Modern.az

Prezidentin Salyan səfərindən xəbərlər

Prezidentin Salyan səfərindən xəbərlər

Aktual

14 Mart 2012, 18:05

Modern.az-ın məlumatına görə, Prezident İlham Əliyev cənub bölgəsinə səfəri çərçivəsində martın 13-də Salyan rayonunda olub.
Dövlət başçısı Salyana səfəri  zamanı rayonda görülən abadlıq quruculuq işləri ilə tanış olub, bir neçə obyektin açılışında iştirak edib. Prezident  “Kür” otelinin əsaslı yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub. Daha sonra ölkə başçısı Salyanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən Uşaq Texniki Yaradıcılıq Mərkəzinin açılışında iştirak edib. Dövlət başçısına məlumat verilib ki, Salyan Uşaq Texniki Yaradıcılıq Mərkəzi 1985-ci ildən uyğunlaşdırılmamış binada fəaliyyət göstərirdi. Ötən ilin martından Heydər Əliyev Fondunun təşəbbüsü ilə Mərkəz üçün yeni binanın tikintisinə başlanılıb..
Prezident İlham Əliyev mərkəzin əvvəlki və indiki vəziyyətini əks etdirən fotostendə baxıb, sərgi salonunda uşaqların əl işləri ilə tanış olub.
Mərkəzdə yaradılmış şəraitdən məmnunluğunu bildirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.

Bununla yanaşı prezident martın 13-də Salyan rayonuna səfəri çərçivəsində əsaslı təmir və bərpa edilmiş Cümə məscidində də olub. 
Dövlət başçısına məscidin ərazisində aparılan abadlıq və yenidənqurma işləri barədə məlumat verilib. 
Dövlət başçısı Babazanan dağında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən müxtəlif dövrlərə aid əmək alətləri, bəzək əşyaları və digər tapıntılarla tanış olub. 
Sonra prezident Cümə məscidində yaradılmış şəraitlə tanış olub. Ölkə rəhbərinə bildirilib ki, tarixi abidə olan Cümə məscidi 1865-ci ildə tikilib, Sovet hakimiyyəti illərində məscidin 21 günbəzindən 6-sı sökülüb və dini məbəddən anbar kimi istifadə olunub.
Diqqətə çatdırıldı ki, 2003-cü ildə Kür çayının daşması ilə əlaqədar yaranan qrunt sularının təsiri nəticəsində daha 9 günbəzi uçmuş məscid yararsız vəziyyətə düşüb. 2010-cu ilin fevralından Mədəniyyət və Turizm Nazirliyi tərəfindən məsciddə təmir-bərpa işlərinə başlanııb, ötən ilin iyununda başa çatdırılıb. Hazırda məscid 18 günbəz, 12 sütun və bir minarədən ibarətdir.
İlham Əliyev görülən işlərdən razılığını bildirib. 

Azərbaycan Prezidenti Salyana səfəri çərçivəsində Kürsəngi-Yolüstü kəndarası avtomobil yolunun açılışında da iştirak edib. Ölkə başçısına Kürsəngi-Yolüstü kəndarası avtomobil yolunda görülən işlər barədə məlumat verilib. Bildirilib ki, bu yol Kürsəngi, Birinci Varlı, Yolüstü və Yeni Uluxanlı kəndlərinin ərazisindən keçir. Bundan başqa, bu yol daha iki kəndin – Peyk və İkinci Varlı kəndlərinin 10 mindən çox əhalisinin yol probleminin həllinə də təsir göstərəcəkdir. Yolun ümumi uzunluğu 23,5 kilometr, eni 10 metrdir. Kürsəngi-Yolüstü yolu Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına təmir edilib. Prezident  rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, xatirə şəkli çəkdirilib.

Modern.az.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü