Modern.az

Xədicə İsmayıla qarşı təhidlərə görə daha bir bəyanat verildi

Xədicə İsmayıla qarşı təhidlərə görə daha bir bəyanat verildi

9 Mart 2012, 13:29

«Xüsusi araşdırmaları ilə yerli və beynəlxalq ictimaiyyətin diqqətini çəkən tanınmış jurnalist Xədixə İsmayılın təhdid olunması Azərbaycanda söz və mətbuat azadlığına basqıların davamıdır». Bu fikirlər Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin «Azadlıq» radiosunun əməkdaşı Xədicə İsmayılın şantaj olunması ilə bağlı bəyanatında öz əksini tapıb.

Mərkəzin yaydığı bəyanatda bildirilir ki, Xədicə İsmayıla qarşı təhdidlərdə onun araşdırma yazılarını dayandırması ilə bağlı çağırışların əks olunması, bu təhidlərin arxasında hakimiyyətin durduğunu göstərir:

«Əgər hakimiyyət bu təhdiddə əlinin olmadığını iddia edirsə, o zaman bu məsələ araşdırmalı və ictimaiyyətə məlumat verilməlidir».

Bəyanatda həmçinin, Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzi beynəlxalq qurumları bu məsələni diqqətdə saxlamağa və Azərbaycan hakimiyyətinə təsir etməyə çağırır.

Martın 7-də naməlum şəxslər “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın Bakıdakı evinə məktub göndərib susmasını tələb ediblər. Məktubda qeyd olunub ki, əks halda intim şəkillərini yayacaqlar.

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü