Modern.az

Politoloq: “Müxalifətin aksiyası ictimai rəyə təsir edəcək səviyyədə deyildi”

Politoloq: “Müxalifətin aksiyası ictimai rəyə təsir edəcək səviyyədə deyildi”

Aktual

9 Aprel 2012, 13:51

“Müxalifətin 8 aprel aksiyasının iştirakçıları əvvəlki illərlə müqayisədə say baxımından çox olsa da, ictimai rəyə təsir edəcək səviyyədə deyildi”. Bu sözləri Modern.az saytına açıqlamasında politoloq Qabil Hüseynli İctimai Palatanın dünənki mitinqini şərh edərkən deyib. Onun sözlərinə görə, bunun bir səbəbini də aksiyanın uzun illərdən sonra ilk dəfə keçirilməsində axtarmaq lazımdır.

Q. Hüseynlinin sözlərinə görə, müxalifət liderləri xalqı inandıra, onunla təmas zəncirini qura bilməsələr, o zaman “öz şirələrində qaynamalı” olacaqlar.  Aksiyanınn siyasi dividentləri ilə bağlı mövqeyini bölüşən politoloqun sözlərinə görə, müxalifət uçurum qarşısnda durduğunu sezə bldiyi bir məqamda idi.
“Bu aksiya müxalifətə özünü göstərmək imkanı verdi. İctimai Palata mitinq keçirməklə siyasi arenada alternativ güc olmasını iqtidara göstərmək,  siyasi spektrdə mövcudluğunu nümayiş etdirmək istədi”.

Q. Hüseynlinin sözlərinə görə, hakimiyyəti siyasi islahatlara vadar etmək üçün belə aksiyaların gücü hələ yetərli sayıla bilməz.
“Çünki müxalifət düşərgəsinin içərisində br pərakəndəlik var.  Müxalifət ictimai fikrin böyük hissəsini ardınca aparacaq bir gücə malik olduğu təqdirdə iqtidarı islahatlara vadar edə bilər”-deyə politoloq vurğulayıb.
Q.Hüseynlinin sözlərinə görə, hakimiyyət daxilindəki qeyri-konstruktiv qrupların müəyyyən hərəkətləri prezidenti komanda dəyişikliyinə apara bilər.

“Nəzərə almaq lazımdır ki, burada Qərbin də maraqları var və Qərb bir sıra islahatların aparılmasını istəyir. Prezident etimadı itirmiş müəyyən kadrları dəyişdirə və vəzifədən uzaqlaşdıra bilər”- deyə politoloq vurğulayıb.

Modern.az

   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü