlarının nəticələrini açıqlayıb.
Nəticələr nazirliyə məxsus //exam.edu.gov.az/ saytına yerləşdirlib.
Modern.az saytının məlumatına görə, imtahanlar Şirvan şəhərində, Hacıqabul, Ağcabədi, Beyləqan, İmişli, Kürdəmir, Xocavənd rayonlarında, Saatlı, Sabirabad, Ucar, Zərdab, Laçın, Cəbrayıl, Ağsu və Göyçay rayonlarında imtahanlar keçirilib.
IX siniflərdə sınaq imtahanları Azərbaycan dili və riyaziyyat, XI siniflərdə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən keçirilir.
IX siniflərin sınaq imtahanlarının nəticələri tezliklə elan olunacaq.
Modern.az